5 saat bağlı qapılar arxasında...
04.12.2025 [09:38]
Moskva görüşü sülh vəd edirmi?
Ukrayna - Rusiya müharibəsinin dayandırılması ilə bağlı danışıqlar prosesinin növbəti raundu Moskvada baş tutub. Cenevrədə və Ər-Riyadda, ardınca isə Mayamidə keçirilən görüşün ardından ABŞ Prezidenti Donlad Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyaya səfər edərək Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb. Qeyd edək ki, görüşdə Putinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə nümayəndəsi Kirill Dmitriyev, eləcə də prezidentin köməkçisi Yuri Uşakov iştirak ediblər. ABŞ nümayəndə heyəti ilə danışıqlar ərəfəsində Putin media nümayəndələri ilə mətbuat konfransı keçirərək Ukrayna ilə bağlı bir sıra vacib açıqlamalar verib. Təxminən beş saat davam edən görüşdə ABŞ-ın Ukrayna üçün sülh planı müzakirə edilib.
Görüləsi çox iş var...
Rusiya KİV-lərinin məlumatına görə, görüşdən sonra əldə olunan qənaət tərəflərin münaqişənin sülh yolu ilə həll ideyasından uzaqlaşmayıblar. Bunu Kremldəki danışıqlardan sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, müzakirə olunan sənədlərin məzmununu açıqlamayıb və ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün sülh planının ilk versiyasından sonra Rusiyanın daha dörd sənəd aldığını deyib. Uşakov əlavə edib ki, Moskva Vaşinqton tərəfindən hazırlanmış planın müəyyən müddəalarını qəbul etməyə hazırdır, lakin bəzi təkliflər Rusiya tərəfindən qəbul edilmir. Uşakov görüşü olduqca faydalı, məlumatverici və konstruktiv adlandıraraq qeyd edib ki, Putin və Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff konkret təkliflərlə yanaşı, ABŞ-ın Ukrayna münaqişəsinin həlli planının mahiyyətini müzakirə ediblər. Rusiya liderinin köməkçisi aydınlaşdırıb ki, əsas diqqət Ukraynadakı münaqişənin uzunmüddətli həllinə nail olmaq imkanlarına yönəlib. Uşakovun sözlərinə görə, sülh təşəbbüsləri kontekstində “görülməli çox iş var”.
Rusiya prezidentinin köməkçisinin bildirib ki, “hələ ki, kompromis tapılmayıb”. “Lakin bəzi təkliflər məqbul görünür, onlar müzakirə olunmalıdır. Bizə təklif olunan bəzi ifadələr qəbuledilməzdir. Buna görə də iş davam edəcək”, - deyə Uşakov bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ danışıqların mahiyyətinin detalları ilə bağlı açıqlama verməməklə bağlı razılığa gəliblər.
Rusiya israr edir...
CNN-in məlumatına görə, nümayəndə heyətləri Ukraynanın NATO-ya qoşula bilməməsi məsələsini də müzakirə ediblər. Yayılan məlumatlarda o bildirilir ki, görüş zamanı Putin bir daha Avropanı ittiham edib - o, Ukraynanın müttəfiqlərini Rusiya üçün qəbuledilməz tələblər irəli sürməklə sülh prosesinə mane olmaqda günahlandırıb. Vurğulanır ki, Rusiya 28 maddəlik plana qayıtmaq istəyir. Üstəlik, Kreml döyüş meydanındakı üstünlüklərindən istifadə etməklə bu hüquqa malik olduğuna inanır. Bir çox siyasi şərhçilər bildirir ki, Amerika nümayəndə heyətinin Moskvaya səfəri ərəfəsində Rusiyanın Donetsk bölgəsində əsas strateji hədəf olan Pokrovskın “ələ keçirildiyini” elan etməsi də məhz bundan irəli gəlirdi.
ABŞ-Ukrayna görüşü təxirə düşdü?
Ukrayna prezidenti Volodomir Zelenski Kremldə keçirilən görüşlə eyni vaxtda “Telegram”da yazıb ki, müharibənin bitməsi şərtləri ilə bağlı sadə qərarlar gözləmir. O, Kiyevin Rusiyadakı danışıqlardan sonra Amerika nümayəndə heyətindən siqnallar gözlədiyini söylədi. “ABŞ nümayəndə heyəti görüşlərdən dərhal sonra birbaşa bizə hesabat vermək istəyir. Növbəti addımlar bu siqnallardan asılıdır”, - deyə Zelenski bildirib və Ağ Ev prezidenti Donald Tramp da daxil olmaqla, ABŞ nümayəndələri ilə tezliklə görüşün keçiriləcəyini təklif edib. Görüş ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukrayna Rusiyadakı görüşdən sonra Amerika nümayəndə heyətindən siqnallar gözləyəcək. “ABŞ nümayəndə heyəti görüşlərdən dərhal sonra bizə hesabat vermək istəyir. Növbəti addımlar bu siqnallardan asılıdır”, - deyə prezident vurğulamışdı. Zelenski qeyd etmişdi ki, Ukrayna Amerika nümayəndə heyəti ilə “çox tez” görüşməyi planlaşdırır - o, mümkün əlaqələrin səviyyəsinin danışıqlardan sonra alınan siqnallardan asılı olacağını söyləmişdi. Onun sözlərinə görə, siqnallar qlobal və sürətli qərarlar qəbul etməyə imkan verərsə, danışıqların səviyyəsi daha yüksək olacaq. Axios isə məlumat yaymışdı ki, amerikalı nümayəndələr Putinlə görüşdən dərhal sonra dekabrın 2-də Avropa ölkələrinin birində (çox güman ki, İrlandiyada) Ukrayna prezidenti ilə görüşəcəklər. Sonradan isə görüşün 3 dekabra planlaşdırıldığı bildirdi - Fransalı həmkarı Emmanuel Makronla keçirdiyi brifinq zamanı Ukrayna Prezidenti Parisdə Ukrayna nümayəndə heyətinin sülh planı ilə bağlı Amerika tərəfi ilə danışıqlar barədə ona hesabat verəcəyini qeyd etdi.
Amma artıq bu xəbər də təkzib olunub - Ukrayna Prezidenti amerikalıların dərhal Ukraynaya gəlməyə hazır olduğundan əmin deyil. UNIAN xəbər verir ki, Zelenski bu açıqlamanı İrlandiyanın Baş naziri Mikal Martin ilə Dublində birgə mətbuat konfransı zamanı verib. Zelenskidən yaxın günlərdə ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffla görüşmək planlarının olub-olmadığı soruşulub - dövlət başçısı bildirib ki, əgər sadəcə sözlərlə deyil, real nəticələr gözlənilə biləcəyi situasiya varsa, Ukrayna görüşməyə hazırdır. “Biz onu Ukraynada qəbul etməkdən çox məmnun olardıq, amma yaxın bir neçə gün ərzində gəlməyə hazır olduqlarından əmin deyiləm. Amma kim bilir? Gözləmək istəyirəm”, - deyə Zelenski bildirib.
Eyni zamanda, prezident Cenevrə və Mayamidə keçirilən iki görüşdə Ukrayna və Amerika nümayəndə heyətləri tərəfindən hazırlanmış 20 bəndin təfərrüatlarını açıqlamağa hazır olmadığını bəyan edib.
SADİQ
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

