ÜST: Zəhərli qidalar hər il təqribən 1,5 milyon insanın ölümünə səbəb olur
04.06.2026 [20:45]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məlumatlarına görə, tərkibində zəhərli maddələr olan qidalar hər il dünyada təxminən 866 milyon xəstəliyə və 1,5 milyon ölümə səbəb olur ki, bu da çirklənmiş qida məhsullarının sağlamlığa, inkişafa və kövrək iqtisadiyyatlara təsirinin diqqətdən kənarda qaldığını göstərir.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, gələn həftə keçiriləcək Ümumdünya Qida Təhlükəsizliyi Günündən əvvəl açıqlanan yeni məlumatlar göstərir ki, beş yaşdan kiçik uşaqlar bu problemə xüsusilə həssasdırlar. ÜST-nin məlumatına görə, onlar qlobal əhalinin cəmi 9 faizini təşkil etsələr də, bütün qida yolu ilə keçən xəstəliklərin təxminən üçdəbirindən əziyyət çəkirlər ki, bunların da çoxu ölümcül ola biləcək ağır ishaldır. Qida vasitəsilə qurğuşun və metil civə kimi kimyəvi maddələrin orqanizmə daxil olması inkişaf edən beyinə də zərər verə, habelə uşaqlarda ömürlük nevroloji və inkişaf problemlərinə səbəb ola bilər.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib: “Qida təhlükəsizliyi mücərrəd məsələ deyil. O, hər gün qida rasionuna, ailə sağlamlığına təsir edir. Təhlükəsiz olmayan qida daim əsas ictimai səhiyyə problemi olub, lakin indiyə qədər onun heyrətamiz insan və iqtisadi itkilərinin daha geniş mənzərəsinə malik deyildik. Bu yeni hesablamalar isə mənzərəni tamamilə dəyişdirir”.
Tədqiqat göstərib ki, qida mənşəli bakteriyalar, viruslar və parazitlər əksər xəstəliklərin səbəbidir. Təkcə 2021-ci ildə təxminən 860 milyon hal məhz bununla bağlıdır. Bununla belə, kimyəvi çirklənmə təhlükəli qida ilə əlaqəli ölümlərin əksəriyyətinə səbəb olub.
ÜST hesab edir ki, 2021-ci ildə çirklənmiş qidadan qaynaqlanan ölümlərin 73 faizini kimyəvi təhlükələr təşkil edib. Qeyri-üzvi arsen və qurğuşun əsas səbəbkarlar olub, uzun müddət bu zəhərli maddələrin qəbulu ürək xəstəlikləri və xərçəng riskini artırır. Belə ki, bu iki maddə bir ildə 1 milyondan çox insanın ölümü ilə əlaqələndirilib.
Qidalar, həmçinin təhlükəsiz olmayan su, düzgün işlənməmiş məhsullar və ya ətraf mühitin çirklənməsi, sənaye fəaliyyətləri nəticəsində qida zəncirinə daxil olan toksinlər vasitəsilə çirklənə bilər. Arsen, qurğuşun və ya metil civə kimi kimyəvi maddələr qida təchizatına daxil olduqdan sonra onları çıxarmaq çox vaxt çətin və ya qeyri-mümkün olur.
ÜST bildirib ki, Afrika və Cənub-Şərqi Asiya bütün qida mənşəli xəstəliklərin təxminən dörddə üçünü və qlobal ölümlərin 60 faizini təşkil edir. Az resursa malik olan icmalarda yaşayan uşaqlar və insanlar ən böyük risklərlə üzləşirlər ki, bu da qida sistemlərində, səhiyyə xidmətlərinə çıxış və sanitariya sahəsində davamlı bərabərsizlikləri əks etdirir.
ÜST-nin hesablamalarına görə, qida ilə yoluxan xəstəliklər 2021-ci ildə işdən uzaqlaşma səbəbindən təxminən 310 milyard dollar məhsuldarlığın itirilməsinə səbəb olub. Ölkələr arasında yaşayış xərclərində olan fərqlər nəzərə alındıqda, iqtisadi itkilər təxminən 647 milyard dollara çatır.
ÜST-nin qida təhlükəsizliyi üzrə texniki əməkdaşı və “The Lancet Global Health” jurnalında dərc olunmuş tədqiqatın baş müəllifi Yuki Minato bildirib: “Bu hesabat oyanış zəngidir, həm də yol xəritəsidir. Məlumatlar göstərir ki, qida ilə yoluxan xəstəliklər yalnız davamlı deyil, həm də çirklənmə riskini artıran iqlim dəyişikliyi və infeksiyaların müalicəsini çətinləşdirən antimikrob müqaviməti ilə daha da pisləşir. Biz bu təhdidlərlə təkbaşına mübarizə apara bilmərik”.
Təşkilat bildirib ki, bu məlumatlar ölkələrə müdaxilələri hədəf almağa, nəzarəti gücləndirməyə, səhiyyə, kənd təsərrüfatı və ətraf mühit sektorlarında əməkdaşlığı yaxşılaşdırmağa kömək etməlidir. “Gecikmə insan həyatları bahasına başa gəlir”, -deyə Yuki Minato xəbərdarlıq edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30

