Ordular hazır vəziyyətə gətirildi
30.04.2025 [08:46]
Pakistan ilə Hindistan arasındakı gərginlik artmaqdadır
Hindistan ilə Pakistan arasındakı artan gərginlik səngimir. Qeyd edək ki, aprelin 22-də baş verən hadisələrdən sonra İslamabad və Yeni Dehli arasında münasibətlər yenidən gərginləşib. Hazırkı fonda hər iki tərəf sərhəd bölgəsinə xeyli canlı qüvvə və hərbi texnika cəmləşdirib. Nüvə və kontinental ballistik silahlara malik olan hər iki ölkə ordusunu hazırlıq vəziyyətinə gətirib. “Economic Times” qəzetinin məlumatına görə, Hindistan öz hava məkanını və limanlarını Pakistan üçün bağlamağa hazırlaşır. Hər iki ölkənin hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələri həm quruda, həm də dəniz sularında sərhəd xətlərinə yaxın ərazilərdə təlimlər həyata keçirirlər. Pakistanın müdafiə naziri Xavadja Məhəmməd Asif yerli mətbuata açıqlamasında bölgədə gərginliyin təhlükəli həddə çatdığını bildirib. Nazir qeyd edib ki, Hindistan və Pakistan arasında müharibə ehtimalı son dərəcə artıb və qarşıdakı iki-dörd gün ərzində intensiv hərbi toqquşmalar baş verə bilər. Bu səbəbdən Pakistanın hərbi rəhbərliyi cənubundakı əsas liman şəhəri olan Kəraçidən Hindistanla sərhəd bölgəsinə doğru genişmiqyaslı hərbi texnika daşınmasına başlayıb. Pakistan KİV-lərinin məlumatlarında qeyd olunur ki, kolonların tərkibində tanklar, zirehli maşınlar və ağır artilleriya sistemləri yer alır.
Kənar vasitəçilər müdaxilə edə bilər...
Bəzi beynəlxalq ekspertlər Pakistan və Hindistan arasında lokal xarakterli hərbi toqquşmaların baş verəbiləcəyi ehtimalını irəli sürsə də, regionda genişmiqyaslı müharibənin baş verməsini istisna edirlər. Buna ən böyük səbəb kimi isə Hindistan və Pakistanın nüvə və kontinental ballistik silahlara malik olmasını, hər iki ölkənin bir-birinin hərbi imkanları və müdafiə strategiyaları haqqında kifayət qədər məlumata malik olmalarını göstərirlər. Onlar iddia edirlər ki, İslamabad və Yeni Dehli risklərin fərqindədir və buna görə də son dərəcə ehtiyatlı davranırlar. Hər iki tərəfin bölgədə gərginliyin qarşısının alınması və vəziyyətin sabitləşməsi üçün diplomatik kanalları da var - onlardan istifadə edilməsi və ya kənar vasitəçilərin müdaxiləsi də gözlənilənlər arasındadır.
Növbəti müharibənin qarşısını almaq üçün...
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Hindistan və Pakistan arasında hərbi toqquşmaların baş verməsi istisna deyil. “Pakistan ilə Hindistan arasında hərbi-siyasi vəziyyət, həqiqətən daha da gərginləşir. Hər iki tərəf bir-birinə qarşı müxtəlif səviyyələrdə bəyanatlar və ittihamlar səsləndirir. Eskalasiyanın artması hər iki nəhəng nüvə dövləti arasında hərbi toqquşmalara gətirib çıxara bilər. Belə bir vəziyyətin baş verməsi, şübhəsiz ki, Cənubi Asiyada çox böyük dağıntılara səbəb olacaq, regionu çox ağır fəlakətə düçar edəcək. Belə təhlükəli halların qarşısının alınması üçün diplomatik danışıqlara ehtiyac var, yəni Pakistan və Hindistan masa arxasında problemləri həll edə bilərlər. Eyni zamanda, beynəlxalq və regional güc mərkəzləri, eləcə də müəyyən beynəlxalq təşkilatlar Pakistan ilə Hindistan arasında diplomatik danışıqların təşkil olunmasında vasitəçilik edə bilərlər. ABŞ, Rusiya və Çinin vasitəçi qismində çıxış etmələri mümkündür. Habelə Türkiyə də bu prosesdə vasitəçi qismində çıxış edə bilər. Bildiyimiz kimi, Türkiyənin həm Pakistan, həm də Hindistanla çox güclü diplomatik münasibətləri var. Cənubi Asiya regionunda hər hansı riskli toqquşmanın qarşısının alınması mütləq xarakter daşıyır. Ona görə ki, hazırda beynəlxalq münasibətlər sisteminin özündə çox ciddi həssas dönəm yaşanır. Növbəti Hindistan-Pakistan müharibəsi nəinki bu regiona, hətta bütün beynəlxalq sistemə mənfi təsir göstərəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

