Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Xalası ilə “cükküldəşən” keşiş, Brejnevin “Mumu”su və avropasayağı “ədalət”

Xalası ilə “cükküldəşən” keşiş, Brejnevin “Mumu”su və avropasayağı “ədalət”

26.10.2025 [18:41]

Nikol Paşinyan Ermənistandakı revanşist düşüncələrin cəmiyyətdən təmizlənməsi istiqamətində cəsarətli addımlar atır.

Hərçənd, bu da məlumdur ki, Ermənistanın baş naziri bu addımlara heç də Qafqaza sülh gətirmək, azərbaycanlılarla ermənilər arasında ədavətin aradan qaldırılması naminə getmir, sadəcə hakimiyyətinin taleyinin tükdən asılı olduğunu anladığı üçün Azərbaycanla sülhə nicat yolu kimi baxır. Nikol Paşinyan bizimçün yeni bir adam deyil ki...Cəmi 6 il əvvəl Xankəndidə nə dediyini, Şuşada hansı hoqqalardan çıxdığını da unutmamışıq. Amma bütün bunlara rəğmən, Paşinyanın öz xalqı ilə yanaşı, Azərbaycana da pisliklər edənlərə qarşı həyata keçirdiyi tədbirlər biz tərəfdən təqdirlə qarşılanır. Amma bu proseslərə Qərb təsisatlarının, Avropa institutlarının reaksiyaları, daha doğrusu, səssiz qalmaları suallar doğurur. Məsələ burasındadır ki, həmin təşkilatların, Qərb paytaxtlarının işğal dövründə Azərbaycan və Ermənistana hansı münasibətdə olduğu da bizim yadımızdan çıxmayıb. Ermənistanın keçmiş prezidentləri, Qarabağ caniləri, Xocalı soyqırımında şəxsən iştirak etmiş Robert Köçəryan və Serj Sərkisyana Avropa təşkilatlarının necə səxavətlə qucaq açdıqlarını, onlara tribuna verdiklərini də heç zaman unuda bilmərik. Serj Sərkisyan ölüb yerə girmək əvəzinə, Xocalı soyqırımını törətdiyini şəxsən etiraf edəndə, AŞ PA tribunasından Şuşanın işğalında iştirakını fəxrlə deyəndə ona qarşı hansısa tədbir görməyən Qərb təsisatları Azərbaycanı hədəfə aldılar hər zaman. Elə son illərdə, konkret olaraq Paşinyanın rəhbərlik etdiyi Ermənistan Azərbaycana qarşı yeni təcavüzkar addımlar atarkən, şəhər və kəndlərimizi ballistik raketlərlə hədəfə alarkən yenə də Avropa təşkilatlarının hədəfində biz olduq, AŞ PA ölkəmizin mandatını dondurdu, torpaqlarımızı işğalçı və terrorçulardan təmizləməyimizə cavab olaraq.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı — Vikipediya

Bunların ən “insaflı”sı Qırmızı Xaç təşkilatı idi, amma məlum oldu ki, gizlincə və icazəsiz olaraq Xankəndidə, separatçıların at oynatdığı ərazilərimizdə özlərinə ofis qurublar, üstəlik casusluq fəaliyyəti ilə məşğul olurmuşlar. Kimdən deyəsən, hansından söz açasan? ABŞ Konqresinin 1992-ci ilin elə bu vaxtlarından tətbiq etdiyi 907-ci düzəliş adlı sanksiyası, Amerikadakı erməni lobbisinin min oyunlardan çıxması, erməni pulları ilə yemlənən senator və konqresmenlərin ölkəmizə qarşı vicdansızcasına davranmaları, Fransa və digər Avropa ölkələrinin Ermənistanı hər cür müdafiə etmələri, Azərbaycana qarşı təcavüzkar aktlara göz yummaları, daha nələr, nələr...

Amma baxın, özlərini “ədalət mücəssəməsi” hesab edən Qərb təsisatları Ermənistanda baş verənlərə kor, kar və lal olublar. Bir daha vurğulayaq, Ermənistandakı həbs dalğası bizi məmnun edir. Azərbaycana və ümumən türklərə qarşı tarixən pisliklərin başında dayanmış erməni keşişlərin başına açılanları da təqdir edirik, bu əxlaqsız yığnağına nə edilsə, azdır. İkinci Qaregin və başının dəstəsi kilsə adına yaraşmayan nə qədər murdarlıqlar ediblərsə, Paşinyan da dözə bilmir. Bəlkə də xalası ilə intim münasibətlərdə olan keşişin əhvalatı ən abırlı hadisədir. Çünki Paşinyan hələ yay aylarında Qareginlə bağlı əlində ciddi faktların olduğunu açıqlamışdı və çox güman ki, seçkilər yaxınlaşdıqca yeni-yeni “tamaşa”lar ermənilərə təqdim olunacaq.

Bundan əlavə, Rusiyanın Gümrü qalasının dağıdılması istiqamətində hakimiyyətin apardığı mübarizə də maraqla izlənilməkdədir. Sözümüz bunda deyil Paşinyanın öz rəqiblərinə qarşı həyat keçirdiyi tədbirlər,  hökuməti səsini çıxaranı peşman edir. Gümrü şəhərinin meri Vardan Qukasyanın ardınca digərləri də həbs olunub və istintaqa cəlb olunanlar var.

Скандальный блогер Вардан Гукасян решил создать новую партию - 19.01.2024,  Sputnik Армения

Həmin bu Vardan cəmi yarım il əvvəl mer seçilmişdi. Paşinyanın partiyası Gümrü və Parakarda rəqiblərinə biabırçı şəkildə uduzmuşdu. Parakarın meri Volodyan Qriqoryan sentyabrda “Kalaşnikov”la güllələndi. Amma Avropa təsisatları elə davrandılar ki, elə bil Qriqoryanı arvadı tava ilə başından vurub, öldürüb. Heç Gümrü merinə və digərlərinə qarşı qərarlara da reaksiyalar yoxdur. Avropa təsisatlarının susqunluğu, bu xüsusda Ermənistana qarşı hər hansı reaksiyanın verilməməsi əcaibdir. Təsəvvür edin ki, analoji hadisələr Azərbaycanda baş versəydi, Avropa necə tufan qoparardı…

Təsəvvür edin deyəndə ki…Əslində neçə illərdir bu, ikili yanaşmanı, ikili standartların nümayişini müşahidə etməkdəyik. Sonuncu fakt: Ötən ay Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakıda həbsdə saxlanılan 23 erməni məhbusun vəziyyəti barədə Azərbaycandan hesabat (?!) tələb edib. Özü də Məhkəmə bu hesabat üçün son tarixi 4 noyabr müəyyən edib. Məhbusları AİHM-də təmsil edən hüquq müdafiəçisi Siranuş Sahakyanın verdiyi məlumata görə, Azərbaycan iyul ayında hesabat təqdim etmə öhdəliyindən azad olunmaq üçün müraciət etmişdi. Lakin Ermənistan hökumətinin və məhbusların AİHM-dəki nümayəndələrinin etirazlarından sonra məhkəmə Bakının bu müraciətini qəbul etməyib və məhbuslar haqqında məlumat verməsini istəyib. Həyasızlığın, abırsızlığın da sərhədi olsa, yaxşıdır. Erməni hüquq müdafiəçisi iddia etmişdi ki, Azərbaycan tərəfi guya erməni məhbuslar üç aydır tamamilə təcrid olunmuş vəziyyətdə saxlanılır, onların saxlanma şəraiti, sağlamlıq və psixoloji vəziyyəti barədə dəqiq məlumat yoxdur. Hətta əbləhcəsinə iddia etmişdi ki, guya onlar arasında intihara cəhd edənlər də olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinə erməni məhbuslarla görüş imkanı yaradılsa da, hər hansı beynəlxalq təşkilata Bakıda keçirilən məhkəmə prosesində iştirakla bağlı problem yaradılmasa belə, Avropa Məhkəməsi qərəzini davam etdirərək Bakının qarşısına tələb qoyur.

Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri ilə bağlı məlumat almaq istəyirlərsə, gəlsinlər, məhkəmə prosesində şahid və zərərçəkənlər tərəfindən səsləndirilən tükürpədici cinayətlər haqqında faktları dinləsinlər! Oğlu, qızı öldürülən, erməni vəhşiliyindənsə, intiharı üstün tutanlar, əsir və girovluqda dəhşətli işgəncələrə məruz qalanlar, yatdıqları yerdə başına bombalar yağdırılanlar, yurd-yuvaları darmadağın edilənlər, əzizlərinin məzarları belə, yer üzündən silinənlər elə şeylər danışırlar ki...Separatçıların bu faktları təsdiqləməkdən başqa çıxış yolları qalmır. Bəşəri cinayətlər törətmiş bu, uşaq qatillərini müdafiə edən, zərərçəkən Azərbaycandan onlarla bağlı hesabat istəyən Avropa Məhkəməsi 1 milyon qaçqın və köçkünümüzdən bir nəfərin haqqını özünə, ailəsinə qaytardımı? Çıraqov qardaşları istisnadır, amma o iş də məntiqi sonluğuna çatdırılmadı, ədaləti dövlətimiz bərqərar etdi.

Azərbaycan bu qədər cinayətlər törətmələrinə rəğmən, erməni separatçılarını hüquq müstəvisində cəzalandırmağa qərar verib, onlara hər cür müdafiə imkanı yaradılıb, tərcüməçilərdən tutmuş, həkim müayinəsinədək hər cür diqqət var. Ermənistan isə bu günədək 4 min əsir və girov azərbaycanlıdan xəbər vermir, 23 erməni separatçının hayında olan AİHM bu fakta niyə susur? Bakıdakı erməni separatçılar o qədər ağır cinayətlər törədiblər ki, heç Paşinyanın belə onları istəməyə, yaxud hansısa hüquqlarından danışmağa üzü gəlmir. Avqustun 8-də ABŞ prezidenti Donald Trampla görüşündə erməni məhbuslar məsələsini sözgəlişi qaldımağa cəhd etdi, erməni radikalları neytrallaşdırmaqdan ötrü, vəssalam. Amma Avropa təsisatları on illər boyunca xalqımıza qarşı cinayətlər törədənlərin başçılarını müdafiəyə keçib, onları “əsir” adlandırır. Slobodan Miloşeviçi Hərbi Tribunala çıxaranlar nədənsə 20 mindən artıq azərbaycanlının qətlində əli olan 16 erməni separatçının Bakı Hərbi Məhkəməsi qarşısında mühakimə olunmasına dözə bilmirlər. Təbii ki, burada çirkli pullar az rol oynamır, amma Azərbaycanın daxili işlərinə burun soxanların burnu bu dəfə də ovulacaq!

2026-cı ildə Avropa Siyasi Birliyinin Ermənistanda sammiti keçiriləcək. Avropa təsisatı həbsxanaları məhbuslarla dolu olan ölkəyə yığışacaq. Həmin Avropa paytaxtları Azərbaycandakı idman yarışlarını, COP29-u belə, boykot etməyə çalışırdı, hansısa bəhanələrlə. Avropa Parlamenti 2025-ci il martın 13-də “Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri” adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmədimi? Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə  yetirən, 4 minə yaxın dinc sakinimizin taleyinə aydınlıq gətirməyən, sərvətlərimizi 30 il ərzində talayanları müdafiə etmək elə o cinayətlərə şərik olmaqdır!

Milli Məclisdə AŞPA nümayəndə heyəti YARADILMADI - ÖZƏL | Modern.az

Ötən ay Nikol Paşinyan AŞ PA tribunasından bəlağətli çıxış etdi. O qurumdan ki, Azərbaycanla körpüləri yandırıb. Azərbaycan Sərsəng su anbarını xilas etməklə həm də AŞ PA-nın ayaq altına atılmış qətnaməsinin icrasına nail oldu. Təşəkkür əvəzinə, Azərbaycana sanksiya tətbiq olundu...

Avropa İttifaqı da həbs dalğasının geniş yayıldığı Ermənistanla üzvlük məsələsini müzakirə edir, bu ölkəyə yardım göstərir. Hələ bunlar azmış kimi, Aİ Ermənistana casus şəbəkəsi göndərib, ən azı 2027-ci ilədək bu missiya Azərbaycanla şərti sərhədlərdə qalacaq. Həmin kəşfiyyatçılar ən azı Gümrüdəki həbslər haqqında Brüsseli məlumatlandırmalı idilər. Amma onları belə məsələlər maraqlandırmır, ona görə də binoklla Azərbaycana sarı baxırlar...

Avropa təşkilatları, AHİM və Aİ missiyası əcaib davranışları ilə Brejnevin məşhur əhvalatını xatırladır: “Maraqlıdır, “Mumu”nu Turgenev yazıb, amma heykəli Qoqola qoyublar...” İndi də həbsləri Paşinyan həyata keçirir, xalası ilə cükküldəşən keşişlərin pişiyini ağaca dırmaşdıran Ermənistan hakimiyyətidir, amma Avropa Azərbaycandan hesabat istəyir...

Elşad Paşasoy

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31