Avropa yeni müharibəyə hazırlaşır
13.11.2025 [09:14]
Bu günlərdə Serbiya Prezidenti Aleksandr Vuçiç Avropanın yeni müharibə planlarından danışıb. O hesab edir ki, Avropa ölkələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır. Bu barədə Vuçiç “Pink TV”də Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandonun ölkə ordusunun 3-4 ildən sonra Rusiya ilə toqquşmaya hazır olması barədə bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, Serbiya özünü qorumaq üçün ordusunu gücləndirməyə davam etməlidir: “Faktları təhlil etdikcə belə qənaətə gəlirəm ki, Avropa ilə Rusiya arasında müharibə getdikcə daha aydın görünür. Bu, sadəcə boş xəbər deyil. Hamı buna hazırlaşır. Biz ordunu gücləndirməkdə davam edirik və özümüzü ağıllı şəkildə silahlandırırıq. Biz ölkəmizi qorumaq üçün böyük sərmayələr qoymağa davam etməliyik.”,- deyə Vuçiç bildirib.
Avropa üçün yeni çağırışlar
Serbiya Prezidentinin Avropanın yeni müharibə hazırlıqlarından bəhs etməsi təsadüfi deyil. Bütövlükdə, Avropa İttifaqı (Aİ) məkanında müharibə həyəcanı xeyli müddətdir ki, davam edir. Avropa üçün yeni çağırışlar Rusiya ilə Ukrayna arasında gedən müharibənin uzanması fonunda getdikcə daha da güclənir və əslində yaxın perspektivin reallığı anlamında qəbul olunur. Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni administrasiyası Avropanın təhlükəsizliyinin Vaşinqtonun prioriteti olmadığını bəyan etməsi “qoca qitə”ni, necə deyərlər, seçim imkanından məhrum qoyub. Reallıq budur ki, əgər bir vaxtlar Avropanın başı üstündə ABŞ-ın çətiri var idisə, artıq bu müdafiə qalxanı yoxur. Buna görə də indi Fransada, Almaniyada, Polşada, Danimarkada və digər ölkələrdə Avropanın gələcək təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təcili tədbirlərin görülməsinin zəruriliyi barədə intensiv müzakirələr aparılır.
Aİ məkanında ehtimal olunur ki, Rusiya Ukraynada dayandırılmasa müharibənin coğrafiyası mütləq qaydada Şərqi Avropadan kənara çıxacaq və bundan bütün “qoca qitə” təsirlənəcək. Xüsusilə də Rusiyanın son vaxtlarda nüvə potensialını genişləndirməklə bağlı verdiyi bəyanatlar Avropada böyük həyəcanla izlənilir. Moskva bəyan edib ki, Sarmat ağır qitələrarası ballistik raketi Rusiya Silahlı Qüvvələrində 2026-cı ildə döyüş xidmətinə qəbul olunacaq. Rusiya həmçinin yeni nəsil nüvə enerjisi ilə çalışan qanadlı raketlər üzərində işləyir. Yeni silahlardan biri “Burevestnik” adlandırılır və o, ultra kiçik, lakin güclü nüvə reaktorlarına malikdir. Onun işə salınması saniyələr çəkir, ənənəvi reaktorlar isə saatlarla və hətta günlərlə müddət tələb edir. Bildirilir ki, yeni silahların sürəti səs sürətindən üç dəfədən çox olacaq. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, “Burevestnik” və “Poseydon” raketlərində yalnız yerli istehsal olan materiallardan istifadə edilir.
Avropa əvvəllər müharibənin Ukraynada bitəcəyinə daha çox əmin idi. Proseslərin gedişi onu deməyə əsas verir ki, artıq “qoca qitə”də bu əminlik yoxdur. Hələlik iqtisadi məzmunlu sanksiyalarla Rusiyanı taqətdən salmaq və dayandırmaq mümkün olmur. Buna görə də Avropa Rusiyaya qarşı yeni sanksiya paketlərini işə salmaqla bərabər, müharibə hazırlıqlarını da genişləndirir.
“Qoca qitə”nin silahlanma qərarı
Cari il martın 6-da Brüsseldə keçirilən növbədənkənar sammitdə Avropa İttifaqı ölkələrinin liderləri birliyin müdafiə potensialının gücləndirilməsini nəzərdə tutan planını təsdiqləyiblər. Avropa Komissiyası tərəfindən təqdim edilən plan qarşıdakı dörd ildə Avropa İttifaqına üzv ölkələrin müdafiə gücünü artırmaq üçün əlavə olaraq 800 milyard avro xərclənməsini nəzərdə tutur. Müqayisə üçün qeyd edək ki, Aİ-yə üzv ölkələrin müdafiə xərcləri 2023-cü ildə 279 milyard, 2024-cü ildə isə 326 milyard avro təşkil edib. Müharibədən öncə, yəni 2021-ci ildə Avropa İttifaqına üzv ölkələrin müdafiə xərcləri cəmi 214 milyard avro idi.
Müharibə başlayandan bəri Ukraynaya ən çox dəstək verən ölkələrdən biri olan Danimarka Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin təqdim etdiyi planı qətiyyətlə dəstəkləyib. Danimarkanın Baş naziri Mette Frederiksen avropalı həmkarlarına müraciət edərək müdafiənin təminatı üçün pul xərcləməkdən çəkinməməyə çağırıb.
Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, əgər avropalılar indi müdafiəyə daha çox xərcləməyə başlamasa, böyük müharibənin qarşısını ala bilməyəcək və 10 dəfə çox xərcləməli olacaqlar. Polşa Avropa ölkələri arasında Ümumi Daxili Məhsulunda hərbi xərcləri ən çox təşkil edən ölkədir. Polşa artıq ÜDM-in az qala 5 faizini hərbi məqsədlərə xərcləyir. Buna görə də Polşa digər Avropa ölkələrini hərbi xərclərini artırmağı təşviq edir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı müdafiə xərclərini büdcə qaydalarına dəyişiklik etməklə artıra bilər. Hazırda İttifaq ölkələrinin büdcə kəsirləri 3 faizdən artıq ola bilməz. Ancaq koronavirus pandemiyası zamanı Avropa Komissiyası üzv ölkələrə bu qaydalardan kənara çıxan istisna etməyə imkan vermişdi. Brüsseldə hesab edirlər ki, indi Avropanın təhlükəsizliyi daha ciddi çağırışla üzləşib və buna görə hərbi xərclər artırılmalıdır.
Qeyd edək ki, Aİ ölkələri hazırda ümumi daxili məhsulun təxminən 2 faizini hərbi xərclərə yönəldirlər. Yeni reallıqlar şəraitində isə bu rəqəmin 3-3,5 faizə qədər artırılması müzakirə olunmağa başlayıb. ABŞ Prezidenti Donald Tramp isə NATO-ya üzv ölkələrin hərbi xərclərini 5 faizə qaldırılmasını istəyir. S&P reytinq agentliyinin hesablamalarına görə, Avropa İttifaqı hərbi xərclərini 2,67 faizə qədər artırarsa, hər il əlavə olaraq 242 milyard dollar, 5 faizə qədər artırsa, əlavə 875 milyard dollar xərcləməli olacaq. Bu, çox böyük məbləğdir. Lakin proseslərin məhz bu istiqamətdə getdiyi aydın görünür.
Silah istehsalında başlayan ciddi rəqabət
“Qoca qitə”də yeni müharibə hazırlıqlarının düyməsinin basılması fonunda silah istehsalında rəqabət başlayıb, Eləcə də silahların haradan alınması ilə bağlı fikir ayrılığı var. Avropa İttifaqına üzv ölkələr arasında ən güclü hərbi sənaye Fransaya məxsus olduğu üçün Paris Avropa Komisiyasının 800 milyard avroluq silahlanma planına ittifaqa üzv olmayan ölkələrin cəlb edilməsinin əleyhinə çıxır. Almaniya isə strateji müttəfiq kimi baxdığı Böyük Britaniya, İsveçrə, Norveç və Türkiyə kimi ölkələrin də Avropanın silahlanma planında iştirakının tərəfdarıdır. Eyni zamanda, Avropada əksəriyyət ABŞ-dan silah alınmasına qarşı çıxır. Buna görə də ABŞ-ın əksər silah istehsalçılarının səhmləri ucuzlaşır. Ekspertlər hesab edir ki, ABŞ şirkətləri Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq sərmayə qoyuluşundan kənarda qalsa, bu, onlara çox ciddi təsir göstərəcək. Analitiklərin qənaətinə görə, ABŞ şirkətlərinin müqavilələrdən kənarda saxlanılması, Aİ-nin Vaşinqtona cavabıdır. Donald Trampın buna həmləsinin necə olacağı isə hələlik bəlli deyil.
Paralel şəkildə, silah istehsal edən Avropa şirkətlərinin səhmləri sürətlə bahalaşmaqda davam edir. “Leopard” tanklarının istehsalçısı olan Almaniyanın “Rheinmetall” şirkətinin səhmləri ilin əvvəlindən bəri 90 faiz artıb. Britaniyanın məşhur “BAE Systems” şirkətinin səhmləri ilin əvvəlindən bəri 30 faiz bahalaşıb. İtaliyanın “Leonardo” və Fransanın “Thales” şirkətlərinin də səhmləri əhəmiyyətli artım nümayiş etdiriblər. Fransa silah istehsalını sürətlə artırır. “Rafale” qırıcılarının istehsalçısı olan Fransanın “Dassault Aviation” şirkəti istehsalını 2-3 dəfə artırmağı planlaşdırır. Hazırda şirkət ay ərzində 2 ədəd qırıcı təyyarə istehsal edir. Şirkət yaxın perspektivdə bu rəqəmi 4-5-ə çatdırmağı planlaşdırır. Fransa Müdafiə Nazirliyi 2025-ci ildə AASM “Hammer” uzunmənzilli raketlərinin istehsalının iki dəfə artırılacağını açıqlayıb. Bu raketlər Fransanın “Safran SA” şirkəti tərəfindən istehsal edilir. İstehsal olunacaq raketlərin bir hissəsinin Ukraynaya veriləcəyi gözlənilir. MBDA şirkəti isə beşinci nəsil tank əleyhinə “Akeron” raketlərin istehsalını 2025-ci ildə iki dəfə artıracağını bəyan edib. “Akeron MP” raketi 140 mm diametrli konteynerdə 15 kiloqram ağırlığında və 1,3 metr uzunluğundadır. MBDA-nın yaydığı məlumatda qeyd edilir ki, beşinci nəsil tank əleyhinə bu raketlər 4 kilometrdən çox təsirli uçuş məsafəsinə malikdir və “atdın-unutdun” funksiyası ilə fəaliyyət göstərir. Raketi buraxdıqdan sonra operatorun onu idarə etməsinə ehtiyac yoxdur. Fransa hökuməti “Veloce-330” yeni nəsil kamikadze dronları istehsal edən “EOS Technologie” şirkətinin və hava və dəniz tətbiqləri üçün informasiya sistemləri istehsal edən “Thales” Qrupunun da Avropanın silahlanma planında önəmli yer almasını hədəfləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

