Fələstinin müstəqilliyini tanıyacaq ölkələrin sayı artır
01.08.2025 [12:03]
Ərəb ölkələri HƏMAS-ı Qəzza bölgəsini tərk etməyə çağırıb
Hazırda Qəzza bölgəsində vəziyyət dözülməz həddə çatıb. Münaqişə nəticəsində bu bölgə dağılıb, on minlərlə dinc insan həlak olub. Bölgədə humanitar vəziyyət də acınacaqlıdır. İsrailin bu bölgəyə keçidləri bağlaması nəticəsində artıq Qəzzada insanlar, o cümlədən uşaqlar acından ölür. Belə bir şəraitdə beynəlxalq birliyinin İsrailə təzyiqləri artmaqdadır. Əsas təzyiq vasitəsindən biri isə Fələstin dövlətinin müstəqilliyini tanımaqdır. Doğrudur, indiyədək 150-ə yaxın dövlət Fələstinin müstəqilliyini tanıyıb. Lakin hazırda dünyanın bir sıra aparıcı dövlətləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının bəzi daimi üzvləri də bu addımı atmağa hazırlaşırlar.
Britaniya İsrailə şərt irəli sürüb
Xatırladaq ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətçiliyini rəsmən tanıyacağını bəyan edib. Fransanın ardınca Böyük Britaniya da Fələstinin müstəqilliyini tanıya biləcəyini açıqlayıb. Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb ki, İsrail humanitar yardımın Qəzza zolağına çatdırılmasına mane olmağa və hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə, London BMT Baş Assambleyasının sentyabr sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacaq. “Biz sülh prosesinin həyata keçirilməsinə sadiqliyimizi qoruyuruq. İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyəti dayandırmaq və uzunmüddətli, dayanıqlı sülhə nail olmaq istiqamətində ciddi addımlar atmasa, biz sentyabrda, BMT Baş Assambleyasının sessiyasından öncə, Fələstin dövlətini tanıyacağıq”, - deyə bəyanatda vurğulanıb. London dərhal atəşkəsin elan edilməsini, qətliamın dayandırılmasını və eyni zamanda HMAS tərəfindən saxlanılan girovların azad olunmasını tələb edib.
Kanada da müstqil Fələstini tanımaq niyyətindədir
Fələstini tanıyacaq dövlətlər sırasına Kanada da qoşulub. Kanadanın Baş naziri Mark Karni deyib ki, ölkəsi BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 80-ci sessiyasında Fələstini bir dövlət kimi tanımaq niyyətindədir. O, bildirib ki, bunun üçün Fələstin 2026-cı ildə ümumi seçkilər keçirməli, bu seçkilərdə HƏMAS heç bir halda iştirak etməməli və Fələstin demilitarizasiya olunmalıdır. “Kanada Fələstində güclü, demokratik idarəçilik və xalqın daha dinc və ümidli gələcəyi üçün səylərini artıracaq”,-deyə Mark Karni əlavə edib.
Lakin İsrail və ABŞ Fələstini tanıyacağını bəyan edən ölkəəri sərt tənqid edib. İsrail Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir: “İsrail Böyük Britaniyanın baş nazirinin bəyanatını rədd edir. Fransanın hərəkətləri və daxili siyasi təzyiqlərdən sonra Britaniya hökumətinin mövqeyinin dəyişməsi indi HƏMAS üçün mükafatdır. Bu, Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə olunması səylərinə zərər verir”.
ABŞ Prezidenti Donald Tramp isə Kanadanı ticarət sazişi imzalamamala hədələyib. Tramp “Truth Social” sosial şəbəkəsində yazıb: “Kanada Fələstin dövlətini dəstəklədiyini elan edib. Buna görə də onlarla ticarət sazişi bağlamaq bizim üçün çox çətin olacaq”.
Qəzzada 150-dən çox insan acından ölüb?
Bir neçə gün öncə BMT-nin baş qərargahında Qəzza ilə bağlı konfrans keçirilsə də, nəticəsiz başa çatıb. ABŞ və İsrail konfransı boykot edib. Hər iki ölkənin liderləri hazırkı şəraitdə Fələstin dövlətinin yaradılmasının terrora dəstək olduğunu hesab edirlər.
Diplomatiyanın uğursuz olduğu bir şəraitdə isə Qəzzada vəziyyət daha da ağırlaşır. HƏMAS hərəkatı “Telegram” kanalında məlumat verib ki, indiyə qədər 154 fələstinli, o cümlədən 89 uşaq aclıqdan ölüb, yüzlərlə insan səhiyyə sisteminin, demək olar ki, tam çöküşü fonunda hər gün qida çatışmazlığından əziyyət çəkir. Məlumata əsasən, əraziyə ərzaq, dərman və uşaq qidalarının çatdırılmasının dayandırılması nəticəsində 40 min körpə və 60 min hamilə qadın əziyyət çəkir: “Yardımların əksəriyyəti əvvəllər təxliyə edilmiş təhlükəli ərazilərə havadan atılır ki, bu da həmin təchizatları səmərəsiz edir və mülki şəxslərin həyatını təhlükə altına qoyur. Blokadanın aradan qaldırılması və nəzarət-buraxılış məntəqələrinin dərhal açılması Qəzzadakı fəlakəti sona çatdıra biləcək yeganə həlldir”.
Nəzərə alaq ki, bu il martın 2-dən etibarən Qəzza zolağına beynəlxalq humanitar yardım daxil olmur, İsrailin qərarı ilə bütün nəzarət-buraxılış məntəqələri bağlı qalır, ərzağın paylanması isə İsrail və ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Yardım Fondunun məntəqələri sistemi vasitəsilə həyata keçirilir.
Ərəb ölkələrindən HƏMAS-a çağırış
Ərəb ölkələri isə Nyu-Yorkda BMT-nin himayəsi altında keçirilən İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllinə dair konfransda HƏMAS radikal qruplaşmasını anklavdakı hakimiyyətdən əl çəkməyə və bütün silahlarını Fələstin Muxtariyyətinə təhvil verməyə çağıran 7 səhifəlik Bəyannaməyə imza atıblar. Onlar bu təşkilatın silahlı dəstələrini Qəzza zolağını tərk etməyə çağırıblar. Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa bu çağırışı forumun tribunasından edib. O, bərpa və müdafiə missiyasında iştirak etmək üçün beynəlxalq qüvvələri regiona dəvət etməyə hazır olduğunu bildirib.
Avropa İttifaqı və Ərəb Liqası tərəfindən də təsdiqlənən Bəyannamənin sentyabr ayına qədər BMT tərəfindən rəsmi şəkildə təsdiqlənməsi gözlənilir. O vaxta qədər başqa ölkələr də ona qoşula bilər. Həmin konfransda 15 Qərb ölkəsindən ibarət qrup dünyanı müstəqil Fələstin dövlətini tanımağa çağırıb. Sənədi imzalayan ölkələr HƏMAS-dan girovların İsrailə qaytarılmasını tələb edirlər. Eyni zamanda, onlar Qəzza zolağında çətin humanitar vəziyyətə işarə edərək, iki ilə yaxındır davam edən döyüşlərə son qoyulması istiqamətində səyləri artırmağa çağırıblar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19

