Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Referendum keçirilsə...

Referendum keçirilsə...

13.01.2026 [09:50]

Referendum keçiriləcəyi təqdirdə, ukraynalılar Donbasda ərazi güzəştlərinə getməyə hazırdırlar.

AZƏRTAC “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, ukraynalılar ərazi güzəştləri qarşılığında güclü ordu, bərpa üçün milyardlar və Avropa Birliyinə üzvlük əldə edəcəklər. Bu, cəmiyyətin qəbul etməyə hazır olduğu bir ssenaridir.

Kuleba qeyd edib ki, 2024-cü ilin payızında nazir vəzifəsindən getdikdən sonra ölkəni gəzib, insanlarla danışmaq imkanı qazanıb. Onun fikrincə, Avropa İttifaqının Ukraynaya dəstəyi Rusiyanın təzyiqinə tam müqavimət göstərmək üçün kifayət etmir.

Sabiq XİN başçısı vurğulayıb ki, Ukraynanın öz yolu yoxdur; o ya Avropa İttifaqına qoşulacaq, ya da Rusiyanın bir hissəsi olacaq.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30