Yeni ilin “köhnəsi”
13.01.2026 [08:38]
13 yanvarda qeyd edilən bu bayram tarixi ənənəyə əsaslanır
Hər ilin dekabrın 31-i ilə yanvarın 1-nə keçən gecə dünya təqvimi və il yenilənir. Həmin gün bütün dünyada Yeni il bayramıdır. Ancaq bu günü xüsusi təmtəraqla qeyd edən ölkələrin bir çoxunda bayram ab-havası bitmiş sayılmır - ta ki, yanvarın 13-nə kimi. Çünki yanvarın 13-ü köhnə Yeni il bayramıdır. Hətta bu bayramı ikinci Yeni il kimi də qeyd edənlər var. Hər il yanvarın 13-də insanlar 13 gün əvvəlki kimi süfrələr açır, şadyanalıq edir, yeni təqvimin gəlişini nəvbəti dəfə qeyd edirlər. Hətta bir çoxları evlərdə qurulan yolkaları da ayın 13-dən sonra sökürlər.
Bayramın tarixi...
Bu bayramı qeyd etmək ənənəsi qədimdən, hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gün bayram kimi qeyd olunurdu. 1700-cü ildə Birinci Pyotr həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib.
Qərarda qeyd olunub ki, ölkədə Yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqın çaşdırılmasına xidmət edir. Buna görə də hamılıqla birlikdə bayram yanvarın 1-də qeyd olunmalıdır.
Yanvarın 13-ü köhnə Yeni il kimi Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə bağlıdır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur. Amma nəzərə almaq lazımdır ki, bu bayram təkcə Rusiyada, eləcə də postsovet ölkələrində keçirilmir. Katoliklər yeni ili e.ə 45-ci ildə Roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edir.
Köhnə Yeni ili qeyd edən ölkələr...
Rusiya ilə yanaşı, köhnə Yeni il Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir. Yeni ili yanvarın 13-ündə qarşılamaq ənənəsi Serbiya və Çernoqoriyada hələ də saxlanılıb. Çünki bu ölkələrdə Rusiyada olduğu kimi kilsə günləri Yuli təqvimi ilə qeyd edilir. Serbiyada bu bayram Serbiyanın Yeni ili adlandırılır. Makedoniyada, İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvim qeyd olunur.
Yaponiyada isə “rissyun” adlanan köhnə Yeni il baharın gəlişidir. Azərbaycanda köhnə Yeni ili daha çox ölkəmizdə yaşayan ruslar qeyd edirlər.
Nə üçün 13 yanvar?
Dünyanın bəzi ölkələrində bu bayramla bağlı özəl münasibətin səbəbləri də var. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit, qarışıqlıqdan uzaq keçirilməsidir. Məsələn, Rusiyada keçirilən sorğu zamanı məlum olub ki, əhalinin 60 faizi bu bayramı keçirməkdə maraqlıdır. Onların arasında tələbələr, ev qadınları, 40 yaşdan kiçik şəxslər üstünlük təşkil edir.
Maraqlıdır ki, qədim ənənələrdən biri də 13 yanvarda, gecə saat 2-də südlü sıyıq bişirilməsidir. Həmin vaxt evin yaşca böyük xanımı anbardan düyü, evin yaşlı kişisi isə bulaqdan su gətirir. Soba qızmamış heç kim ona əl vurmazdı. Daha sonra hamı masa arxasında oturur, qadın sıyığı bişirməyə başlayırmış... Sıyıq dadlı və qaydasında alınanda yeni ili uğurlu və bərəkətli hesab etmək olarmış. Qazanından daşmış, normasında alınmamış südlü sıyıq isə ailə üçün bərəkətsiz, uğursuz il hesab olunurdu.
Yeni ümidlər və köhnə Dəyərlər
Köhnə Yeni il təzə ümidlər, yeni arzular və məqsədlərin cəmləşdiyi bir an olmasına baxmayaraq, eyni zamanda, keçmişin dəyərlərini qorumağın bir vasitəsidir. Hər hansı bir yeni təqvim, hər zaman bir yenilik gətirir, amma bir çox insan köhnə Yeni İlin özünəməxsus ruhunun bəzən sadəlikdə və ailə dəyərlərində gizli olduğuna inanır. Köhnə Yeni İl sadəcə təqvimin bir günüdür, amma onun ruhu, insana keçmişin xatirələrini, sevdiklərini və ümumiyyətlə, həyatın sadə gözəlliklərini xatırladır. Yeni il dedikdə yalnız arzu və ya dəyişiklik gözləntisi ilə deyil, eyni zamanda, keçmişi, nəyi itirdiyimizi və nəyi qoruya bildiyimizi düşünərək qarşılanır. Bu, keçmişlə gələcək arasında bir körpü, bir əlaqə qurma cəhdi və bəlkə bir az da nostalji bir təşəbbüsdür.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

