Rusiyalı diplomatlara qadağa...
09.10.2025 [09:23]
Onların Avropada sərbəst hərəkəti məhdudlaşdırılacaq
Avropa İttifaqı Rusiyaya qarşı addımlarını daha da sərtləşdirir. Yaxın zamanda Aİ-nin 19-cu sanksiyalar paketinin qəbul olunması gözlənilir. Qeyd edək ki, Aİ-nin növbəti sanksiyalar paketində Rusiyanın enerji və bank sektoru, müdafiə-sənaye kompleksi və xüsusi əhəmiyyət kəsb edən sektorların hədəfə alınması ilə bağlı müddəalar əks olunub. Ən maraqlısı isə sözügedən paketdə rus diplomatların blok daxilində hərəkətinin məhdudlaşdırılmasına dair qadağalar da tətbiq olunacağıdır. Belə ki, Aİ-nin bütün üzv ölkələri rusiyalı diplomatların blok daxilində sərbəst hərəkətini məhdudlaşdırmaq barədə razılığa gəlib. “Financial Times” nəşrinin məlumatına görə, Çexiya tərəfindən irəli sürülən bu təşəbbüsə əsasən Avropa paytaxtlarında fəaliyyət göstərən rus diplomatları üzv ölkənin sərhədlərini keçməzdən əvvəl planlaşdırdıqları səfərlər barədə digər üzv ölkələrin hökumətlərini məlumatlandırmalıdır. Macarıstan əvvəlcə bu təklifə qarşı çıxsa da, sonradan vetosunu geri götürüb. Bu arada Rusiya tərəfinin Brüsselin bu planına cavabı gecikməyib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Brüsselin rus diplomatlarının Avropa İttifaqı daxilində hərəkətini məhdudlaşdırmaq qərarına cavab verəcək.
Aİ-nin məqsədi nədir?
Çexiyanın xarici işlər naziri Yan Lipavski FT-yə açıqlamasında bildirib ki, Aİ Vyana Konvensiyasına uyğun olaraq qısamüddətli diplomatik vizaların verilməsi zamanı qarşılıqlılıq prinsipinə ciddi əməl etməlidir. “Şengen zonası Rusiya üçün mövcud deyil, ona görə də İspaniyada akkreditə olunmuş rusiyalı diplomatın istədiyi vaxt Praqaya gələ bilməsinin mənası yoxdur, Xüsusilə, qeyd edim ki, bəzi “Rusiya casusları” özlərini diplomat kimi təqdim edir və nəzarətdən yayınmaq üçün tez-tez öz ölkələrindən kənarda əməliyyatlar aparırlar. Onlar bir yerə göndərilib, başqa yerdə işləyirlər. Ev sahibi ölkənin kəşfiyyat xidmətləri nə etdiklərini bilir, lakin sərhədi keçsələr, həmin ölkənin onlara nəzarət etməsi çətinləşir”, - deyə Çexiyanın XİN rəhbəri qeyd edib.
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, hazırda Aİ-nin üzv ölkələri rusiyalı diplomatların Şengen zonası daxilində, o cümlədən Lixtenşteyn, Norveç və İslandiyada sərbəst hərəkətinin məhdudlaşdırılmasına dair təklifləri müzakirə etməkdədir. “Aİ-nin bu addımının əsas səbəbi budur ki, Avropa ölkələrində rusiyalı diplomatlar “diplomat” çətiri altında casusluq, sabotaj və dezinformasiya yaymaqla məşğuldurlar. Ona görə də onların blok daxilində hərəkətlərinə məhdudiyyətlərin qoyulması məqsədə uyğundur. Çexiya və blokun digər üzv ölkələri belə bir qadağanın tətbiq olunmasında israrlıdır. Həmin ölkələrin rəhbərləri dəfələrlə bəyan ediblər ki, Moskva onların ölkələrinə qarşı hibrid hücumlar həyata keçirir və ölkədə keçirilən seçkilərə müdaxilə edirlər”, - deyə S.Zahidov vurğulayıb.
Mədudiyyətlər Vyana konvensiyasına ziddir?
“1961-ci ildə beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan ölkələrarası diplomatik münasibətlər haqqında Vyana konvensiyasının 26-cı maddəsinə görə, istənilən xarici ölkənin diplomatları fəaliyyət göstərdikləri ölkənin daxilində sərbəst hərəkət edə bilərlər. Təbbi ki, qadağan olunan xüsusi əraziləri çıxmaq şərti ilə. Lakin Aİ-nin rusiyalı diplomatların blok daxilində hərəkətini məhdudlaşdırmaqla bağlı gələcək qərarı Vyana konvensiyasına tam zidd deyil. Bu, yalnız Şengen zonasına aiddir”, - deyə S.Zahidov qeyd edib.
Moskva cavab tədbiri görəcəkmi?
Ekspert bildirib ki, Moskva buna qarşı cavab tədbirlərini nəzərdən keçirə bilər. “Rusiyanın XİN rəhbərliyi bəyan edib ki, Aİ-nin rus diplomatların blok daxilində sərbəst hərəkətini məhdudlaşdırmaqla bağlı qərarı Moskvanın əks tədbirlər görməsinə gətirib çıxaracaq. Yəni Rusiyada fəaliyyət göstərən avropalı diplomatların ölkə daxilində sərbəst hərəkətinə məhdudiyyət qoyulacaq. Amma Moskvanın bu cavabı Vyana konvesiyası ilə ziddiyyət təşkil edə bilər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

