Ermənistanı agentlər idarə edib?
15.11.2025 [10:30]
Paşinyan keçmiş prezidentlərə qarşı ittiham irəli sürür
Sirr deyil ki, 30 ildən artıqdır ki, sözdə müstəqillik əldə etməsinə baxmayaraq, Ermənistan “forpost” ölkə kimi dəyərləndirilib. Bu ölkəyə rəhbərlik edən şəxslər də sanki “təyinat” əsasında vəzifə daşıyıb - atılan addımlar birmənalı şəkildə həm Ermənistan dövlətinin, həm də cəmiyyətinin əleyhinə istiqamətlənib. 2020-ci ildə baş verən Vətən müharibəsindən sonra yaranan yeni situasiya isə Ermənistana həm də real dövlət kimi xarakterizə olunma imkanı qazandırıb. Azərbaycanın sülh təşəbbüslərinə pozitiv qarşılıq verməklə İrəvan bütövlükdə regional inkişafa inteqrasiya olunacaq - paralel olaraq isə özünü təcrid və “ələbaxımlıqdan” xilas edəcək. Bu mənada, revanşist müxalifətin iddiaları, qeyri-adekvat çıxışları sülhə qarşı yönəlməklə yanaşı, həm də bu dövlətin özünün gələcək varlığına təhdid formalaşdırır.
Baş nazir: Vətəndaşlar əsəbiləşir...
Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur - əks halda, regionda sabitlik yaranmayacaq və İrəvanın da yenidən fərqli maraqların təsiri altına düşmək ehtimalı yaranacaq. Bu ölkədə gələn il keçiriləcək parlament seçkiləri öncəsi siyasi vəziyyəti qiymətləndirərkən bu amil önə çıxır. Hazırda revanşist müxalifətin bitkin “liderləri” Robert Koçaryan və Serj Sarkisyan, eləcə də onların ətrafındakı dəstə həm də məhz bu baxımdan sülhün reallaşmaması üçün səy göstərir. Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ilin büdcə layihəsi ilə bağlı çıxışında parlament müxalifəti ilə aparılan müzakirələrə toxunaraq dolayı yolla Rusiyanın keçmiş Qarabağ münaqişəsindən istifadə edərək Ermənistanı tələyə saldığını söyləyib. Hökumət başçısı Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın bu baxımdan Rusiyanın təsir agentləri rollarını ifa etdiklərinə də eyham vurub. “Ermənistan vətəndaşları əsəbiləşir və bizdən şikayət edirlər ki, hələ də Robert Koçaryan və Serj Sarkisyanla, onların rəhbərlik etdiyi qüvvələrə reaksiya verirsiniz. İnsanlar deyirlər ki, bəzən elə təsəvvür yaranır ki, sizin üçün çox rahat yer olduğu üçün bu söhbətlərə girirsiniz, amma real problemləri, müzakirə olunmalı məsələləri, qərarlar verilməli olan məsələləri kənara qoyursunuz”, - Paşinyan bildirib.
Seçki “mesajı”...
Erməni baş nazir çıxışında irəli sürdüyü tezislə həm ölkə vətəndaşlarına, həm də sülh tərəfdarlarına müraciət edib. Seçkiqabağı marafonda fərqli manevrlərə əl ataraq özlərinin siyasi varlıqlarını sübut etməyə çalışan Koçaryan - Sarkisyan birliyi hər hansı bir “uğur” əldə edəcəyinə “inanır” - amma birmənalı faktdır ki, belə bir hal yaşanacağı təqdirdə, region yenidən konfrantasiya mərhələsinə girə bilər. Bu isə nəticə etibarı ilə Ermənistanın özü üçün mənfi tendensiya formalaşdırır. Nikol Paşinyan da çıxışında bildirib ki, real problem parlamentli idarəetmənin xüsusiyyətlərindən qaynaqlanır, əsas söhbətin tərəfləri hökumət və müxalifətdir: “Bu məsələ həll edilməlidir. Mənim təəssüratım budur ki, bu boşluq aradan qaldırılmalıdır və bunu həll etməyin yolu yaxın zamanda keçiriləcək parlament seçkilərində bu şəxslərin rəhbərlik etdiyi qüvvələrin parlamentdə olmamasıdır. Bu, həll yoludur. Onlar olduğu müddətcə bu söhbət davam edəcək. Hesab edirəm ki, vaxtı çatıb, bu məsələ həll olunmalıdır”.
Ermənistan “tələdən” çıxıb?
Paşinyan fikirlərini kifayət qədər açıq ifadə edib - o bildirib ki, uzun müddət Ermənistan başqa bir dövlətin (Rusiya) təsiri altında olub: “2018-ci ilədək Ermənistan həmin dövlətin təsirində idi və bu şəxslər həmin dövlətin agentləri idi. İndi Ermənistan müstəqil dövlətdir, yalnız müstəqil deyil, həm də suveren iradə mərkəzinə malikdir və qərarlar qəbul edə bilir. Biz nəhayət etiraf etməliyik ki, Ermənistan necə bu təsir altında qalıb: bir alətlə - Qarabağ məsələsi ilə. Başqa səbəb yoxdur”. Nikol Paşinyan vurğulayıb ki, Ermənistan artıq bu tələdən çıxıb.
Xatırladaq ki, bir neçə gün öncə də Paşinyan “SS”-ə (Paşinyan Serj Sarkisyanı belə təqdim edir-red.) “mesaj” göndərmişdi. O bildirmişdi ki, danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırlayıb: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”. Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulamışdı: “Sənin bir məktubunu da dərc edəcəyəm, elə düşünməyəsən ki, səni hesaba almamışam. Oyananda TPL və KP-yə (Paşinyan Levon Ter-Petrosyanı və Robert Koçaryanı belə təqdim edib-red.) də xəbər edərsən”.
Borc ilə silah alışı - məcburiyyət nədir?
Azərbaycanın sülh təşəbbüsləri Ermənistan üçün bir “nəfəslikdir”. 30 il ərzində apardığı işğal siyasəti Ermənistanı bir addım belə irəliyə aparmayıb - tam əksinə, bu dövlət beynəlxalq mühitdə işğalçı və təcavüzkar ölkə kimi tanınıb, regional inteqrasiyadan kənarda qalıb, Cənubi Qafqazda reallaşan layihələrdə iştirak edə bilməyib. Səbəb isə birdir - Qarabağın işğalı. Paşinyan etiraf edir ki, Ermənistan Qarabağı işğalda saxlamaqla ən çox özünə pislik edib. Gələcəkdə hər hansı bir diletant addım və ya avantürist xəyal, qeyri-adekvat düşüncə bu ölkənin siyasi və hərbi, iqtisadi sonunu hazırlaya bilər.
Paralel olaraq bu da faktdır ki, Ermənistanın yürütdüyü işğalçı siyasət onu iqtisadi cəhətdən də bitkin hala salıb - illərlə yığılan ianələrdən, pay və ya bəxşişlərdən formalaşan məhdud dövlət büdcəsi Ermənistanı bir addım belə irəliləməyə imkan yaratmayıb - amma məntiqlə artıq vəziyyət dəyişməlidir. Qəribə budur ki, postmüharibə dövründə Ermənistan özünün “oyunlarından” geri durmaq istəmir. Məsələn, bu ölkənin xarici borcu artaraq 8 milyard dollara çatıb. Bunun səbəbi isə yeni hakimiyyətin silah alışına “göstərdiyi diqqətdən” irəli gəlir. Bunu da Paşinyan özü etiraf edib. O qeyd edib ki, Ermənistanın xarici borcunun artmasının səbəblərindən biri silah alışları olub. “Bizə deyirlər ki, niyə borc 8 milyard dollara çatdı, bu vəsaitlə nə etmişik? Demək istəmirdim, amma deyəcəm, silah aldıq. Kredit vəsaiti hesabına? Bəli, kredit hesabına, çünki dərhal çoxlu silaha ehtiyac var idi”, - o deyib.
Ermənistanın bu addımı isə anlaşılan deyil - bir tərəfdən sülh üçün çalışdığını söyləyən bir dövlət borc ilə, kredit ilə silah əldə etməyə çalışır - bunun səbəbi nədir? Bəlkə, Ermənistan yenidən hər hansı bir fərqli fikrə düşə bilər?
Buna inanmaq çətindir. Çünki Ermənistan 2020-ci ildə “Dəmir yumruğ”un “dadını” görüb. Paşinyan başda olmaqla bu dövlətin rəhbərləri də anlayır ki, yenə də hansısa səhv bir addım onlara daha baha başa gələcək...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

