Dünyanı xilas edə biləcək çağırışlar
24.04.2025 [19:30]
Bütün mövcud nəzəri yanaşmalara rəğmən dünyada müşahidə olunan tendensiyaları nəzərə alaraq, tərəddüdsüz deyə bilərik ki, istənilən siyasi təhlil və mülahizələrdə qlobal kontekst artıq qaçılmazdır. Bəyənsək də, bəyənməsək də qlobal kontekst artıq siyasi və strateji prioritetləri müəyyən edən əsas amilə çevrilib. Siyasətdə qlobal konteksti nəzərə almaq gündəlik həyatımızda hava proqnozunu bilmək kimidir: nəyi geyinəcəyimizi və hara gedə biləcəyimizi müəyyən etməyə kömək edir. Bəzən böyük siyasəti bu cür kiçik müqayisələrlə anlamaq olar.
Bu fikirlər politoloq Asif Adilin “Dünyanı xilas edə biləcək çağırışlar” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Qeyd olunan kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər dünyanın siyasi xəritəsində hələ də öz adlarını görə bilən ölkələri ciddi şəkildə düşündürməlidir. Gəlin bu fikirlərin bəzilərinə diqqət yetirək: “Birlikdə bəyan etdik ki, bizim strateji tərəfdaşlığımız qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulacaq. Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”. Bu cür fikirlərə şəxsi münasibətin bildirilməsi üçün, əslində, sadə bir söz yetər - “mükəmməl”. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq obyektivliyi sevən, ölkənin gələcəyini düşünən və demokratik prinsiplərə dəyər verən hər bir siyasətçi, dövlət xadimi və fərd Prezident İlham Əliyevin qeyd olunan fikirlərinə başqa cür qiymət verməz, bu cür fikirlər siyasi spekulyasiya predmeti də ola bilməz.
Çəkinmədən deyə bilərik ki, dövlətimizin başçısı öz müsahibəsində beynəlxalq münasibətlərin əsas prinsiplərini müəyyən etməklə dünya ictimaiyyətini həmin prinsiplərə hörmət və riayət etməyə çağırıb: “qarşılıqlı hörmət”, “bərabərlik”, “etimad”, “qarşılıqlı dəstək”, “qarşılıqlı fayda”, “suverenlik və ərazi bütövlüyünə hörmət”, “daxili işlərə qarışmamaq” və nəhayət, “dinc yanaşı yaşamaq”. Qeyd olunan hər bir prinsip müasir beynəlxalq münasibətlərin təməl dəyərləridir. Bu prinsiplərin inkarı qlobal fəlakət və beynəlxalq münasibətlərin sonu deməkdir. Qlobal münasibətləri qoyaq bir kənara, qarşılıqlı hörmət, etimad, daxili məsələlərə qarışmamaq və digər bu kimi prinsiplərə riayət etmədən heç qapı qonşu ilə belə rahat və münaqişəsiz yaşamaq mümkün deyil.
Qlobal güclərin bəziləri uzun onilliklər ərzində Azərbaycan Prezidenti tərəfindən səsləndirilmiş bu prinsipləri unutdurmağa çalışıblar, digərlər isə öz geostrateji maraqları naminə onlardan alət kimi istifadə ediblər. Təbii ki, bu işdə onlara kömək edən sifarişli fəaliyyətlə məşğul olan beynəlxalq təşkilatlar olub. Bəli, dünyada tüğyan edən və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olan “ikili standartlar” siyasəti məhz həmin bu yanaşmanın törəməsidir.
Bu mənada Prezident İlham Əliyevin digər sözlərinə də xüsusi olaraq diqqət yetirilməlidir: “Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik”. Heç şübhəsiz ki, beynəlxalq münasibətlər sistemi kontekstində burada açar ifadə Prezidentin məhz “hegemoniya və güc siyasətinə qarşı” sözləridir.
Əslində desək ki, dövlətimizin başçısının bu sözləri müasir beynəlxalq münasibətlər sistemində sağlam tərəfdaşlıq əlaqələrinin düsturunu müəyyən edir, heç də yanılmarıq. Çünki “hegemoniyaya” qarşı çıxış etmək dünyada bərabər inkişaf və ədalət uğrunda mübarizə aparmaq deməkdir. Çünki “güc siyasətinə qarşı” bəyanatlar vermək inkişafda olan dövlətlərin beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsi deməkdir. Qeyd olunan amillər isə bütün regionların dayanıqlı inkişafına gətirib çıxara bilər.
Əvəzində isə bu gün dünyada biz nələrə şahidlik edirik? Ölkələrin daxili məsələlərinə qarışma cəhdləri, yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq hüququn işləməməsi, qütbləşmə, ölkələr arasında militarizasiya yarışlarının bərpası, dözümsüzlük toxumlarının yayılması, milli identiklik hisslərinin unifikasiyası, mənəvi tələbatların cılızlaşması və s. bu kimi siyasi, habelə sosial-mədəni təzahürlər müasir dünyamızın reallığına çevrilib.
Mövcud mənzərəni daha da tünd rənglərlə boyayan amil ölkənin və regionun inkişafını istəməyən xarici qüvvələrin əlində marionet kukla rolunu oynamağa hazır olan xainlərdir. Bəli, məhz xainlərdir, çünki milli maraqları satan siyasətşivənlərin başqa adı ola bilməz. Populist və ucuz demaqoqların köməyi ilə ölkə daxilində yaradılan siyasi qalmaqallar vasitəsilə dövləti strateji inkişaf xəttindən yayındırırlar. Bundan sonra isə sistem xarakterli problemlərin yaranması yalnız zaman məsələsinə çevrilir. Azərbaycan cəmiyyətinə adları tanış olan və bəzilərinin fəaliyyəti artıq dayandırılmış USAID kimi beynəlxalq təşkilatların sayəsində biz artıq çox gözəl bilirik ki, onların təyinatı vətəndaş cəmiyyətinin inkişafı deyil, tam əksinə, suveren hisslərin boğulması və dəyərsizləşdirilməsidir. Odur ki, “qarşılıqlı hörmət”, “bərabərlik”, “etimad”, “qarşılıqlı dəstək”, “qarşılıqlı fayda”, “suverenlik və ərazi bütövlüyünə hörmət”, “daxili işlərə qarışmamaq” və “dinc yanaşı yaşamaq” kimi amillərə hörmət və riayət olunmayan beynəlxalq münasibətlər sisteminin format olunması qaçılmazdır. Prezident İlham Əliyevin prinsipiallığı, milli maraqlara sadiqliyi, populist siyasətdən uzaq dayanması, habelə ölkəmizdə yaşanan milli həmrəylik mühiti bütün təzyiqləri ram edir və strateji inkişaf xəttinin qorunmasına xidmət göstərir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Dekabr 17:53
İdman
16 Dekabr 17:43
YAP xəbərləri
16 Dekabr 17:29
YAP xəbərləri
16 Dekabr 16:30
Dünya
16 Dekabr 16:14
Siyasət
16 Dekabr 15:32
Siyasət
16 Dekabr 14:33
Sosial
16 Dekabr 14:30
Dünya
16 Dekabr 14:20
Siyasət
16 Dekabr 14:05
Xəbər lenti
16 Dekabr 14:03
Dünya
16 Dekabr 13:41
Dünya
16 Dekabr 12:37
Hadisə
16 Dekabr 12:37
Sosial
16 Dekabr 12:35
Dünya
16 Dekabr 12:13
Siyasət
16 Dekabr 11:57
Gündəm
16 Dekabr 11:42
Siyasət
16 Dekabr 11:29
Siyasət
16 Dekabr 11:14
İqtisadiyyat
16 Dekabr 11:13
Siyasət
16 Dekabr 11:13
Sosial
16 Dekabr 11:00
İqtisadiyyat
16 Dekabr 10:58
Gündəm
16 Dekabr 10:58
İqtisadiyyat
16 Dekabr 10:42
İqtisadiyyat
16 Dekabr 10:41
İqtisadiyyat
16 Dekabr 10:37
Gündəm
16 Dekabr 10:22
Analitik
16 Dekabr 10:15
Xəbər lenti
16 Dekabr 09:56
MEDİA
16 Dekabr 09:52
Analitik
16 Dekabr 09:30
Analitik
16 Dekabr 09:12
Sosial
16 Dekabr 08:56
Sosial
16 Dekabr 08:24
Sosial
16 Dekabr 07:56
Dünya
15 Dekabr 23:42
YAP xəbərləri
15 Dekabr 23:15
Sosial
15 Dekabr 22:50
Yeni texnologiyalar
15 Dekabr 22:29
YAP xəbərləri
15 Dekabr 22:12
YAP xəbərləri
15 Dekabr 21:48
Dünya
15 Dekabr 21:33
Dünya
15 Dekabr 21:15
Dünya
15 Dekabr 20:57
Xəbər lenti
15 Dekabr 20:41
Dünya
15 Dekabr 20:33
YAP xəbərləri
15 Dekabr 20:16
Sosial
15 Dekabr 19:52
YAP xəbərləri
15 Dekabr 19:35
Dünya
15 Dekabr 19:13
YAP xəbərləri
15 Dekabr 18:43
Siyasət
15 Dekabr 17:57
Xəbər lenti
15 Dekabr 17:51
Din
15 Dekabr 17:50
Xəbər lenti
15 Dekabr 17:50
Dünya
15 Dekabr 17:48
Hadisə
15 Dekabr 17:44
YAP xəbərləri
15 Dekabr 17:38
Elanlar
15 Dekabr 16:51
YAP xəbərləri
15 Dekabr 16:37
Dünya
15 Dekabr 16:02
Sosial
15 Dekabr 15:43
Gündəm
15 Dekabr 15:41
Gündəm
15 Dekabr 15:34
Gündəm
15 Dekabr 15:32
Siyasət
15 Dekabr 15:28
Siyasət
15 Dekabr 14:37
Siyasət
15 Dekabr 14:36

