Avropa təhlükəsizlik tədbirlərini gücləndirir
04.10.2025 [09:47]
Rusiyaya qarşı “anti-dron divarı” layihəsi...
Avropa ilə Rusiya arasındakı uçurum günü-gündən böyüyür. Xüsusilə, son dövrlərdə bir sıra Avropa ölkələrinin səmalarında dronların müşahidə olunması, bununla bağlı həyəcan siqnalının verilməsi məsələni daha da qəlizləşdirir - bir sıra mütəxəssislər hətta NATO-Rusiya müharibəsinə “hazırlıq prosesi”nə start verildiyini belə iddia edirlər. Amma görünən budur ki, Avropa özünün təhlükəsizlik tədbirlərini təcili şəkildə artırmağı hədəfləyib. Bu məsələ, növbəti dəfə Kopenhagendə - Ukraynadakı müharibə və daha geniş Avropa təhlükəsizliyinə həsr olunmuş “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında müzakirə predmeti olub. Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski toplantı iştirakçılarına müraciət edib. O, bütün Avropanı qorumaq üçün effektiv “dron divarı” qurmağın əhəmiyyətini qeyd edib, avropalı həmkarlarını bu istiqamətdə birgə fəaliyyətə çağırıb. “Rusiya Polşaya qarşı dronlar buraxmağa və ya Şimali Avropa ölkələrinin hava məkanını pozmağa cəsarət edərlərsə, bu, hər yerdə - Qərbi Avropada, cənubda baş verə bilər. Bizə sürətli və effektiv reaksiya və dronlarla necə davranmağı bilən müdafiə qüvvələri lazımdır”, -deyə Zelenski vurğulayıb.
Əsas təklif: “hava divarı”...
Birgə mətbuat konfransında çıxış edən Avropa Şurasının sədri Antonio Koşta şuranın 23-24 oktyabr tarixlərində keçiriləcək növbəti sammitini “qərar günü” kimi qiymətləndirib. O qeyd edib: “İki həftə ərzində Avropa Komissiyası 2030-cu ilə qədər müdafiə hazırlığına dair yol xəritəsini təqdim edəcək və Avropa Şurası üç həftə sonra yenidən görüşəcək və bu qərarı verəcək”.
Qeyd edilib ki, Kopenhagendə keçirilən Zirvə toplantısında əsas təkliflərə Aİ-nin şərq sərhədi boyunca “dron divarı” və kollektiv müdafiəni gücləndirmək üçün yeni mexanizmlər daxildir. Digər başlıca məsələ Ukraynaya dəstəkdir. Avropa Komissiyası Kiyevə 140 milyard avro (164 milyard dollar) “təzminat krediti” üçün sanksiyaya məruz qalmış Rusiya aktivlərinin açılmasını təklif edib. Plana görə, Ukraynaya faizsiz kredit veriləcək və münaqişədən sonra kompensasiya ödənildikdən sonra qaytarılacaq.
NATO-nun Baş katibi Mark Rütte cümə axşamı çıxışında həm Aİ-nin yeni maliyyə alətlərini, həm də Ukraynanın öz silah sənayesinin sürətli inkişafını vurğulayaraq qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün Avropa Komissiyası ilə daha sıx əməkdaşlığa çağırıb. O, Brüsselin üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün hökumətlərə daha çox səlahiyyət verilməsi təklifini səsləndirib. Alyansın rəhbəri bildirib: “Ukraynaya verilən dəstək vacibdir. Üç il əvvəl bu ölkənin müdafiə sənayesi sıfra bərabər idi. İndi onlar ağlınıza gələ biləcək ən müasir, ən dahiyanə müdafiə sənayesinə sahibdirlər. Pilotsuz uçuş aparatlarının istehsalı dünya miqyasında ən ucuz, ən sürətli və ən ağıllı şəkildə həyata keçirilir”.
Hava məkanlarının pozulması intensivləşir...
Qeyd edək ki, təhlükəsizliklə bağlı əsas narahatlığı Aİ-nin şərq cinahında yerləşən dövlətlər - Polşa və Baltikyanı ölkələr keçirir. Sentyabrın ortalarında Ukraynanın kütləvi şəkildə atəşə tutulması zamanı Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanında görünməsinin ardından Danimarka və Norveçdə də eyni hal təkrarlanıb - hətta Danimarka və Norveç hava limanları onların yaxınlığında aşkarlanan naməlum dronlara görə bağlanıb. Həmçinin Danimarka hərbi obyektləri üzərində İHA-lar da müşahidə edilib. 10 NATO ölkəsi Danimarkaya potensial dron təhlükəsi ilə bağlı köməyə gəlib. Alman “freqat”ları da Kopenhagenə uçub.
Bəzi avropalı siyasətçilər bu dronların da Rusiyaya aid olduğu haqda mülahizə irəli sürürlər. Qeyd edildiyi kimi, Aİ-nin 10 üzvü artıq Rusiya tərəfindən buraxılan pilotsuz təyyarələri tez aşkar etmək, izləmək və məhv etmək üçün çox qatlı “anti-dron divarı” yaratmaq planlarını dəstəkləyib. Lakin bu divarın konkret olaraq necə olacağı, necə hazırlanacağı və maliyyəsi ilə bağlı hələ ki məlumat verilmir. Siyasətçilərin fikrincə, “anti-dron” divar” təklifi konkret plandan daha çox PR işinə bənzəyir. Qeyd edək ki, Almaniya kansleri Fridrix Mertz sammitdən əvvəl hava məkanının pozulmasının getdikcə ciddiləşdiyini və dronların Rusiyadan gəldiyini güman etməyin ağlabatan olduğunu deyib. Bildirilib ki, son günlər Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyaləti üzərində pilotsuz uçuş aparatları müşahidə edilib və ötən həftə onların fəaliyyəti Vilnüs və Oslo hava limanlarında uçuşların ləngiməsinə səbəb olub. Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Avropa təhlükəsizliyinə təhdid yaradan yeganə ölkə Rusiyadır. İsveçin Baş naziri Ulf Kristersson da hər şeyin Rusiyaya işarə etdiyini vurğulayıb. Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Almaniya uzun müddətdir Ukraynadakı müharibədə dolayısı ilə iştirak edir - rusiyalı dövlət rəsmisi həm də bildirib ki, ölkəsi Danimarkada baş verənləri əsassız ittiham sayır və rədd edir.
“Anti-dron divarı” təklifi üçün zaman lazımdır...
Yeri gəlmişkən, “anti-dron divarı” yaratmaq ideyası bir ay əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən irəli sürülüb. NATO-nun Baş katibi Mark Rutte bəyan edib ki, bu, müvafiq və zəruridir, çünki son nəticədə biz cəmi bir neçə min dollara başa gələn pilotsuz təyyarələri məhv etmək üçün raketlərə milyonlarla avro və ya dollar xərcləməyə ehtiyac yoxdur. “New York Times”ın qeyd etdiyi kimi, bir çox ölkə artıq əks-dron texnologiyalarına malikdir və ya onların inkişafı üzərində işləyir. Bu halda məqsəd Aİ və ya onun müttəfiqlərindən birinin üzərindən hava məkanına daxil olan pilotsuz təyyarələrə qarşı birgə “qalxan” yaratmaq olacaq. Bu sistem təkmilləşdirilmiş məlumat mübadiləsi ilə birgə ehtimal ki, radar və akustik sensorlar kimi alətlərdən istifadə etməklə, dronizləmə imkanlarının əlaqələndirilmiş şəbəkəsini əhatə edir. Aİ-nin yüksək səviyyəli diplomatı “BBC”yə bildirib ki, planın təfərrüatları ilə bağlı suallar hələ də açıq qalmaqdadır. Almaniyanın müdafiə naziri Boris Pistorius xəbərdarlıq edib ki, Avropada əks-dron sisteminin yaradılması uzun illər çəkəcək. O, Varşava Təhlükəsizlik Forumunda jurnalistələrə açıqlamasında bildirib ki, gözləntilərimizlə bağlı ehtiyatlı olmalıyıq: “Bu, yaxın üç-dörd il ərzində və ya daha çox müddətdə həyata keçiriləcək bir konsepsiya deyil”.
Hərbi ekspertlər də Aİ-nin şərq sərhədi boyunca “anti-dron divarı” yaratmağın çətinliyinə diqqət çəkib - onlar bildirirlər ki, Avropanın hava məkanı daim yüklənmiş olur: xeyli sayda sərnişin və yük təyyarəsi işlədiyi üçün bu, riskləri xeyli artırır. Aİ-nin isə hazırda əsas vəzifəsi koordinasiyaya kimin cavabdeh olacağı və ümumavropa səviyyəsində mövcud milli və regional təşəbbüsləri necə əlaqələndirmək və sinxronlaşdırmaq barədə razılığa gəlməkdir.
Qərb və Cənub narazıdır - pulu kim ödəyəcək?
“Financial Times” yazır ki Aİ-yə daxil olan Qərbi və Cənubi avropa ölkələri “dron divarı” layihəsi ilə bağlı narazılıq ifadə edirlər - onlar bildirirlər ki, yeni sistemin əsas benefisiarları şərq və şimal ölkələridir, amma pulu bütün dövlətlər ödəməli olacaq. Hətta Polşa və üç Baltikyanı ölkələr öz elektrik şəbəkələrini Rusiyanın pilotsuz təyyarələrinin hücumlarından qorumaq üçün pilotsuz təyyarələrə qarşı şəbəkələr və beton bunkerlər tikməyi planlaşdırır. Litva artıq Belarusla sərhəddən cəmi 20 kilometr aralıda yerləşən Neris yarımstansiyasında dronlardan qorunmaq üçün beton bunkerlər quraşdırıb. Yarımstansiya Vilnüs şəhərini elektrik enerjisi ilə təmin edir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
04 Oktyabr 16:11

YAP xəbərləri
04 Oktyabr 16:05

YAP xəbərləri
04 Oktyabr 16:03

YAP xəbərləri
04 Oktyabr 15:58

YAP xəbərləri
04 Oktyabr 15:23

YAP xəbərləri
04 Oktyabr 15:11

YAP xəbərləri
04 Oktyabr 14:30

YAP xəbərləri
04 Oktyabr 14:19

YAP xəbərləri
04 Oktyabr 14:09

YAP xəbərləri
04 Oktyabr 14:09

YAP xəbərləri
04 Oktyabr 13:48

YAP xəbərləri
04 Oktyabr 13:30

YAP xəbərləri
04 Oktyabr 13:30

YAP xəbərləri
04 Oktyabr 13:14

YAP xəbərləri
04 Oktyabr 13:08
YAP xəbərləri
04 Oktyabr 13:06

YAP xəbərləri
04 Oktyabr 13:04

YAP xəbərləri
04 Oktyabr 13:01

YAP xəbərləri
04 Oktyabr 12:55

YAP xəbərləri
04 Oktyabr 12:44

Gündəm
04 Oktyabr 12:39

YAP xəbərləri
04 Oktyabr 12:39

YAP xəbərləri
04 Oktyabr 12:36

YAP xəbərləri
04 Oktyabr 12:34

YAP xəbərləri
04 Oktyabr 12:27

YAP xəbərləri
04 Oktyabr 12:26

Sosial
04 Oktyabr 12:16

YAP xəbərləri
04 Oktyabr 11:44

Ədəbiyyat
04 Oktyabr 11:43

Sosial
04 Oktyabr 11:32

YAP xəbərləri
04 Oktyabr 11:26

YAP xəbərləri
04 Oktyabr 11:23

Elm
04 Oktyabr 11:16

Siyasət
04 Oktyabr 10:51

Siyasət
04 Oktyabr 10:18

Analitik
04 Oktyabr 09:47

MEDİA
04 Oktyabr 09:21

Ədəbiyyat
04 Oktyabr 08:49

Analitik
04 Oktyabr 08:14

YAP xəbərləri
03 Oktyabr 23:44

Dünya
03 Oktyabr 22:30

Dünya
03 Oktyabr 21:28

YAP xəbərləri
03 Oktyabr 20:56

Elm
03 Oktyabr 20:50

YAP xəbərləri
03 Oktyabr 20:31

Sosial
03 Oktyabr 19:41

YAP xəbərləri
03 Oktyabr 19:01

Dünya
03 Oktyabr 18:46

Maraqlı
03 Oktyabr 18:17

Dünya
03 Oktyabr 17:52

YAP xəbərləri
03 Oktyabr 17:39

YAP xəbərləri
03 Oktyabr 17:37

YAP xəbərləri
03 Oktyabr 17:29

Maraqlı
03 Oktyabr 17:26

Xəbər lenti
03 Oktyabr 17:25

YAP xəbərləri
03 Oktyabr 17:15

Diaspor
03 Oktyabr 17:09

Dünya
03 Oktyabr 16:35

Dünya
03 Oktyabr 16:19

YAP xəbərləri
03 Oktyabr 16:08

YAP xəbərləri
03 Oktyabr 16:08

Hadisə
03 Oktyabr 15:59

Dünya
03 Oktyabr 15:53

YAP xəbərləri
03 Oktyabr 15:42

Dünya
03 Oktyabr 15:22

Dünya
03 Oktyabr 14:46

Dünya
03 Oktyabr 14:30

YAP xəbərləri
03 Oktyabr 14:14

YAP xəbərləri
03 Oktyabr 14:08

YAP xəbərləri
03 Oktyabr 13:47
