Daha güclü kibertəhlükəsizlik sistemi
04.06.2026 [11:50]
Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb
Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin Nizamnaməsi təsdiq edilib, nizamnamə fondunun məbləği 442 min 498 manat həddində müəyyən edilib. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşacaq.
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malik olacaq. Agentliyin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarına əlavə mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulacaq.
Texnoloji inkişaf və rəqəmsallaşmanın çağırışları
Ölkəmizdə texnoloji inkişaf, rəqəmsallaşma, süni intellektin tətbiq edilməsi gündəlik həyatımızda yeni riskləri də meydana çıxarır. Dövlət qurumları,özəl sektor və cəmiyyətin bütün digər seqmentlərində rəqəmsallaşma dayanmadan irəliləyir. Ələlxüsus da sosial platformalara elektron ticarətin ənənəvi ticarəti sıradan çıxararaq ön plana keçməsi və maliyyə sövdələşmələrinin bu platforma üzərindən aparılması kibertəhlükələri də arıtrır. Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələri olan dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, maddi və qeyri-maddi obyektlərə qarşı texnoloji cəhətdən çoxşaxəli hücumların genişləndiyini müşahidə edirik.
Bütün bunlar hökuməti milli təhlükəsizliyə olan təhdidləri müəyyən etmək, bu təhdidlərin istifadə edə biləcəyi zəiflikləri, boşluqların və təhdid nəticəsində yarana bilən fəsadları aradan qaldırmaq üçün məsuliyyətini artırır və fəaliyyətini daha da gücləndirməyi labüd edir. Kibercinayətkarlığın törədilmə üsul və vasitələrinin sürətli diversifikasiyası, o cümlədən kriptovalyutaların geniş vüsət alması və müxtəlif cinayətkar məqsədlərlə istifadə olunması, kiberhücum vektorlarının ildən-ilə daha da çoxalması, o cümlədən sosial mediya kontekstində sürətlə artan kibertəhdidlər mübarizədə daha mükəmməl texnoloji həllərin tətbiqini zəruri edir. Ona görə də, kibertəhlükəsizlik riskləri reyestrinin formalaşdırılması, təhdidlərin qarşısını ala biləcək müasir texnologiyaların tətbiqi, fərdi məlumatların mühafizəsinin gücləndirilməsi, İKT- xidmət subyektlərində fəaliyyətin və “ağıllı” sistemlərin təhlükəsizliyinin təkmilləşdirilməsi, kiberkriminalistika sahəsində fəaliyyətin gücləndirilməsi olduqca vacibdir. Çevik və koordinasiya olunmuş fəaliyyət komandasına əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirən qurumlarla yanaşı, elmi-texniki və təhsil, informasiya-təhlil, kommunikasiya, iqtisadi və digər sahələr üzrə əlaqələndirilmiş birgə fəaliyyətin gücləndirilməsi sayəsində daha güclü və geniş təhlükəsizlik şəbəkəsi formlaşdırmaq mümkündür.
Hər ildə 1 trilyon dollardan çox kiberzərər...
Ümumdünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına əsasən, kibertəhlükələr bu gün dünyanın üzləşdiyi risklər sırasında ilk yerlərdən birinə çevrilib. Bu isə ölkələrin və insanların məluamtlar bazasının ələ keçirilməsi ilə yanaşı, hədsiz dərəcədə böyük maliyyə itkilərinin yaranmasına səbəb olmaqdadır.
Ümumdünya Kibertəhlükəsizlik Təşkilatının (GISEC) məlumatına əsasən, kiberhücumlar qlobal miqyasda son 4 ildə daha da artıb və kibercinayətkarlıq qlobal iqtisadiyyata hər il 1 trilyon dollardan çox ziyan vurur. Təkcə, 2024-cü ilin birinci yarısında beynəlxalq miqyasda kiberhücumlar 30 faiz artıb və zərərlərin maddi dəyəri 100 milyonlarla dollara bərabərdir. Təhdidlərin artmasının səbəbləri arasında yeni texnologiyaların tətbiqi, zəif müdafiə üsulları və insan amili xüsusi yer alır. Hakerlər daha çox fərdi məlumatları, maliyyə məlumatlarını və dövlət sirlərini hədəfə alır.
Məhz bu səbəblərdən kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə ən başlıca məsələyə çevrilib və mütəşəkkil vahid əlaqələndirilmiş fəaliyyət tələb edir. Bu baxımdan Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizdə dövlət siyasətinin daha güclü və əlaqələndirilmiş formada həyata keçirilməsində mühüm addım kimi dəyərləndirilə bilər.
Kibertəhlükəsizlik Agentliyi hansı fəaliyyətlə məşğul olacaq?
Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizdə kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində mühüm institusional dəyişikliklərə səbəb olacaq, e-təhlükəsizliyin daha da güclənməsinin dayanıqlılığını təmin edəcək. İndiyə qədər kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyətləri, resursları və kadr potensialı kifayət qədər məhdud olduğundan kibertəhlükəsizlik sahəsində müəyyən boşluqlar yaranırdı. Yeni Agentliyin isə statusu yüksəkdir, səalahiyyətləri və idarəetmə modeli kifayət qədər genişdir. İdarəetmə strukturuna əsasən, dövlət sektorunun ən kritik hissəsi əvvəlki kimi müvafiq təhlükəsizlik qurumlarının nəzarətində qalır. Dövlət qurumlarının informasiya sistemləri, kritik informasiya infrastrukturları, strateji sektorların kritik sistemləri, xüsusi mühafizə olunan obyektlər, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin sistemləri, eləcə də dövlət sirri ilə işləyən informasiya sistemləri üzrə səlahiyyətlər əvvəlki qaydada saxlanılır. Belə ki, dövlət kibertəhlükəsizlik idarəçiliyində yeni balans formalaşdırır. Belə ki, strateji və milli təhlükəsizlik komponentləri mövcud təhlükəsizlik qurumlarının nəzarətində qalır, mülki sektorun kibertəhlükəsizlik tənzimlənməsi və fərdi məlumatların mühafizəsi isə yeni Agentliyin əsas fəaliyyət istiqamətlərinə çevrilir.
Agentlik daha çox kritik informasiya infrastrukturuna aid olmayan özəl sektorun kibertəhlükəsizlik tənzimləyicisi rolunda da çıxış edəcək ki, bu da milli informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, fərdi məlumatların mühafizəsi sahəsində Agentliyə xüsusi səlahiyyətlər verilib ki, bu da fərdi məlumat bazalarının reyestrinin aparılması, auditlərin təşkili, şikayətlərin araşdırılması və nəzarət funksiyalarının həyata keçirilməsinə imkan yaradacaq.
Agentlik telekommunikasiya operatorları, internet provayderləri, banklar, maliyyə qurumları, elektron ticarət platformaları, hostinq və bulud xidmətləri göstərən şirkətlər, eləcə də digər informasiya infrastrukturu subyektləri ilə bağlı koordinasiya, monitorinq, metodoloji dəstək və tənzimləmə funksiyalarını həyata keçirəcək.
Bir sözlə, Agentliyin fəaliyyəti sayəsində Azərbaycanda kibertəhlükəsizlik və məlumatların qorunması sahəsində mühüm institusional arxitektura və fərdi məlumatların mühafizəsi istiqamətində daha dayanıqlı və sistemli mühiti formalaşacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

