Parisdə Ukraynanın taleyi həll olunacaq?
02.09.2025 [09:12]
Qərb liderləri Ukrayna məsələsinə görə yenidən toplaşacaqlar. Belə ki, sentyabrın 4-də Parisdə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa liderlərinin növbəti görüşü baş tutacaq. “The Financial Times” qəzetinin məlumatında qeyd olunur ki, Parisdəki görüşdə Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcək. Görüşə, həmçinin ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski də qatılacaq. Qəzet qeyd edir ki, Qərb liderlərinin bu dəfəki görüşündə Ukraynanın taleyi ilə bağlı bir sıra önəmli məsələlər müzakirə olunacaq. Xatırladaq ki, avqustun 18-də Vaşinqtonda Ağ Evdə Trampın Avropa liderləri - Makron, Merts, Starmer, Rutte, Lyayen və Zelenski ilə görüşü baş tutub - bu görüşdə müharibədən sonrakı dövrdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı məsələ əsas müzakirə predmenti olub. Hazırda həm Prezident Donald Tramp, həm də Avropa ölkələrinin liderləri bu ilin sonuna yaxın Ukraynada müharibəni bitirmək və atəşkəsə nail olmaq, o cümlədən post-müharibə dövründə Ukraynanın təhlükəsizliyinin təminatına yönələn zəmanətlərin hazırlanmasına dair plan üzərində işləyirlər - hazırki görüşlərin başlıca məqsədi məhz bu istiqamətə yönəlib.
Parisdə vacib məsələlər müzakirə olunacaq
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Paris görüşündə Ukraynanın taleyinə təsir göstərəcək məsələlərə diqqət yetiriləcək. “Üç gündən sonra Parisdə baş tutacaq görüşdə Avropa liderləri əsasən Ukraynanın təhlükəsizliyi, xüsusilə də Aİ-nin Ukraynaya hərbi-maliyyə dəstəyinin davam etdirilməsi, Ukraynanın daha effektiv müasir silahlarla təmin olunması və Avropa ölkələrinin Ukraynanın müdafiəsinin möhkəmləndirilməsi istiqamətində gələcək addımları barədə müzakirələr aparacaqlar. Hətta Rusiya ilə müharibə bitdikdən sonra təmas xətti boyunca atəşkəsi təmin etmək üçün Ukraynaya xüsusi hərbi kontigentin göndərilməsi ilə bağlı məsələyə də toxunula bilər. Bugünlər Avropa ölkələri ABŞ-dan baha qiymətə həm müdafiə, həm də hücum xarakterli silahlar alaraq Ukraynaya ötürürlər,” - deyə S.Hümbətov vurğulayıb ki, Trampın Paris görüşündə iştirak edib - etməyəcəyi vəziyyətdən asılı olacaq. “Ola bilsin ki, Tramp bu görüşdə iştirak etsin. Amma bu, baş tutmaya da bilər. Xüsusi bir məqamı da qeyd edim ki, Avropa liderləri Trampın Putinə münasibətini birmənalı qarşılamırlar, eyni zamanda Aİ-nin Ukrayna məsələsində mövqeyini gücləndirmək niyyəti güdürlər. Bu baxımdan Avropa liderləri Trampın Parisdə keçiriləcək görüşdə iştirak etməsini istəməyə də bilərlər”.
Moskva təhlükəsizlik zəmanətlərindən narahatdır
Politoloq Oqtay Qasımov qəzetimizə şərhində bildirib ki, Parisdə keçirilməsi nəzərdə tutulan Qərb liderlərinin geniştərkibli görüşü bu yaxınlarda baş tutan Vaşinqton görüşünün davamı kimi qiymətləndirilə bilər. “Bu gün aparılan müzakirələrin mahiyyətində Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi əsas prioritet hədəf hesab olunur. Ümumi rəy ondan ibarətdir ki, atəşkəs dövründə hərbi eskalasiyanın qarşısını almaq üçün Ukrayna xüsusi təhlükəsizlik mexanizmlər ilə təmin olunmalıdır. Əsas məsələ burasındadır ki, Rusiya Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı qaldırılan məsələyə isti yanaşmır - Moskva Ukraynaya çox məhdud çərçivədə təhlükəsizlik zəmanətlərinin verilməsini istəyir. Kreml müxtəlif manipulyasiyalar vasitəsilə buna əngəl olmağa çalışır,” - deyə O.Qasımov əlavə edib ki, Alyaskada Putinlə görüşdən sonra Trampın mövqeyində dəyişiklik hiss olunur: “Alyaska görüşündən əvvəl Tramp Moskvaya ciddi şəkildə xəbərdarlıq edirdi, Kremli danışıqlar masasına çağırırdı. Amma son zamanlar əvvəlki fəallığı nümayiş etdirmir. Ağ Ev rəhbərinin Ukrayna ilə bağlı son bəyanatlarından belə görünür ki, o, Rusiyanın prosesi pozmaq taktikasından yorulub və artıq bunu qəbul edir”.
Əsas prioritet təhlükəsizlikdir
“Qərb ölkələri Ukraynanın Rusiyaya qarşısında məğlub duruma düşməsində maraqlı deyillər. Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində daha çox intensiv addımlar atılacaq, Ukrayna daha müasir silah-sursatla təmin olunacaq,” - deyə O.Qasımov qeyd edib ki, Paris görüşündə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi geniş müzakirə olunacaq. “Növbəti görüşdə Ukraynanın təhlükəsizliyinə dair prinsipial razılaşma əldə oluna bilər. Ancaq yekun qərarın nə zaman qəbul ediləcəyi barədə indidən proqnoz vermək qeyri-mümkündür”.
Putin bu görüşə qatılacaq?
Qərb KİV-lərində dolaşan bəzi iddialara görə, sentyabrın 4-də Parisdə baş tutacaq görüşə Rusiya Prezidenti Vladimir Putin də qoşula bilər - belə iddia olunur ki, Paris görüşü çərçivəsində Tramp, Zelenski və Tramp arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. O.Qasımov bu iddiaların əsassız olduğunu bildirib: “Putinin Parisdəki görüşdə iştirak etməsi inandırıcı görünmür. Birincisi, o, hazırda Çində səfərdədir, ikincisi isə Moskva hələ ki, belə görüşlərə hazır deyil. Ona görə də Parisdə Tramp, Putin və Zelenski arasında üçtərəfli görüşün keçirilməsi ehtimalı yoxdur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

