TDT-nin artan gücü...
21.04.2026 [10:35]
XİN rəhbərləri Antalyada hansı məsələləri müzakirə ediblər?
Aprelin 17-dən 19-dək Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu (ADF-2026) dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, həmçinin nazirləri bir araya gətirib. “Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” mövzusunda keçirilən tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında qardaş ölkənin xarici siyasət idarəsinin ev sahibliyi ilə baş tutub. “ADF-2026” çərçivəsində panellər də daxil olmaqla 40-dan çox tədbir və sessiya keçirilib.
Ceyhun Bayramov toplantıda çıxış edib
Forum çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası da keçirilib. İclasa Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib. Toplantıda, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev, Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov və Türk Dövlətləri Təşkilatının baş katibi, səfir Kubanıçbek Ömüraliyev iştirak ediblər. İclas çərçivəsində nazirlər aktual qlobal və regional inkişafları müzakirə edib, Türk Dövlətləri Təşkilatının üçüncü tərəflərlə mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclaslarının müntəzəm keçirilməsini müsbət qiymətləndirib, bu formatın təşkilatın gündəliyində duran məsələlərin açıq və səmərəli müzakirəsi, həmçinin sürətlə dəyişən qlobal və regional proseslərə dair fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Beynəlxalq münasibətlər sistemində dərin transformasiya prosesinin getdiyi, geosiyasi parçalanmanın gücləndiyi, qlobal idarəetmədə qeyri-müəyyənliklərin artdığı və müxtəlif regionlarda münaqişə və böhranların vüsət aldığı hazırkı dövrdə TDT-nin rolunun daha da aktuallaşdığı qeyd olunub. Eyni zamanda, C.Bayramov TDT-nin gücünün onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunduğunu diqqətə çatdırıb və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin təşkilatın regional və qlobal çağırışların həllində rolunu daha da gücləndirəcəyinə inam ifadə edib.
Görüşdə Yaxın Şərqdə son proseslər fonunda böhranın regional təhlükəsizliyə, qlobal və regional təchizat zəncirlərinə, iqtisadi və investisiya əlaqələrinə təsiri də müzakirə olunub. Nazirlər atəşkəs və vasitəçilik səyləri nəticəsində əldə olunmuş irəliləyişlərin davamlı sülh ilə nəticələnməsi üçün real və davamlı strategiyaların vacibliyini vurğulayıblar.İclas zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ötən il “ADF-2025” çərçivəsində “Türk Dövlətləri Təşkilatı: Özünəməxsus bir əməkdaşlıq modeli” mövzusunda panel iclas keçirilmişdi. Tədbirdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini Sodiq Safoyev, Qırğızıstan Prezidentinin xüsusi nümayəndəsi, bu ölkənin xarici işlər nazirinin müavini Asein İsayev iştirak etmişdilər.Kapadokya Universitetinin rektoru Hasan Ali Karasarın moderatorluğu ilə keçirilən paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasındakı əməkdaşlığın ticarət, enerji, maliyyə, turizm, təhsil, mədəniyyət kimi mühüm sahələri əhatə etdiyi vurğulanmış, çıxış edənlər bildirmişdilər ki, ortaq kimlik və regional mənsubiyyət əsasında qurulan və əməkdaşlıq sahələri hər gün daha da dərinləşən TDT güclü siyasi iradə əsasında formalaşaraq beynəlxalq quruma çevrilib.
Ölkəmiz TDT-nin güclənməsində vacib rol oynayır
Proseslər göstərir ki, dünyanın mövcud geosiyasi şərtləri fonunda türk dövlətləri arasında əməkdaşlıq münasibətləri bu gün daha vacib xarakter daşıyır. Xüsusilə Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türk dövlətləri arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı da öz gücünü artırmaqdadır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir.
Azərbaycan TDT-nin təsisçi üzvlərindən biri olaraq bu təşkilatın fəaliyyətində mühüm rol oynayır. Ölkəmiz təşkilat yaranan gündən ona xüsusi önəm verib və bu istiqaməti xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-ni üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün vacib platforma hesab edir. Azərbaycan dövləti TDT çərçivəsində qurumun nüfuzunu artırmaq və funksionallığını gücləndirmək üçün mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış edir. Bu baxımdan, TDT üzvlərinin müxtəlif strukturlarının təşkilatlanmış formatı əhəmiyyət kəsb edir. Belə ki, türk dövlətlərinin dövlət qurumlarının vahid formada toplantılar keçirməsi ənənə halını alıb. Eləcə də, QHT və media platformalarının yaradılması da türk cəmiyyətləri arasında inteqrasiyanın güclənməsində önəmli rol oynayır.
Bütün bunların fonunda Antalya Diplomatiya Forumu çərçivəsində TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında aparılan müzakirələr türk dünyasının birliyinin daha da gücləndirilməsi baxımından faydalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

