Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

04.06.2026 [20:27]

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 20 il əvvəl - 2006-cı ilin 4 iyun tarixində BTC boru kəməri ilə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker yola salınıb.

BTC boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft və “Şahdəniz” yatağından hasil olunan kondensat Azərbaycandan nəql edilir. BTC boru kəməri Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.

2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanılıb və xam neft Ceyhan terminalına 2006-cı il mayın 28-də çatıb.

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30