Azərbaycanla təhdid dilində danışmaq Kremlin özünə ağır zərərlər vura bilər
08.08.2025 [23:49]
Azərbaycan neftinin ixrac edildiyi Ukraynanın Odessa istiqamətindəki qaz kəməri sisteminin, eləcə də SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə Rusiya dronları tərəfindən hədəfə alınaraq zərbələrə məruz qalması Kremlin Azərbaycana qarşı düşmənçiliyinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bu, Rusiyanın son aylarda ölkəmizə qarşı intensivləşən təzyiq siyasətinin tərkib hissəsidir.
Rusiya bu cür təxribatları son dövrlərdə təkrarlayır, Azərbaycanın Ukraynadakı mühüm inzibati məntəqələrini, biznes, enerji obyektlərini, hətta diplomatik nümayəndəliyinin yerləşdiyi əraziləri məqsədli şəkildə hərbi hücumlarla sıradan çıxarmağa çalışır. Ukraynadakı səfirliyimizin yaxınlığında raket zərbələrinin endirilməsi beynəlxalq qaydalara zidd olmaqla yanaşı, bütün siyasi etik normaları pozmaqdır. Eləcə də mülki infrastrukturların, energetika-yanacaq kompleksələrinin hərbi hədəf halına gətirilməsi, SOCAR-ın inzibati ofisinin yanına raketin düşməsi və digər hallar məqsədli bir ssenarinin tərkib hissəsidir və Moskvanın dövlət aparatının sifarişlərinin təzahürüdür. Bunlar Rusiyanın məqsədyönlü şəkildə Azərbaycanın Ukraynadakı legitin fəaliyyətinə zərbə vurmaq, bu ölkədəki humanitar-iqtisadi dəstəklərini sarsıtmaq məqsədi güdür və Kreml bununla Azərbaycana açıq verməyə çalışır ki, Ukraynaya qarşı davam etdirdiyi humanitar fəlakətlərə göz yumsun. Bu, nəinki dövlət əxlaqına sığmır, eyni zamanda, insanlığa qarşı cinayətlər kimi xarakterizə oluna bilər.
Ümumiyyətlə, Rusiya Ukraynada batdığı hərbi münaqişədəki zərər və itkilərinin, siyasi-hərbi-iqtisadi defoltunun şiddətlənməsi fonunda daha da dövlət etikasını itirir, Ukrayna xalqının üzləşdiyi insanlıq faciəsinə biganə qalmayan, ağrı ilə qarşılayan dövlətlərə düşmən kimi yanaşır. Qardaş Ukrayna xalqına qarşı vəhşiliklər törədən Rusiyanın digər ölkələrə və xalqlara qarşı törətdikləri təəccüblü deyil. Bu acizlik və çarəsizlik əlamətini isə həmin ölkələrdən müxtəlif “qisaslarla” almağa çalışır. Qroznu hava limanı yaxınlığında təyyarəmizin vurulması, Yekaterinburqda baş vermiş hadisələr də bunu təsdiqləyir.
Rusiyanın düşdüyü rüsvayçı vəziyyət, bu dövlətin postsovet məkanında Ermənistandan sonra ikinci işğalçı dövlət olmasını açıqca nümayiş etdirir. Rusiyanın təsir vasitəsi hesab etdiyi MDB-nin durumu, qurumun dağılması, Moldova bu qurumu tərk edib, Azərbahcan onun tədbirlərinə qatılmır. Kreml onun imperialist siyasətinə qarşı çıxan, regiondakı avantüralarını açıq şəkildə rədd edən dövlətlərə, o cümlədən Azərbaycana qıcıq göstətir. Rusiya bununla Azərbaycanın müstəqil xarici siyasətinə, o cümlədən regional həmrəylik dalğası yaradan enerji siyasətinə qarşı çıxaraq barışmaq istəmədiyi biruzə verir.
Ancaq Rusiya hökuməti, dövlət rəsmiləri anlamalıdır ki, bu şovinist və yırtıcı siyasət daha çox özünə zərər verir, yaxın qonşularını ondan daha da uzaqlaşdırır, strateji müttəfiqlik bəyannaməsi imzaladığı Azərbaycana qarşı bu məntiqsiz yanaşma, münasibətləri korlayır. Ona görə də, Rusiya bölgədə adi qonşuluq münasibətlərini də itirmək və bütün region ölkələrini özündən iyrəndirmək istəmirsə, açıq məntiqlə düşünməlidir.
Azərbaycan dövlətinin yürütdüyü balanslaşdırılmış xarici siyasət kursu hər heç bir ölkəyə qarşı deyil, yalnız milli maraqların həyata keçirilməsinə əsaslanır. Bu gün bölgədə yeni realıqlar yaradan ölkəmiz daha güclüdür, haqlıdır, qalibdir. Ərazi ölçüsündən asılı olmayaraq heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz, bunu Rusiyadakı hakim dairələr anlasalar, öz xeyirlərinə olar.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

