5 faiz təklifi ətrafında gərgin mübahisə...
17.05.2025 [09:36]
NATO-da çatlar yarana bilər?
Yaxın zamanda NATO-da daxili ziddiyyətlərin gərginləşməsinin şahidi ola bilərik. Belə ki, ABŞ Dövlət katibi Marko Rubio “Foxnews” -a müsahibəsində bildirib ki, NATO-nun iyunun 24-25 -də Haaqada keçiriləcək sammitində müdafiə xərclərinin artırılması ilə bağlı məsələ xüsusi müzakirə predmeti olacaq. Onun sözlərinə görə, alyansın üzv ölkələrinin qarşıdakı onillikdə müdafiəyəyə ÜDM-in 5 faiz dəyərində vəsait xərcləməsi üçün razılıq əldə oluna bilər. “Altı həftə sonra sammit keçiriləcək. Bu sammitdə NATO-nun demək olar ki, hər bir üzvünün müdafiə xərcləri 2 faiz və ya ondan yuxarı olacaq, lakin daha önəmlisi, onların əksəriyyətinin xərci 4 faizdən artıq olacaq. Növbəti onillikdə bu rəqəmi 5 faizə çatdırmaq barədə müzakirələr aparılacaq”, - deyə Rubio bildirib.
Xatırladaq ki, ABŞ-ın Dövlət katibi aprelin 4-də NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən əvvəl jurnalistlərə açıqlamasında bəyan etmişdi ki, hər bir NATO üzvü alyansın ərazisini müdafiə etmək və istənilən təhdidlərin qarşısını almaq üçün müdafiə xərclərini artırmalıdır. “Bloomberg” -in məlumatında qeyd olunur ki, iyunun 24-25 -də NATO-nun Haaqada keçiriləcək növbəti sammitində müzakirələr zamanı hərbi xərclərin artırılması və müdafiə sənayesinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Tramp ultimatum verib
Almaniyanın “Şpiegel” qəzetinin məlumatına görə, Tramp alyansın iyunun 24-25 -dəki sammitində iştirak etməyə bilər. Nəşr qeyd edir ki, bu barədə ABŞ-ın NATO-dakı yeni səfiri Metyu Uitaker alyansın səfirlərinə xəbərdarlıq edib. Diplomat, həmçinin Tramp administrasiyasının üzv dövlətlərin ÜDM-in 5 faizini müdafiəyə xərcləməyi öhdəsinə götürməsi tələbində israrlı olduğunu bildirib. Qeyd edək ki, Tramp Ağ Evə qayıtdıqdan sonra dəfələrlə öz çıxışlarında bəyan edib ki, Vaşinqton artıq Avropanın təhlükəsizliyinə vəsait ayırmaqda maraqlı olmayacaq və NATO-nun hər bir üzv ölkəsi alyansın müdafiə xərclərində ciddi öhdəlik daşımalıdır. Tramp martın 7-dəki çıxışında xəbərdarlıq edib ki, NATO ölkələri müdafiəyə lazımi olan vəsaiti ayırmasalar, ABŞ onları müdafiə etməyəcək.
NATO-nun 2024-ci il üçün müdafiə xərcləri
NATO-ya üzv ölkələr 2024-cü ildə müdafiəyə1,3 trilyon dollardan çox vəsait xərcləyiblər. Alyansın illik hesabatında bildirilir ki, bu, 2023-cü ildəkindən 123 milyard dollar çoxdur. 2024-cü ildə alyans ölkələrinin hərbi xərcləri rekord həddə - 1 trilyon 303 milyard dollara yüksəlib. Bunun 818 milyard dollarını (64 faizi) ABŞ xərcləyib. NATO -nun Avropa üzvləri və Kanadanın payı 2023-cü illə müqayisədə 19,4 faiz artaraq 468 milyard dollar təşkil edib. 2023-cü ildə alyansın müdafiə xərcləri 1,180 trilyon dolları keçib. 2024-cü ildə bu rəqəm 123 milyard dollar artıb.
Bəzi üzv ölkələr 2 faizə razılaşıb
NATO-nun yeni hesabatına görə, üzv dövlətlərin əksəriyyəti müdafiə xərclərini artıraraq ÜDM-in ən azı 2 faizini orduya yönəltmək öhdəliyini yerinə yetirib. Sözsüz ki, Trampın təzyiqləri və xəbərdarlıqları bu artımda mühüm rol oynayıb. Qərb KİV-lərinin məlumatına görə, NATO-nun 22 üzv ölkəsi ÜDM-nin 2 faizini müdafiəyə ayırıblar - Polşa müdafiə xərclərinə ÜDM-in 4,07 faizini, Estoniya, Latviya, ABŞ, Litva və Yunanıstan müdafiə xərclərinə ÜDM-in 3-4 faiz arası ayırıb. Türkiyə isə bu il müdafiəyə ÜDM-in 2,09 faizini ayıraraq hədəfi keçən ölkələr sırasına daxil olub. Almaniya, Fransa, Böyük Britaniya, Danimarka, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Macarıstan və Niderland, həmçinin Bolqarıstan və Slovakiyanın bu il üçün müdafiə xərcləri 2 faiz hədəfini keçib. Amma Monteneqro, İtaliya, Portuqaliya, Belçika, Lüksemburq, Sloveniya və Kanadanın müdafiə xərcləri 2 faiz hədəfinə çatmayıb. İspaniya isə müdafiə xərclərinə ÜDM-in cəmi 1,24 faizini ayırmaqla siyahının sonunda qərarlaşıb.
Rutte xərcləri 3,5 faizədəkartırmağı təklif edir
Mayın 2-də NATO-nun Baş katibi Mark Rutte alyansın üzv ölkələrinə hərbi xərcləri ümumi daxili məhsul həcminin 3,5 faizinədək artırmağı, müdafiə ilə bağlı digər məsələlərə isə əlavə olaraq ÜDM-nin 1,5 faizini ayırmağı təklif edir. Çox güman ki, NATO-nun Haaqa sammitində Rüttenin təklifi ətrafında da geniş fikir mübadiləsi aparılacaq. Baş katibin təklifi bəzi üzv ölkələr üçün münasib görünə bilər.
5 faiz ətrafında ciddi mübahisə
Almaniya XİN-in yeni rəhbəri Johann Vadeful “Reuters”ə açıqlamasında bildirib ki, Almaniya ABŞ-ın NATO ölkələrinin müdafiə xərclərini 10 ildə ÜDM-in 5 faizə çatdırmaq məqsədini dəstəkləyir. Vadeful Almaniyanın planlarını Antalyada Marko Rubio ilə görüşdən sonra açıqlayıb. Vadeful əlavə edib ki, Almaniya 2025-ci ildən etibarən müdafiə xərclərini ildə 60 milyard avrodan çox artırmağı planlaşdırır. Lakin NATO-nun bir çox üzv ölkələri Trampın 5 faiz təklifi ilə razılaşmırlar. “Reuters” qeyd edir ki, alyansın bəzi üzv ölkələrinin rəhbərləri müdafiə xərclərinin artırılmasına razılıq versə də, ABŞ prezidentinin ÜDM-in 5 faizi təklifini qəbul etmirlər - onlar bəyan edirlər ki, bu, iqtisadi cəhətdən qeyri-mümkündür.
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, NATO-nun Avropadakı bəzi üzv ölkələrinin sosial-iqtisadi problemləri buna imkan vermir: “Bu məsələ ətrafında ziddiyyətlər var. Yaxın aylarda bu ziddiyyətlər daha da dərinləşə bilər. NATO-nun bəzi üzv ölkələri Trampın bu təklifini yerinə yetirmək istəmirlər. Böyük ehtimalla, bu, alyans daxilində çox ciddi problemlər yaradacaq. NATO-nun Avropadakı bəzi üzv ölkələrində çox ağır sosial-iqtisadi problemlər var. Bu problemlər həmin ölkələrə müdafiə xərclərini 5 faizə qədər artırmağa imkan vermir. İspaniya və Portuqaliyanı buna misal çəkmək olar”. Ekspert əlavə edib ki, bəzi Avropa ölkələrində müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılmasına ehtiyac yoxdur. “Misal üçün Rusiya İspaniya, İtaliya və Portuqaliyanı təhdid edə bilər, amma reallığa baxanda Moskvanın bütövlükdə Avropaya hücum etmək niyyəti yoxdur. Moskvanın heç bu iki ölkəyə əlinin çatması üçün imkanları yoxdur”.
NATO-da çatlar yaranacaq?
“Hazırda Avropa İttifaqında vahid Avropa ordusunun yaradılması ilə bağlı söz-söhbətlər gəzir. Xüsusilə, Almaniya və Fransa bu məsələdə çox israrlıdır. Hər iki ölkənin rəsmiləri bəyan edirlər ki, Aİ öz ordusunu yaratmaqla ABŞ-ın təzyiqlərindən yan keçə bilər. Amma Aİ-nin bəzi ölkələri buna qarşı çıxır,”- deyə İ.Vəlizadə vurğulayıb ki, belə bir ordunun yaradılması üçün çox uzun zaman lazım olacaq: “Bu ideyanı qısa müddət ərzində həyata keçirmək çox çətin olacaq. Bu istiqamətdə tələsik addımların atılması alyans daxilində problemlərin yaranmasına gətirib çıxara bilər. O ki qaldı Trampın təklifinin NATO-da parçalanmalar yaradacağına, bəli, çox gərgin mübahisələr olacaq və ziddiyyətli məqamlar üzə çıxacaq, ancaq alyans öz daxili sabitliyini qoruyub saxlayacaq,”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Gündəm
15 İyun 00:20

Dünya
14 İyun 23:11

İdman
14 İyun 22:35

Gündəm
14 İyun 21:09

Dünya
14 İyun 20:12

Siyasət
14 İyun 19:13

YAP xəbərləri
14 İyun 18:37

Dünya
14 İyun 18:28

Sosial
14 İyun 17:37

YAP xəbərləri
14 İyun 16:25

Xəbər lenti
14 İyun 16:23

YAP xəbərləri
14 İyun 15:43
YAP xəbərləri
14 İyun 14:21

YAP xəbərləri
14 İyun 13:59

YAP xəbərləri
14 İyun 13:17

Sosial
14 İyun 12:51

YAP xəbərləri
14 İyun 12:48

YAP xəbərləri
14 İyun 12:31

Mədəniyyət
14 İyun 12:27

MEDİA
14 İyun 12:15

Gündəm
14 İyun 12:10

Siyasət
14 İyun 12:05

Siyasət
14 İyun 11:52

MEDİA
14 İyun 11:38

Analitik
14 İyun 11:24

YAP xəbərləri
14 İyun 11:23

Analitik
14 İyun 11:00

YAP xəbərləri
14 İyun 10:55

Siyasət
14 İyun 10:26

Sosial
14 İyun 09:53

Elm
14 İyun 08:51

Ədəbiyyat
14 İyun 08:37

İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17

Dünya
13 İyun 21:53
YAP xəbərləri
13 İyun 21:29

İdman
13 İyun 21:14

Hadisə
13 İyun 20:53

YAP xəbərləri
13 İyun 20:38

Elm
13 İyun 20:36
YAP xəbərləri
13 İyun 20:12

Dünya
13 İyun 20:02

Dünya
13 İyun 19:50

YAP xəbərləri
13 İyun 19:37

YAP xəbərləri
13 İyun 19:13

Dünya
13 İyun 19:07

Siyasət
13 İyun 18:59

YAP xəbərləri
13 İyun 18:36

YAP xəbərləri
13 İyun 18:04

YAP xəbərləri
13 İyun 17:57

YAP xəbərləri
13 İyun 17:45

YAP xəbərləri
13 İyun 17:11

YAP xəbərləri
13 İyun 17:00

YAP xəbərləri
13 İyun 16:56

YAP xəbərləri
13 İyun 16:53

YAP xəbərləri
13 İyun 16:50

Dünya
13 İyun 16:41

YAP xəbərləri
13 İyun 16:37

Dünya
13 İyun 16:34

YAP xəbərləri
13 İyun 16:23

YAP xəbərləri
13 İyun 16:10

YAP xəbərləri
13 İyun 16:07

YAP xəbərləri
13 İyun 15:44

MEDİA
13 İyun 15:44

Dünya
13 İyun 15:36

Dünya
13 İyun 15:28

Dünya
13 İyun 15:28
