Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yunanıstan adalarında quraqlıqla əlaqədar fövqəladə vəziyyət elan edilib

Yunanıstan adalarında quraqlıqla əlaqədar fövqəladə vəziyyət elan edilib

17.07.2026 [23:41]

Yunanıstanın kəpənəyə bənzəyən Astipalea adası yay turizm mövsümünün qızğın vaxtında ciddi quraqlıq problemi ilə üzləşib. Su ehtiyatlarının kəskin azalması yerli hakimiyyəti və turizm sektorunu fövqəladə tədbirlər görməyə vadar edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “HotNews” nəşrində yazılıb.

Məlumata görə, Astipaleada son illərin ən quraq mövsümlərindən biri qeydə alınıb. Adanın əsas su anbarında su ehtiyatı normal tutumun təxminən altıda birinə qədər azalıb. Yerli hakimiyyət orqanları içməli su ehtiyatlarını qorumaq məqsədilə kənd təsərrüfatında suvarmanı məhdudlaşdırıb və əlavə duzsuzlaşdırma qurğularının quraşdırılmasına başlayıb.

“HotNews” qeyd edir ki, yay aylarında adanın əhalisi təxminən 1,4 min nəfərdən 7 min nəfərə qədər artır. Turist axınının yüksəlməsi su istehlakını əhəmiyyətli dərəcədə artırdığı üçün hotellər və digər turizm obyektləri suya qənaət tədbirləri həyata keçirməyə başlayıb. Bəzi hotellər otaqların gündəlik təmizlənməsindən imtina edən qonaqlara xüsusi güzəştlər təklif edirlər.

Bildirilib ki, Astipalea ilə yanaşı, Egey dənizində yerləşən daha 6 adada da quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib. Yunanıstan hökuməti vəziyyətin yaxşılaşdırılması məqsədilə 9 adada su təchizatı infrastrukturunun inkişafı üçün 15 milyon avro ayırıb.

Nəşr vurğulayıb ki, mütəxəssislər iqlim dəyişikliyi nəticəsində Aralıq dənizi hövzəsində quraqlığın daha da güclənəcəyini proqnozlaşdırırlar. Bu isə Yunanıstanın turizm sektorunun dayanıqlılığı və su ehtiyatlarının idarəolunması üçün uzunmüddətli çağırışlar yaradır.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31