Suriya ilə Rusiya razılaşdı...
11.08.2026 [09:35]
Moskva nəzarətində olan hərbi bazaları Dəməşqə təhvil verir
Dəməşq ilə Moskva arasında uzun müddət idi ki, davam edən Rusiyanın bu ölkədəki hərbi bazalarının gələcək taleyi ilə bağlı məsələyə aydınlıq gəlib. Belə ki, Suriya Xarici İşlər Nazirliyi rəsmi Moskva ilə bir il yarım davam edən danışıqlardan sonra Hmeymim və Tartusdakı Rusiya bazalarının gələcəyi ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Razılaşma çərçivəsində Suriya sahillərində mülki obyektlərin idarəçiliyi Suriyaya təhvil veriləcək, Hmeymim Hava Limanı və Tartus Limanı mərhələli şəkildə Suriya idarəçiliyinə keçəcək.
Rusiyaya məxsus hərbi baza və obyektlərin yenidən nizamlanması barədə də razılıq əldə olunduğu və bu bazaların Suriya təlim və məşq mərkəzlərinə çevriləcəyi qeyd edilib. Yeni tənzimləmələrin keçid prosesinin tamamlanması üçün ən çoxu 3 aylıq müddət təyin olunub.
Qeyd edək ki, Rusiya 2015-ci ildə Əsəd rejiminin tələbi ilə Suriyaya hərbi müdaxilə edərək Hmeymim və Tartusda hərbi bazalar qurmuşdu. Suriya vətəndaş müharibəsində mülki bölgələrə yönəlmiş yüzlərlə hücum bu bazalardan qalxan təyyarələr tərəfindən həyata keçirilmişdi. Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsindən sonra Rusiya ilə yeni Suriya hökuməti bu bazaların gələcəyi barədə danışıqlara başlamışdı.
Vurğulandığı kimi, gözləmə müddəti ərzində hər iki bazadakı mülki obyektlər Dəməşq hökumətinə təhvil veriləcək. Rusiya tərəfi isə hələlik razılaşma ilə bağlı rəsmi açıqlama verməyib. Lakin danışıqlar boyunca Hmeymim və Tartusdakı bazalar normal əməliyyat statusunu qoruyub saxlayıb.
Suriya rəhbərliyi bazalara baş çəkib
Qeyd edək ki, avqustun 9-da Suriya xarici işlər naziri Əsəd əl-Şeybani anlaşma memorandumunda nəzərdə tutulan infrastruktur və avadanlıqları yoxlamaq üçün bu bazalara baş çəkib. Eyni zamanda, Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Ömər əl-Həsri agentliyin Latakiya Beynəlxalq Hava Limanına nəzarəti öz üzərinə götürəcəyini açıqlayıb. Bu, əvvəllər hava limanının fəaliyyəti Rusiya hərbi mövcudluğu ilə sıx bağlı olan Hmeymim yaxınlığında yerləşən mülki obyektdir.
Həsri bildirib ki, agentliyin peşəkar qrupları bərpa planının hazırlanmasına hazırlıq məqsədilə hava limanının, onun obyektlərinin və əlaqəli sistemlərinin texniki və əməliyyat qiymətləndirməsinə başlayıblar. O, bunu Suriya hava limanlarının bərpası və istismarı, eləcə də onların milli mülki aviasiya sisteminə yenidən inteqrasiyası istiqamətində mühüm addım adlandırıb.
Vurğulanmalıdır ki, proses diplomatik yolla inkişaf edib - Suriya ilə Rusiya bundan sonra da əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdiriblər. Prezident Əhməd əl-Şara rəsmi olaraq vəzifəyə başladığı gündən bəri iki dəfə Moskvaya səfər edib və prezident Putin ilə görüşüb. Əl-Şaranın 2026-cı ilin yanvar ayında etdiyi son səfəri zamanı prezident Putin hər iki tərəfin diplomatik münasibətlərin bərpasında əhəmiyyətli irəliləyiş əldə etdiyini təsdiqləyib.
Bir-birini tamamlayan bazalar
Xatırladaq ki, Hmeymim və Tartus Suriyada Rusiyanın hərbi iştirakının əsas dayaqları olub. Hmeymim aviabazası Suriyanın Latakiya vilayətində, Latakiya şəhəri yaxınlığında yerləşir. Rusiya 2015-ci ildə Suriyadakı hərbi əməliyyatlara müdaxilə etdikdən sonra bu aerodromu əsas hava bazasına çevirib. Bu bazanın əsas funksiyalarına gəldikdə isə:
- Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyadakı əsas hava əməliyyat mərkəzi kimi;
- Qırıcı və bombardmançı təyyarələrin yerləşdirilməsi üçün;
- hərbi-logistika və təchizat mərkəzi kimi istifadə olunub. Bu baza Aralıq dənizinin şərq hissəsində Rusiyanın hərbi imkanlarının təmin edilməsində mühüm rol oynayıb. Eləcə də, Suriyadakı Rusiya qüvvələrinin komanda və koordinasiyasında bazanın böyük əhəmiyyəti olub. 2017-ci ildə Moskva ilə Dəməşq arasında razılaşma ilə Rusiyanın Hmeymimdəki mövcudluğunun uzunmüddətli xarakter alması nəzərdə tutulmuşdu.
Tartus hərbi-dəniz bazası isə Aralıq dənizi sahilində yerləşir və illərlə Rusiyanın əsas hərbi-dəniz logistika məntəqəsi kimi fəaliyyət göstərib. Onun tarixi daha qədimdir - Sovet İttifaqı 1970-ci illərdən Tartusdan istifadə edirdi.2015-ci ildən sonra Tartusun əhəmiyyəti kəskin artdı. 2017-ci il razılaşmasına əsasən Rusiya bazanı genişləndirmək və uzunmüddətli istifadə etmək hüququ əldə etmişdi. Tartus:
- Rusiya hərbi gəmilərinin yanacaq və texniki təminatını;
- Aralıq dənizindəki donanmanın logistikasını;
- Rusiya gəmilərinin təmir və təminat imkanlarını;
- Yaxın Şərq və Şimali Afrika istiqamətində Rusiya hərbi fəaliyyətinin logistikasını təmin edirdi. Bu səbəbdən Tartus Rusiyanın keçmiş SSRİ ərazisindən kənarda əsas dəniz dayaqlarından biri hesab olunurdu. Mütəxəssislərin fikrincə, bu iki baza Rusiya üçün böyük əhəmiyyət kəsb edirdi və bir-birini tamamlayırdı. Hmeymim hava qüvvələri, Tartus isə hərbi-dəniz qüvvələri və logistika üçün əvəzolunmaz bir dayanacaq idi. Bu iki baza üzərindən Rusiya Aralıq dənizinin şərqində həm hava, həm də dəniz komponentinə malik hərbi infrastruktur yaratmışdı. Bu, Moskvanın Yaxın Şərqdə, Şimali Afrikada və Aralıq dənizində geosiyasi təsir imkanlarını artırırdı. 9 avqust razılaşması isə Rusiyanın Hmeymim və Tartusdakı əvvəlki hərbi statusunu dəyişir. Yəni bu, sadəcə Rusiyanın bazaları tamamilə tərk etməsi kimi qiymətləndirilməməlidir. Rusiyanın Suriyadakı hərbi mövcudluğunun xarakteri dəyişir: əvvəlki kimi eksklüziv Rusiya hərbi bazaları əvəzinə Suriya nəzarətində və Rusiya ilə birgə istifadə olunan təlim strukturları formalaşdırılır. Bu dəyişiklik Bəşər Əsədin 2024-cü ilin dekabrında hakimiyyətdən getməsindən sonra Moskva-Dəməşq münasibətlərində baş verən ən mühüm geosiyasi dəyişikliklərdən biridir. Rusiya Əsəd dövründə əldə etdiyi hərbi mövqeləri tamamilə itirməməyə, yeni Suriya hakimiyyəti isə ölkənin suverenliyi və hərbi infrastrukturu üzərində nəzarəti bərpa etməyə çalışır.
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26

