100 ilə bərabər gün...
23.04.2025 [14:22]
23 Aprel - bütövləşmə tariximizin başlanğıcıdır
"Sərhədlər qürurlu bayraqlarla bəzənəndə toxunulmaz olur"
Bu bir aksiomadır ki, sərhədlər təkcə coğrafiyanı deyil, siyasi iradəni də qoruyur – eyni zamanda, “dövlət sərhədi – millətin hakimiyyətini təsdiqləyən görünməz möhürdür.” 2023-cü ilin 23 aprelində Azərbaycan dövləti öz möhrünü 30 ildən sonra Qərb sərhədlərinə vurdu. Sərhəddən başlanan dövlətin suverenliyi uğrunda mübarizədə qəti və böyük bir addım atıldı… Üzərindən iki il ötən bu tarixi gün Azərbaycanın dünəni ilə bu günü arasında körpü oldu, sbaha açılan qapıya çevrildi…
30 il bir hədəf uğrunda…
SSRİ dağılması il başlanan erməni təcavüzü Azərbaycanı 30 il özünün qərb sərhədlərindən uzaq saldı. Bəlkə də ermənilər və himayədarları düşünürdülər ki. tarix təkrarlacaq və Azərbaycan xalqı bu itki ilə də barışacaq – amma ötən 30 ilin hər dəqiqəsi, hər saniyəsi ilə özünün ərazi bütövlüyü, suverenliyinin bərpası uğrunda mübarizə aparan dövlətimiz bir an belə öz prioritetini ikinci plana keçirmədi: "hər şey zəfər üçün, hər şey qələbə üçün" prinsipi ilə ötən 30 illik zamanda dövlətin siyasəti, iqtisadiyyatı, maliyyə gücü, beynəlxalq nüfuzu bir hədəfə, bir nəticəyə fokuslandı. Yüksək ordu quruculuğu, dayanıqlı iqtisadi güc formalaşdırılması, regional və qlobal laiyhələrdə iştirak və təşəbbüskarlıq, qlobal təhlükəsizliyə töhfə, bir sözlə, beynəlxalq münasibətlər sisteminin oyunçusu olmaq istiqamətində atılan hər bir addımın təkanı, stimulvericisi qismində məhz sərhədlərimizin bütövləşməsi, tamlaşması, qurulması və yaşaması çıxış edirdi.
Bütün bu işlərin, meqafəaliyyətin məntiqi nəticəsi isə 2020-ci il Vətən müharibəsi oldu - bu qələbə tariximizdə, həyatımızda və dövlətçilik yüksəlişində yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan xalqı, Azərbaycan Ordusu və Azərbaycan Prezidenti 2020-ci il sentyabırn 27-də haqq- ədalət uğrunda ölüm-dirim savaşına qalxdığını bəyan etdi. Beynəlxalq aləmin 30 ilə bərqərar edə bilmədiyi ədalət və həqiqət cəmisi 44 günə bərqərar olundu. 2020-ci ilin noyabrın 10-da imzalanan sənəd Ermənistan üçün kapitulyasiya, Azərbaycan üçün isə qələbə bəyanatına çevrildi…
Ermənistan "yol"a gəlmədi…
Qalib Azərbaycanın məqsədi və hədəfi yenə də sülh, əmin-amanlıq və sabitlik idi. İşğala məruz qaldığı dövrdə olduğu kimi yenə də bütün problemlərin danışıqlar yolu ilə həllini irəli sürürdü. 2022-ci ildən başladılan sülh təşəbbüsündə irəli sürülən bütün tələb və şərtlər beynəlxalq hüququ özündə əks etdirirdi. Azərbaycan suverenliyinin bərpa edilməsini, ərazi bütövlüyümüzün qeyd-şərtsiz tanınmasını tələb edirdi. Separetizmi mühafizə edən, onu özünün alətinə çevirən, bu "silah" vasitəsilə Azərbaycanı hansısa güzəştlərə məcbur edə bilcəyini sanan qüvvələr isə Azərbaycanın humanist münasibətindən sui-istifadə etməyə çalışaraq Ermənistana dəstək verir, imzalanan üçtərəfli Bəyanatın müvafiq bəndlərinin yerinə yetirilməməsi, əksinə, Laçın – Xankəndi yolu vasitəsilə Qarabağdakı silahlı tör-töküntülərə sursat daşınması üçün zəin formalaşdırmaq istəyirdilər.
Azərbaycan dəfələrlə bununla bağlı xəbərdarlıqlar etsə də, Ermənistan bu yoldan çəkinmədi. Hətta həmin silahlarla Azərbaycana qarşı təxribatlar belə törədilirdi. Bu azmış kimi, Azərbaycanın təbii sərvətləri də talan edilir, daşınırdı. Bütün bunlar Azərbaycan xalqının haqlı etirazına, hətta hiddətinə səbəb oldu. 2022-ci ilin dekabrından başlayaraq Laçın-Xankəndi yolu üzərində Azərbaycanın vətəndaş cəmiyyətinin aktiv kəsimi tərəfindən fasiləsiz aksiyalar başladı. Yolda dinc etirazını bildirən azərbaycanlı aktivlər beynəlxalq aləmi hüquqi kodekslərə riayət etməyə çağırdı. Bəzi "erməni himayədarları" isə dinc azərbaycanlalıran bu etirazlarından da "siyasi şou" düzəltmək, məqsədləri şəkildə istifadə etməyə çalışırdı.
Təsadüfi deyil ki, həmin vaxt Qərbin, xüsusilə Fransanın ermənipərəst dairələri yanlış təbliğat apararaq Azərbaycanı blokadada, təcavüzdə günahlandırmaq üçün cəhdlər edirdilər. Məsələnin ayrı-ayrı vaxtlarda bir neçə dəfə BMT TŞ səviyyəsində müzakirəyə çıxarmaq cəhdləri, Laçın -Xankəndi yoluna "TIR karvanı" yollamaqla görüntü yaratmaq istəyi, nəhayət separatçıları yeni silah-sursatlarla təmin etmək üçün hətta beynəlxalq humanizmi "qoruyan" bəzi təşkilatlardan "istifadə etmə" "priyomları"Qərbin əsl məqsəd və məramını ortaya çıxardı – məqsəd heç də ərazidə ədalətli və hüquqi nəticəni, sabitliyi və inkişafı təmin etməyə dəstək vermək deyildi. Məqsəd separatizmi alıovlandırmaq, Azərabycanın suveren ərazilərində yeni "boz zonalar" formalaşdırmaq, çirkin niyyətlərini həayta keçirmək idi. Buna isə Azərbaycanın müsaidəsi olmayacaqdı…
Erməni təxribatlarına layiqli cavab…
Azərbaycan yeni mərhələyə tam hazır idi. Belliklə 2023-cü ilin tarixi aprel günlərində Dövlət Sərhəd Xidməti məlumat yaydı: "10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib".
Ardından isə Azərbaycan XİN bununla bağlı bəyanat yaydı. Bəyanatda bildirilirdi ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib. Aprelin 22-də Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun üçtərəfli Bəyanata və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan ərazisinə keçirildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb: "Daha sonra Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi yaşayış konteynerlərinin yerləşdirilməsi və hərbi infrastruktur qurmaq fəaliyyəti müşahidə edildi. Qeyd edilən təhdidlər və təxribatlar nəzərə alınaraq Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin təsis edilməsi yoldan hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və beləliklə, hərəkətin təhlükəsizliyini təmin edəcək".
Azərbaycan dövlət sərhəddində postunu qurdu…
Beləliklə, 2023-cü ilin 23 aprelində Azərbaycan özünün müstəqillik tarixinin ən əhəmiyyətli, ən tarixi və ən vacib addımlarından növbətisini atdı - bütün yol üzrə ermənilərin təxribatçı hərəkətlərinin qarşısı alındı, eyni zamanda, ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Mahiyyətinə, xarakterinə, yerləşdiyi coğrafyaya, əhəmiyyətinə və vacibliyinə görə "BİRİNCİ POST" ünvanı qazanan Laçın dövlət sərhəd buraxılış məntəqəsi hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzi seçmiş, sürmüş və bu qeyri-qanuni fəaliyyəti artıq özünün həyat fəlsəfəsinə çevirmiş Ermənistanı, onu dəstəkləyən Qərbi və nəhayət həmin dövrdə artıq "son günləri"ni yaşayan separatçıları beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırış idi. Azərbaycan hər zaman olduğu kimi regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımları seçilmişdi. Dövlət sərhəd buraxılış məntəqəsinin qurulması suveren hüquqlarımız çərçivəsində idi – Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın dövlət sərhəd – buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edirdi. Orada müvafiq hüquqi prosudur qaydaları tətbiq olunurdu. Bütün dünya Azərbaycanın beynəlxalq hüquqa, qanunlara söykənən uğurlu addımlarını həsədlə izləyirdi – Azərbaycan özünün Qərb sərhəddinə son 200 ildə ilk dəfə idi ki, özü nəzarət edirdi. Eyi zamanda, Laçın postu Azərbaycanın ərazi bütövluyünün rəsmi təsdiqi idi – bu post separatizmin, erməni faşizminin başının tam əzilməsi üçün ən real və təsiredici maxanizmə çevrildi.
Laçın postu uğurlarımızın açarı oldu…
2023-cü ilin aprelindən başlanan bu yol sentyabrda tariximizdə yeni bir səhifə açdı. Sentyabrın 19-da başlanan və cəmisi 23 saat davam edən lokal antitetrror tədbirləri nəticəsində separatizm yuvası darmadağın edildi. Dövlətimiz özünün şərtlərini bəyan etdi: antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Bildirilirdi ki, əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək. Erməni terrorçuları irəli sürülən şərtlərlə təslim oldular. Sentyabrın 19-dan sentyabrın 20-si günün birinci yarısına qədər davam edən lokal antiterror tədbirləri Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin silahı yerə qoyub və təslim olmaları ilə dayandırıldı.
Məhz Laçın postunun qurulması digər uğurlarımız üçün sanki bir açar oldu. 2024-cü ilin iyununda isə Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti ölkəmizin ərazisini tam şəkildə tərk etdi.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Sosial
20 May 08:11

Gündəm
20 May 07:54

Gündəm
20 May 07:38

İqtisadiyyat
19 May 23:14

Sosial
19 May 22:53

İdman
19 May 22:25

Dünya
19 May 21:41

Dünya
19 May 21:18

Dünya
19 May 20:39

Dünya
19 May 20:18

YAP xəbərləri
19 May 19:30

Elm
19 May 19:19

Dünya
19 May 18:35

YAP xəbərləri
19 May 18:28

YAP xəbərləri
19 May 17:27

Sosial
19 May 17:14

Dünya
19 May 16:23

Sosial
19 May 16:00

Dünya
19 May 15:27

Dünya
19 May 15:03

Xəbər lenti
19 May 14:46

Gündəm
19 May 14:31

Sosial
19 May 13:24

İdman
19 May 12:53

Siyasət
19 May 12:50

Sosial
19 May 12:37

Siyasət
19 May 12:22

Elm
19 May 11:58

Sosial
19 May 11:51

Sosial
19 May 11:12

İqtisadiyyat
19 May 10:29

İqtisadiyyat
19 May 10:29

İdman
19 May 10:19

Siyasət
19 May 10:05

Dünya
19 May 09:58

Dünya
19 May 09:15

Dünya
19 May 08:54

Dünya
19 May 08:13

Hadisə
18 May 23:26

Dünya
18 May 22:39

Elm
18 May 21:33

Sosial
18 May 20:41

İdman
18 May 19:40

Dünya
18 May 18:32

Dünya
18 May 17:28

Dünya
18 May 16:21

Dünya
18 May 15:30

Mədəniyyət
18 May 14:49

Dünya
18 May 13:31

Dünya
18 May 12:47

Dünya
18 May 11:19

Analitik
18 May 10:42

Dünya
18 May 10:36

Dünya
18 May 09:28

Dünya
18 May 08:34

Dünya
18 May 07:55

Hadisə
18 May 07:48

İdman
18 May 07:43

İdman
17 May 23:30

Dünya
17 May 22:19

Elm
17 May 21:27

Siyasət
17 May 20:42

İdman
17 May 20:36

Sosial
17 May 19:25

Sosial
17 May 18:32

Sosial
17 May 17:26

Sosial
17 May 16:45

Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22
