Müzakirələr dondurulub...
17.07.2025 [08:59]
ABŞ Senatının Rusiyaya qarşı hazırladığı qanun layihəsinin “taleyi” qeyri-müəyyəndir
Donald Tramp ABŞ-da hakimiyyətə gəldiyi ilk vaxtlarda Rusiyaya qarşı loyal münasibət sərgiləsə də, hazırda Moskvanın mövqeyindən narazıdır. Buna səbəb Rusiyanın Ukrayna məsələsi ilə bağlı Vaşinqtonun təkliflərini qəbul etməməsidir. Buna görə də, ABŞ Prezidenti son zamanlar Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına müsbət yanaşır.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem (Cənubi Karolinadan olan respublikaçı) və Riçard Blumental (Konnektikutdan demokrat) olub. Bu təşəbbüs digər məsələlərlə yanaşı, Rusiyadan neft-qaz, uran alan ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Bu ölkələrdən ABŞ-a idxala 500 faiz idxal rüsumlarının tətbiqi təklif edilir.
Layihə sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur
ABŞ mətbuatı bir müddət öncə yazmışdı ki, Tramp yeni sanksiyaların qəbulu üzrə işlərin intensivləşdirilməsini dəstəkləyir. Nəşrə açıqlama verən senator Lindsi Qremin sözlərinə görə, Tramp Moskvaya qarşı sərt addımlara hazırdır. Senator, həmçinin qeyd edib ki, onun həmmüəllifi olduğu sanksiya layihəsinin son variantı ABŞ Prezidentinə xarici siyasətində çeviklik təmin etmək üçün daha geniş imkanlar yaradır.
Senatda respublikaçı çoxluğunun lideri Con Tyun da təsdiqləmişdi ki, hazırda qanun layihəsinin irəli sürülməsinə “böyük maraq” var. Eyni zamanda, bu məsələdə qanunvericilərin fəaliyyəti Prezident administrasiyası ilə razılaşdırılır. Tramp da iyulun 8-də kabinetin iclasında bildirib ki, Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermək imkanını “çox ciddi şəkildə” araşdırır.
Prezident nə vaxt məsləhət bilsə...
Lakin iki gün öncə Con Tyun bildirib ki, ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin müzakirəsinə başlamayacaq. “Politico” nəşri öz səhifələrində senatorun bu fikirlərinə yer verib: “Görünür, prezident indi sanksiyaların bəzilərini təkbaşına tətbiq etməyə çalışacaq. Nə vaxt prezident bunun ağlabatan olacağı, ona bu danışıqlarda ehtiyac duyduğu əlavə təsir rıçaqını verəcəyi qənaətinə gəlsə, onda biz bunu edəcəyik. Biz hazır olacağıq. Biz əlimizdən gələni edəcəyik, strategiyanı Ağ Evlə və əlbəttə ki, Nümayəndələr Palatası ilə əlaqələndirəcəyik”.
Ekspertlər isə bu addımın Trampın Rusiya Prezidenti Putinə 50 gün vaxt verməsi ilə əlaqələndirir. Hesab edilir ki, 50 gün ərzində Rusiya Vaşinqtonun təkliflərini qəbul edərsə, yeni sanksiyalara ehtiyac qalmayacaq. Əks halda, qanun layihəsi Konqresdə müzakirəyə çıxarıla bilər.
Bütün bunların fonunda Avropa liderləri dondurulmuş Rusiya aktivlərinə çıxışla bağlı plan hazırlayırlar. Rusiyaya qarşı sanksiyalar layihəsinin müəllifi, amerikalı senator Riçard Blumental bu barədə CBS telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərinin heç olmasa bir hissəsinə çıxış əldə etmək istəyirlər. Riçard Blumental, həmçinin Avropa liderlərinin sanksiyalar məsələsində Vaşinqtonla “tam həmrəylik” nümayiş etdirdiyini və ABŞ tərəfindən müsadirə edilmiş 5 milyard dollarlıq aktivlərə də çıxış imkanının yarana biləcəyini vurğulayıb.
Bir müddət öncə, senator Lindsi Qrem Rusiya ilə iqtisadi əməkdaşlıq edən ölkələri tənqid edərək tezliklə onlara qarşı cavab tədbirlərinin tətbiq olunacağını bildirib. O, Hindistanı Rusiyadan ucuz qiymətə neft almaqda və daha sonra onu digər ölkələrə satmaqda ittiham edib. Bundan başqa, senator Rusiya Prezidenti Vladimir Putinə dəstəklərinin davam edəcəyi təqdirdə Hindistan və Braziliyanı bunun “ağır nəticələri” olacağı barədə hədələyib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

