79 ildən sonra...
14.11.2025 [10:19]
Əhməd Əl-Şaraa ABŞ-a səfər edən ilk Suriya prezidenti oldu
Bir neçə gün öncə Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa ABŞ-a rəsmi səfər edib. Qeyd edək ki, səfər 1946-cı ildən sonra yaşanan bir ilkdir - belə ki, səfər müstəqillik əldə etdikdən sonra Suriya liderinin Vaşinqtona ilk səfəridir. Səfərdən öncə ABŞ Əhməd Əl-Şaraanı sanksiyalara məruz qalan şəxslər siyahısından çıxarıb - səfər üçün real zəmin formalaşdırılıb.
35 dəqiqəlik görüş...
79 ildən sonra baş tutan səfər dünya mediasının da diqqət mərkəzində olub. Medianın məlumatına görə, Suriya liderinin korteji Vaşinqtonda Suriya diasporasına dəstək qrupunun yanından keçərək ABŞ prezidentinin iqamətgahının ərazisinə daxil olub. Görüş Ağ Evdə reallaşıb.
Suriya prezidenti Əhməd Əl-Şaraa Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə edib - bunu Suriya liderinin ofisi bildirib. Ofisin açıqlamasında deyilir: “Danışıqlar zamanı əsas diqqət Suriya Ərəb Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərə, onları gücləndirmək və inkişaf etdirmək yollarına, eləcə də qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlərə yönəlib”. Ofisin məlumatına görə, tədbirdə Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və ABŞ Dövlət katibi Marko Rubio da iştirak ediblər. “Reuters” agentliyinin məlumatına görə, görüş qapalı qapılar arxasında keçirilib və təxminən bir saat 35 dəqiqə davam edib. Agentlik danışıqların təfərrüatlarını açıqlamasa da, daha əvvəl ABŞ Maliyyə Nazirliyi Dəməşqə qarşı sanksiyaların və ixrac nəzarətinin yumşaldıldığını açıqlamışdı.
Koalisiyanın 90-cı üzvü...
Səfər çərçivəsində Əl-Şaraa Suriyanın rəsmi olaraq “İslam Dövləti” qruplaşmasına qarşı qlobal koalisiyaya qoşulacağını təsdiqləyib. Prezident Tramp isə bildirib ki, ABŞ Suriyanın uğurunu təmin etmək üçün hər cür səy göstərəcək. Tramp Əl-Şaraanın ölkəsini uğura apara biləcəyinə inandığını deyib - “İnanıram ki, bu lider bunu edə bilər”, - deyə Tramp bildirib. Daha sonra sosial media paylaşımında Suriya lideri ilə yenidən görüşməyi və danışmağı planlaşdırdığını açıqlayıb. Xarici mətbuat ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yazıb ki, Əl-Şaraa səfəri zamanı Suriyanın İŞİD qrupuna qarşı qlobal koalisiyanın 90-cı üzvü olacağını təsdiqləyib. Bundan başqa, yayılan məlumatlarda, ABŞ-ın Suriyanın Vaşinqtondakı səfirliyini yenidən açmasına icazə verəcəyi də bildirilir. İki ölkə terrorizmə qarşı mübarizə, təhlükəsizlik və iqtisadi məsələlərdə səylərini daha yaxşı əlaqələndirmək arzularını ifadə ediblər.
Suriya Xarici İşlər Nazirliyi açıqlamasında görüş “dostcasına və konstruktiv” adlandırılıb. Trampın ABŞ-ın Suriya rəhbərliyinin yenidənqurma və inkişaf prosesinin uğurunu təmin etmək üçün lazım olan dəstəyi verməyə hazır olduğunu bir daha təsdiqlədiyi də məlumatlar arasındadır. “Fox News”a verdiyi müsahibədə Əl-Şaraa Trampla Suriyada gələcək investisiya imkanlarını müzakirə etdiklərini açıqlayıb. Əl-Şaraa “Suriyanın artıq təhlükəsizlik təhdidi kimi qəbul edilməməsini” istədiyini önə çəkib - o deyib ki, “Suriya indi geosiyasi müttəfiq kimi qəbul edilir. Və ölkəmiz, ABŞ-ın, xüsusən də qaz hasilatına əhəmiyyətli dərəcədə investisiya qoya biləcəyi bir yerdir”. Əl-Şaraa sanksiyaların tamamilə ləğvinə nail olmaq istədiyini söyləyib.
Sanksiyalar necə qaldırılsın: şərtli, yoxsa şərtsiz...
Əl-Şaraa ABŞ-a gəlməzdən əvvəl BMT Təhlükəsizlik Şurası müvəqqəti Suriya prezidentinə və digər hökumət rəsmilərinə qarşı sanksiyaların ləğvinə səs verib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valsın sözlərinə görə, bu addım Suriyanın Əsəd rejiminin süqutundan sonra yeni bir dövrə qədəm qoyduğunun açıq bir əlamətidir. Əl-Şaraa səfər çərçivəsində Bəşər Əsəd hökuməti və təhlükəsizlik qüvvələri tərəfindən insan haqlarının pozulması ilə bağlı çoxsaylı iddialar əsasında Suriyaya tətbiq edilən sanksiyaların birdəfəlik ləğvini təmin etmək niyyətində olub. Sezar Aktı (2019-cu il Suriya Mülki Müdafiə Aktı) çərçivəsində sanksiyalar artıq Tramp tərəfindən ləğv edilsə də, tam ləğv üçün Konqresin bəzi prosedurları həyata keçirməsi tələb olunur.
Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Hempşirdən olan senator Cin Şeyxinin təklifi sanksiyaların heç bir şərt olmadan qaldırılmasını nəzərdə tutur. Trampın müttəfiqi olan senator Lindsi Qraham tərəfindən hazırlanan başqa bir layihədə isə sanksiyaların aradan qaldırılması üçün şərtlərin yaradılması tələb olunur. Bu tələblərin hər altı aydan bir nəzərdən keçirilməsi planlaşdırılır. Sanksiyaların şərtsiz aradan qaldırılması tərəfdarları isə bildirir ki, bu layihə şirkətləri sanksiya qorxusu səbəbindən Suriyaya investisiya qoymaqdan çəkindirəcək. Suriya Fövqəladə İşçi Qrupunun icraçı direktoru Mouaz Mustafa bunu “Suriya üçün hər hansı bir təşəbbüsü iflic edən kölgə” adlandırıb. Bu arada, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Sezar Qanununun 180 gün müddətinə qismən dayandırıldığını elan edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
11 Dekabr 14:16
Siyasət
11 Dekabr 13:02
Hadisə
11 Dekabr 12:59
İqtisadiyyat
11 Dekabr 12:57
İqtisadiyyat
11 Dekabr 12:55
YAP xəbərləri
11 Dekabr 12:52
Gündəm
11 Dekabr 12:32
Sosial
11 Dekabr 11:43
Siyasət
11 Dekabr 11:42
Sosial
11 Dekabr 11:32
Siyasət
11 Dekabr 11:20
İqtisadiyyat
11 Dekabr 11:15
YAP xəbərləri
11 Dekabr 11:08
İqtisadiyyat
11 Dekabr 10:58
Sosial
11 Dekabr 10:48
Analitik
11 Dekabr 10:45
Analitik
11 Dekabr 10:30
Analitik
11 Dekabr 10:12
Analitik
11 Dekabr 09:56
Siyasət
11 Dekabr 09:43
Ədəbiyyat
11 Dekabr 09:38
MEDİA
11 Dekabr 09:15
Sosial
11 Dekabr 08:50
Gündəm
11 Dekabr 08:45
Sosial
11 Dekabr 08:33
Xəbər lenti
11 Dekabr 08:14
İdman
10 Dekabr 23:56
Sosial
10 Dekabr 23:42
YAP xəbərləri
10 Dekabr 23:19
YAP xəbərləri
10 Dekabr 22:47
Xəbər lenti
10 Dekabr 22:44
Dünya
10 Dekabr 22:28
Sosial
10 Dekabr 22:10
Hadisə
10 Dekabr 21:53
Sosial
10 Dekabr 21:38
YAP xəbərləri
10 Dekabr 21:16
Dünya
10 Dekabr 20:49
YAP xəbərləri
10 Dekabr 20:35
İqtisadiyyat
10 Dekabr 20:17
Dünya
10 Dekabr 19:56
İqtisadiyyat
10 Dekabr 19:38
YAP xəbərləri
10 Dekabr 19:13
İqtisadiyyat
10 Dekabr 19:05
Gündəm
10 Dekabr 19:03
Elm
10 Dekabr 19:02
Elm
10 Dekabr 19:01
Elm
10 Dekabr 19:00
Gündəm
10 Dekabr 18:55
YAP xəbərləri
10 Dekabr 18:41
YAP xəbərləri
10 Dekabr 17:30
YAP xəbərləri
10 Dekabr 16:28
Siyasət
10 Dekabr 16:07
YAP xəbərləri
10 Dekabr 16:05
YAP xəbərləri
10 Dekabr 16:04
İqtisadiyyat
10 Dekabr 16:02
Sosial
10 Dekabr 15:59
YAP xəbərləri
10 Dekabr 15:40
İqtisadiyyat
10 Dekabr 15:21
YAP xəbərləri
10 Dekabr 15:03
YAP xəbərləri
10 Dekabr 15:00
YAP xəbərləri
10 Dekabr 14:49
YAP xəbərləri
10 Dekabr 14:47
Hadisə
10 Dekabr 14:42
Dünya
10 Dekabr 14:19
Hadisə
10 Dekabr 14:15
Sosial
10 Dekabr 13:56
Dünya
10 Dekabr 13:42
Dünya
10 Dekabr 13:20
Dünya
10 Dekabr 12:59
Xəbər lenti
10 Dekabr 12:53

