BMU məzunu dünyanın 8 nüfuzlu universitetində təhsil almaq hüququ qazanıb
11.08.2026 [15:30]
Bakı Mühəndislik Universitetinin (BMU) kompüter elmləri ixtisasının 2026-cı il məzunu Rafət Bayramov kibertəhlükəsizlik istiqaməti üzrə dünyanın 8 nüfuzlu ali təhsil müəssisəsindən qəbul təklifi alıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU məzunu Böyük Britaniyanın Mançester Universiteti, London Kral Kolleci, Bristol Universiteti, Birmingem Universiteti və Lids Universitetində kibertəhlükəsizlik proqramları üzrə təhsil almaq hüququ qazanıb.
Bundan əlavə, o, İtaliyanın Roma Sapienza Universitetinə, Macarıstanın Eötvös Lorand Universitetinə, eləcə də Obuda Universitetinə kibertəhlükəsizlik mühəndisliyi proqramları üzrə qəbul olunub.
Rafət Bayramov təhsilini QS reytinqində dünyanın TOP 35, Avropanın isə TOP 10 universiteti sırasında yer alan Mançester Universitetində davam etdirmək qərarına gəlib. O, bu nüfuzlu ali təhsil müəssisəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alacaq.
Qazandığı uğurla bağlı fikirlərini bölüşən Rafət Bayramov BMU-da əldə etdiyi akademik biliklərin gələcək hədəflərinin formalaşmasında mühüm rol oynadığını söyləyib. Qarşıdakı mərhələdə əsas məqsədinin kibertəhlükəsizlik sahəsində müasir yanaşmaları və beynəlxalq təcrübəni dərindən mənimsəmək olduğunu qeyd edən BMU məzunu gələcəkdə Azərbaycanın sürətlə inkişaf edən rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına və informasiya təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyi əsas hədəfi kimi müəyyənləşdirib.
Rafət Bayramovun qazandığı bu nəticə BMU tələbə və məzunlarının beynəlxalq səviyyədə rəqabətqabiliyyətli hazırlığının, eləcə də universitetdə müasir texnologiyalar, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi istiqamətlərində həyata keçirilən işlərin mühüm göstəricisidir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

