2031-ci ilədək...
18.07.2026 [11:39]
Fransa 2031-ci ilə qədər dövlət maliyyəsini sabitləşdirmək üçün təxminən 200 milyard avro həcmində büdcə tədbirləri həyata keçirməlidir. Bu qənaət Fransanın Strategiya və Plan üzrə Ali Komissarlığının (HCSP) dərc etdiyi analitik hesabatda yer alıb.
AZƏRTAC xəbər verir ki, sənədə görə, müdafiə və iqlim keçidi ilə bağlı öhdəliklər nəzərə alınmasa belə, dövlət maliyyəsində ciddi nəzarətsiz artımın qarşısını almaq üçün 2025-ci ilin sabit qiymətləri ilə 140 milyard avroluq fiskal düzəliş tələb olunur. Bu məbləğ ümumi daxili məhsulun (ÜDM) təxminən 4,4 faizinə bərabərdir.
HCSP hesab edir ki, 2031-ci ilə qədər dövlət büdcəsində borc faizləri və iqtisadi dövrün təsirləri nəzərə alınmadan ÜDM-in 1,8 faizi həcmində ilkin struktur profisitə nail olunmalıdır. Lakin müdafiə və iqlim siyasəti üzrə planlaşdırılan əlavə xərclər də nəzərə alındıqda, tələb olunan ümumi büdcə səyi ÜDM-in 6,4 faizinə, yəni təxminən 200 milyard avroya yüksəlir.
Hesabatda qeyd olunur ki, təhsil, elmi tədqiqatlar və sosial həmrəylik sahələrinə əlavə investisiyalar ayrılacağı təqdirdə bu məbləğ daha da arta bilər.
HCSP-nin “Fransa 2035, Fransa 2050” adlı uzunmüddətli proqnozlarına əsasən, mövcud siyasət dəyişməz qalarsa, dövlət borcu 2035-ci ildə ÜDM-in təxminən 140 faizinə, 2050-ci ildə isə 186 faizinə yüksələ bilər. Ali komissar Kleman Bon bu göstəriciləri son dərəcə yüksək və ciddi narahatlıq doğuran rəqəmlər kimi qiymətləndirib.
Proqnozlarda əhalinin yaşlanması, sosial ödənişlərin artması, hərbi öhdəliklər, ekoloji keçid, iqlim dəyişikliklərinin təsirləri və dövlət borcuna xidmət xərclərinin yüksəlməsi nəzərə alınıb. Hesabata görə, faiz ödənişlərinin artması gələcəkdə dövlət büdcəsinin imkanlarını daha da məhdudlaşdıracaq.
HCSP hesab edir ki, dövlət maliyyəsini bərpa etmək üçün təkcə bir tədbir kifayət etməyəcək. Qurum üç əsas istiqamətin paralel şəkildə həyata keçirilməsini tövsiyə edir: dövlət xərclərinin nəzarət altında saxlanılması, məcburi vergi və ödənişlərin artırılması, məşğulluğu, əmək məhsuldarlığını və iqtisadi fəallığı artıracaq struktur islahatların həyata keçirilməsi.
Bununla yanaşı, hesabat müəllifləri xəbərdarlıq edirlər ki, həddindən artıq sürətli və genişmiqyaslı büdcə konsolidasiyası iqtisadi artıma və sosial sabitliyə mənfi təsir göstərə bilər.
Qiymətləndirmələrə görə, əgər maliyyə sabitliyi yalnız xərclərin azaldılması və ya yalnız vergi gəlirlərinin artırılması hesabına təmin edilməyə çalışılarsa, 2031-ci ilə qədər ÜDM-də 2-2,5 faiz azalma baş verə bilər.
HCSP, həmçinin dövlət maliyyəsinin çoxillik planlaşdırılmasının gücləndirilməsinə çağırır. Qurum hesab edir ki, dövlət maliyyəsi üzrə proqram qanunları, Fransanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklər və müdafiə, elmi tədqiqat kimi sahələr üzrə proqramlar arasında koordinasiya kifayət qədər effektiv deyil. Bu səbəbdən parlamentin büdcə siyasətində rolunun artırılması və uzunmüddətli planlaşdırmanın təkmilləşdirilməsi tövsiyə olunur.
Hesabat hökumətin 2027-ci il dövlət büdcəsi üzərində işləri sürətləndirdiyi dövrdə açıqlanıb.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

