Aİ yeni plan hazırlayır...
19.09.2025 [09:57]
Rusiyanın dondurulmuş aktivləri Ukraynaya ötürüləcək?
Avropa İttifaqı ölkələri Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin yeni variantını araşdırır. Belə ki, Britaniyanın “Financial Times” (FT) qəzetinin məlumatında qeyd olunur ki, Aİ-nin üzv ölkələri Belçikanın “Euroclear” depozitarında nağd pul qalıqları statusuna çevrilmiş vəsaitlərdən Avropa üçün faizsiz istiqrazların alınmasında istifadəyə ümid edirlər. Qəzetin məlumatına görə, Rusiya Federasiyasının “Euroclear”da saxlanılan 194 milyard avroluq aktivinin 170 milyard avrosunun ödəmə vaxtı çatıb və pul qalıqları dərəcəsinə keçib. Ukrayna vəsaiti tranşlarla alacaq. Maliyyələşdirmə mexanizmlərinin idarə olunması üçün xüsusi alətdən də istifadə edilməsi təklif edilir ki, bu da Avropa İttifaqından kənar ölkələrin iştirakına imkan verə bilər. Sentyabrın 10-da Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib ki, Belçika Avropa İttifaqının hüquqi riskləri bölüşməsi şərti ilə Rusiyanın təxminən 200 milyard avro məbləğində dondurulmuş aktivlərinin istifadəsinə razılıq verəcək. Diplomatın sözlərinə görə, Brüssel ölkənin illik büdcəsinə ekvivalent məbləği ödəməyə məcbur edə biləcək hər hansı potensial iddiaya görə məsuliyyət daşıya bilməz. Bundan əvvəl Almaniya Rusiyanın dondurulmuş aktivləri ilə bağlı mövqeyini dəyişib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Aİ-nin bu məsələdə əsas diqqəti aktivlərin səmərəli və risksiz idarə olunması, bununla bağlı məsuliyyətin düzgün şəkildə bölüşdürülməsinə yönəlib. “Burada əsas söhbət Rusiyanın dondurulmuş 200 milyard avro dəyərində vəsaitlərdən, ən əsası da hər hansı effektli aktivitə yerləşdirilməyən və pul qalığına çevrilmiş sözügedən vəsaitlərin gələcək taleyindən, eyni zamanda, bu istiqamətdə məsuliyyət bölgüsündən və vəsaitlərin səmərəli şəkildə idarə olunmasından gedir. Rəsmi Brüssel bununla bağlı riskləri Aİ-nin digər üzv ölkələri ilə bölüşməkdə maraqlıdır, yəni bu yükü təkcə öz çiyinlərinə götürmək istəmir. Avropa İttifaqının özünün də burada maraqları var - Aİ müvafiq vəsaitlərin daha az cəlbedici olan və faizsiz istiqrazlarda yerləşdirilməsini istəyir. Bu istiqrazlar Avropa İttifaqının ümumi borclanma xərclərinin optimallaşdırılmasında xüsusi alət kimi istifadə oluna bilər. Məsələnin ümumi mahiyyətinə gəlincə, 200 milyard avro dəyərində olan vəsaitlərin bu və digər şəkildə səmərəli və risksiz idarə olunması, o cümlədən mərhələli şəkildə Ukraynaya ötürülməsi, yəni bu vəsaitlərin Ukraynada infrastrukturun yenidən qurulmasını, xüsusilə də müharibənin vurduğu zərərin və fəsadların aradan qaldırılmasını nəzərdə tutan layihələrin maliyyələşdirilməsinə yönləndirilməsi əsas və prinsipial hədəfdir. Artıq bu barədə razılaşmalar əldə olunub və ilkin formada yol xəritələri tərtib olunur”, - deyə R.Həsənov əlavə edib ki, dondurulmuş vəsaitlərin faizli və gəlirli aktivlərə yerləşdirilməsi Ukrayna üçün faydalı ola bilər; “Təbii ki, bütün bunlar ilkin hazırlıq tədbirləridir. Müharibənin nə zaman və hansı şərtlər altında sona çatacağı qeyri-müəyyən olaraq qalır. Ola bilər ki, Rusiyanın şərtlərindən biri dondurulmuş vəsaitlərin geri qaytarılması tələbi ola bilər. Amma istənilən halda beynəlxalq hüquq imkan verir ki, həmin vəsaitlər Ukraynada müharibə nəticəsində dağıdılmış şəhərlərin, qəsəbələrin və xüsusi strateji əhəmiyyət daşıyan obyektlərin yenidən qurulması üçün istifadə olunsun. Ümid edirəm ki, bu vəsaitlər yüksək faizli aktivlərə yerləşdiriləcək - bunun özü Ukrayna üçün çox faydalı olar”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

