Yaxın Şərqə sülh gəldi...
15.10.2025 [09:16]
Saziş imzalandı: Girovlar azad edilir,
Qəzza bərpa olunur, HƏMAS silahı yerə qoyur...
Oktyabrın 13-də Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində uzun müddətdir ki, gözlənilən sülh sazişi imzalandı. Qeyd edək ki, sazişin imzalanması prosesində İsrail və HƏMAS-ın nümayəndələri iştirak etməyiblər. ABŞ Prezidenti Donald Tramp Misirə gəlməzdən əvvəl İsrailə səfər edib və baş nazir Benyamin Netanyahu ilə görüşüb. Daha sonra Misirə Sülh Sammitinə dəvət alan liderlərin gözü önündə sülh sazişinə imza atılıb. Sənədi dörd vasitəçi ölkə imzalayıb: ABŞ, Qətər, Misir və Türkiyə. Dünyanın 20-dən artıq liderinin iştirakı ilə baş tutan imzalama mərasiminin Qəzza zolağı ətrafındakı vəziyyətə müəyyən aydınlıq gətirəcəyinə ümid bəslənilir.
3 mərhələli həll planı...
Sülh sazişinin ilk tələblərindən biri olan girovların azad edilməsi təmin olunub. Bu barədə “Reuters” yazıb. Oktyabrın 13-ü səhər saatlarında İsrail ordusu israilli əsirləri Qəzzanın şimalında qəbul etməyə hazır dayanıb. Əsirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtobusları ilə daşınıb. “Kətaib əl-Qəssam” silahlı qruplaşması bildirib ki, 20 israilli əsiri azad edəcək. Məlumata görə, İsrail ömürlük həbsə məhkum olunmuş 250 fələstinlini, eləcə də 2023-cü ildə həbs edilmiş 1700 Qəzza sakinini azad etməyi planlaşdırır.
Qeyd edək ki, sülh sazişi Donald trampın müəllifi olduğu 20 bəndlik saziş layihəsindən ibarətdir. Xarici KİV-lər yazır ki, 20 bənd üzrə görülməsi nəzərdə tutulan işlər müəyyən mərhələlər üzrə aparılacaq. Belə ki, birinci fazada dərhal atəşkəsin elanı və humanitar fəaliyyət nəzərdə tutulur. Plan bütün hərbi əməliyyatların dayandırılmasını və cəbhə xəttində dondurulmasını, həmçinin bütün yaşayan israilli girovların dərhal azad edilməsini, həyatını itirənlərin isə nəşinin 72 saat ərzində geri qaytarılmasını nəzərdə tutur. Bəlli olduğu kimi, bu mərhələnin artıq icrasına başlanılıb. İkinci mərhələdə isə demilitarizasiya və təhlükəsizlik tədbirləri nəzərdə tutulur. Bu mərhələdə təklif olunan strategiyaya HƏMAS-ın döyüş imkanlarını zərərsizləşdirmək üçün atılacaq addımlar daxildir: ən əsas da, tunellər kimi hücum infrastrukturunun məhv edilməsi. Razılaşmada Qəzzanın terrordan azad və qonşuları üçün heç bir təhlükə yaratmayan zonaya çevriləcəyi bildirilir. Razılaşma, həmçinin dinc yanaşı yaşamaq öhdəliyi götürən HƏMAS üzvlərinə də amnistiya təklif edir. Ölkəni tərk etməyi seçənlərə isə təhlükəsiz keçid vəd edilir. Bundan əlavə, təhlükəsizliyi və uzunmüddətli sabitliyi, sülhü təmin etmək üçün Fələstin polis qüvvələrinin təlimini asanlaşdırmaq üçün əraziyə ABŞ, Ərəb ölkələri və Avropa personalından ibarət müvəqqəti beynəlxalq sabitləşdirmə qüvvəsi yerləşdiriləcək.
Nəhayət, 3-cü mərhələdə idarəetmə və yenidənqurma işlərinə start veriləcək. Bu mərhələdə Fələstin texnokratlarının rəhbərlik etdiyi və gündəlik həyatı idarə etmək və infrastrukturun bərpasına nəzarət etmək üçün beynəlxalq qurum tərəfindən nəzarət edilən keçid administrasiyasının yaradılması planlaşdırılır. Humanitar yardım çatdırılmalarının səmərəliliyini və ədalətliliyini təmin etmək üçün BMT və Qızıl Aypara kimi beynəlxalq təşkilatlar da prosesdə nəzarətçi kimi iştirak edəcək. Bundan əlavə, icmalarını yenidən qurmağı seçənlərə dəstək verməklə fələstinliləri Qəzzada qalmağa təşviq etmək planlaşdırılır. Strategiya Fələstinin uğurlu yenidənqurmasını təmin edəcək. Uzunmüddətli sülhə yol açmaq üçün İsrail və Fələstin arasında dinc, yanaşı yaşama və qarşılıqlı anlaşmaya kömək edən siyasi struktur yaratmaq üçün dialoqa başlanılacaq. Qəzza hökumət xidmətlərinin və bələdiyyələrin gündəlik əməliyyatlarına cavabdeh olan texnokratik, apolitik Fələstin komitəsi tərəfindən idarə olunacaq. Bu komitə ixtisaslı fələstinlilərdən və beynəlxalq ekspertlərdən ibarət olacaq. Nəzarət isə yeni beynəlxalq keçid orqanı olan “Sülh Şurası” tərəfindən həyata keçiriləcək.
Tramp Ərdoğana minnətdarlığını bildirib
Sülh sazişinin imzalanmasın mərasimində çıxış edən Donald Tramp bildirib ki, III Dünya Müharibəsi Yaxın Şərqdə başlamalı idi, amma olmayacaq. Bunun qarşısını aldı. O deyib ki, Qəzzaya çoxlu pul gələcək və çoxsaylı yenidənqurma və tikinti işləri aparılacaq. Prezident bildirib ki, bu yenidən qurmaq deyil, əsl quruculuq olacaq. “Təmizləmə və tikinti işləri aparılacaq. Mən böyük sərvətə, gücə və ləyaqətə malik olan çoxsaylı ölkələrin məhz bu gün və son bir həftə ərzində mənim yanıma gəlib Qəzzanın yenidən qurulmasına kömək etmək istədiklərini, lazım olan hər şeyə hazır olduqlarını bildirməkdən məmnunam. Bu, əlbəttə ki, çox puldur, lakin nəhəng ölkələrin sərvəti ilə müqayisədə böyük deyil”, - deyə Tramp əlavə edib.
Tramp bildirib ki, bu gün təkcə Yaxın Şərq deyil, dünya üçün inanılmaz bir gündür: qeyd edib ki, bu, illərdən bəri əldə oluna bilməyən ən böyük sazişdir. Tramp həmçinin Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. “Son zamanlar baş verən bəzi münaqişələrə baxsanız, Türkiyə Prezidenti onların həllində başda idi və o, onları qazanırdı. Dövlət başçısının sözlərinə görə, Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. “Hər dəfə ona ehtiyacım olanda o, mənim yanımda olub. Mən Türkiyə Prezidenti Ərdoğana təşəkkür etmək istəyirəm. O, heç vaxt uğursuz olmur. O, heyrətamizdir. Ona görə də dostluğa görə sizə təşəkkür etmək istəyirəm”,- deyə Tramp vurğulayıb.
BMT alqışladı, Misir Prezidenti təşəkkür etdi...
Bu arada BMT Qəzzada atəşkəs rejimi ilə bağlı razılaşmanı alqışlayıb. Qurumun Baş katibi Antonio Quterreş israilli girovların və fələstinli məhbusların azad edilməsi də daxil olmaqla, ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəs rejiminin davam etdirilməsini alqışladığını bəyan edib. Bu barədə BMT sözçüsünün bəyanatında deyilir. O, Qətər, Misir, ABŞ və Türkiyə hökumətlərinə davamlı vasitəçilik səylərinə görə təşəkkür edib və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bütün girovların azad edilməsinin təhlükəsiz və humanist şəkildə həyata keçirilməsindəki rolunu vurğulayıb. “Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları Qəzzada əməliyyatları sürətlə genişləndirir. BMT agentlikləri aylarla əlaqəsi kəsilmiş ərazilərdəki icmalara yardımlar çatdırır. Baş katib bütün tərəfləri atəşkəsi möhkəmləndirməyə və onu davamlı sülhə çevirməyə çağırır”,- deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, tədbirdə çıxış edən Misirin Prezidenti Əbdülfəttah əs-Sisi müharibənin sona çatdırılması üzrə plana əsasən, Misir yaxın vaxtlarda Qəzzanın yenidən qurulması və inkişafı üzrə beynəlxalq konfrans keçirməyi planlaşdırdığını bildirib. Misir lideri bu planın ikidövlətli həll üçün lazımi siyasi imkan yaradacağına ümid etdiyini deyib. Öz növbəsində Əbdülfəttah əs-Sisi ABŞ-a, Türkiyəyə və Qətərə səmimi səylərinə görə təşəkkür edib.
Dünya mediası yazır...
Donald Trampın sülh planının ilk mərhələsi olan HƏMAS tərəfindən israilli girovların azad edilməsi isə qlobal medianın əsas mövzusuna çevrilib. “Times of Israel” Tramp administrasiyasının mövqeyini humanist və açıq adlandırıb. “The Wall Street Journal” isə yazıb ki koordinasiya edilmiş təzyiq HƏMAS-ı istəmədiyi sövdələşməni qəbul etməyə məcbur etdi. Nəşr sazişi Tramp komandasının Misir, Qətər və Türkiyə də daxil olmaqla, Yaxın Şərq güclərini bir araya gətirmək üçün həftələrlə davam etdirdiyi səylərin nəticəsi adlandırıb. “The New York Times” hələ aylar öncə girovların azad edilməsi ilə bağlı imkanların olduğunu yazıb. “Əl-Cəzirə”, “The Guardian” kimi aparıcı nəşrlər də məsələyə diqqət yönəldiblər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Sosial
15 Oktyabr 08:54

MEDİA
15 Oktyabr 08:21

Dünya
15 Oktyabr 08:14

Dünya
15 Oktyabr 07:43

İqtisadiyyat
15 Oktyabr 07:42

YAP xəbərləri
14 Oktyabr 23:59

YAP xəbərləri
14 Oktyabr 23:35

Dünya
14 Oktyabr 23:10

Dünya
14 Oktyabr 22:49

Xəbər lenti
14 Oktyabr 22:32

Dünya
14 Oktyabr 22:30

YAP xəbərləri
14 Oktyabr 22:17

Dünya
14 Oktyabr 21:46

Dünya
14 Oktyabr 21:38

YAP xəbərləri
14 Oktyabr 21:10

Siyasət
14 Oktyabr 20:59

Dünya
14 Oktyabr 20:57

YAP xəbərləri
14 Oktyabr 20:32

Dünya
14 Oktyabr 20:14

Xəbər lenti
14 Oktyabr 20:01

Siyasət
14 Oktyabr 19:56

Hadisə
14 Oktyabr 19:55

Dünya
14 Oktyabr 19:32

YAP xəbərləri
14 Oktyabr 19:18

YAP xəbərləri
14 Oktyabr 18:27
YAP xəbərləri
14 Oktyabr 18:16

Gündəm
14 Oktyabr 18:15

Gündəm
14 Oktyabr 18:14

YAP xəbərləri
14 Oktyabr 18:00

YAP xəbərləri
14 Oktyabr 17:45

YAP xəbərləri
14 Oktyabr 17:27

YAP xəbərləri
14 Oktyabr 17:05

YAP xəbərləri
14 Oktyabr 16:34

İqtisadiyyat
14 Oktyabr 16:18

Analitik
14 Oktyabr 16:05

İqtisadiyyat
14 Oktyabr 16:05

YAP xəbərləri
14 Oktyabr 15:58

YAP xəbərləri
14 Oktyabr 15:22

YAP xəbərləri
14 Oktyabr 15:17

Sosial
14 Oktyabr 15:13

YAP xəbərləri
14 Oktyabr 15:09

Hadisə
14 Oktyabr 15:07

Sosial
14 Oktyabr 15:05

Dünya
14 Oktyabr 15:04

İqtisadiyyat
14 Oktyabr 15:03

İqtisadiyyat
14 Oktyabr 15:00

Sosial
14 Oktyabr 14:36

Elm
14 Oktyabr 14:29

Dünya
14 Oktyabr 14:26

YAP xəbərləri
14 Oktyabr 14:18

YAP xəbərləri
14 Oktyabr 13:23

Analitik
14 Oktyabr 13:07

YAP xəbərləri
14 Oktyabr 12:36

YAP xəbərləri
14 Oktyabr 12:36

YAP xəbərləri
14 Oktyabr 12:21

Siyasət
14 Oktyabr 12:07

Elanlar
14 Oktyabr 12:07

Siyasət
14 Oktyabr 11:56

Siyasət
14 Oktyabr 11:43

Siyasət
14 Oktyabr 11:30

Siyasət
14 Oktyabr 11:18

İqtisadiyyat
14 Oktyabr 10:59

Siyasət
14 Oktyabr 10:46

Siyasət
14 Oktyabr 10:38

İqtisadiyyat
14 Oktyabr 10:14

Analitik
14 Oktyabr 09:50

Analitik
14 Oktyabr 09:36

Analitik
14 Oktyabr 09:13

İqtisadiyyat
14 Oktyabr 08:52

MEDİA
14 Oktyabr 08:31
