Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Dinamo"nun qapısını Bakıdakı oyunda da ukraynalı deputatın oğlu qoruyacaq

"Dinamo"nun qapısını Bakıdakı oyunda da ukraynalı deputatın oğlu qoruyacaq

11.08.2026 [17:10]

Ukraynanın “Dinamo” (Kiyev) komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyununa da ciddi itki ilə çıxacaq.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, Kiyev təmsilçisinin əsas qapıçısı Ruslan Neşeret Bakıda qarşılaşmanı da buraxacaq.

“Dinamo”nun qapısını ilk matçda olduğu kimi, bu dəfə də Vyaçeslav Surkis qoruyacaq. O, komandanın ikinci qapıçısıdır.

Surkis vaxtilə “Dinamo”nun prezidenti olmuş, hazırda deputat kimi fəaliyyət göstərən Qriqori Surkisin oğludur. “Dinamo”nun hazırkı prezidenti İqor Surkis isə onun əmisidir.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31