Kiyev Vaşinqtonun təkliflərinə nə cavab verib?
12.12.2025 [08:36]
Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesi beynəlxalq müstəvidə əsas müzakirələrdən biridir. ABŞ Ukraynanın ərazi güzəştlərinə getməsinə çalışsa da, Kiyev buna hələ də müqavimət göstərməkdədir. Məlumatlara görə, Ukrayna ötən çərşənbə günü Tramp administrasiyasına ABŞ-ın Rusiya ilə münaqişənin həllinə dair son təkliflərinə cavab təqdim edib. CNN bu barədə mənbələrə istinadla məlumat yayıb. “Müzakirələr davam edir və Kiyevin son cavabında sənədlərə hansı dəyişikliklərin edildiyi hələ bəlli deyil”, - deyə məlumatda bildirilir. Müzakirələrin mövzusu isə üç sənəddən ibarətdir: münaqişənin həllinə dair ümumi çərçivə; Ukrayna üçün təhlükəsizlik təminatları; Ukraynanın bərpasına dair plan.
Ukrayna ərazi güzəştlərinə hazır deyil
Ukrayna Prezidenti Volodimir Zelenski də jurnalistlərə bildirib ki, Kiyev, Avropa tərəfdaşları və ABŞ hazırda sülh planı çərçivəsində üç sənədi müzakirə edirlər: “20 bənddən ibarət çərçivə sənədi var - maddələr Ukrayna, Avropa və dünyanın maraqlarına uyğun olaraq daim dəyişir. İkinci sənəd təhlükəsizlik zəmanətləri, üçüncüsü Ukraynanın müharibədən sonrakı bərpası haqqındadır”. Zelenski Ukraynanın ərazi güzəştlərinə hazır olmadığını bir daha vurğulayıb. O, əlavə edib ki, ABŞ hələ Ukraynanı NATO-da görməyə hazır deyil, lakin sabit təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqlar davam edir.
ABŞ-ın sülh planına isə Ukraynanın Avropa İttifaqına üzvlüyü və demilitarizasiya zonasının yaradılması daxildir. “The Washington Post” qəzeti bu barədə ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadla məlumat yayıb. Məlumata görə, Vaşinqtonun münaqişənin həlli ilə bağlı təklifləri arasında Kiyevin 2027-ci ildə Avropa İttifaqına üzvlüyü və təmas xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması yer alıb. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərlə məhdudlaşdırılması da nəzərdən keçirilir.
Birləşmiş Ştatlar, eyni zamanda, Zaporojye Atom Elektrik Stansiyasını öz idarəsi altına almaq, həmçinin Ukraynanın yenidən qurulması və onun iqtisadi inkişafı üçün sərmayədarlar cəlb etmək niyyətindədir.
Tramp: Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi
Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin “özünü ələ alaraq” Vaşinqtonun hazırladığı sülh planına razılıq verməli olduğunu bildirib. Trampın sözlərinə görə, Putindən çox əvvəl Ukraynanın NATO-ya daxil olmayacağı aydın idi. NATO-nun sıralarının genişlənməsi məsələsinə gəldikdə, o, bunu edə biləcək çox ölkə qalmadığını vurğulayıb. ABŞ Prezidenti “Politico”ya verdiyi müsahibədə deyib ki, Zelenski Ukraynadakı müharibə ilə bağlı realist olmalıdır. Trampın belə bir mövqe nümayiş etdirməsi şəraitində Rusiyanın xarici işlər naziri Sergey Lavrov sülh prosesi ilə əlaqədar ABŞ-la danışıqların davam etdirilməsinə dair razılığa gəlindiyini açıqlayıb.
Avropa liderləri Trampla müzakirələr aparıb
Bütün bunların fonunda Avropa ölkələri də sülh prosesində fəal rol oynamağa çalışırlar. Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mertsin ABŞ Prezidenti Donald Trampla telefon danışığı da bunun göstəricisidir. Telefon söhbəti zamanı liderlər ABŞ-ın rəhbərlik etdiyi sülh təşəbbüsü üzrə danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Avropa liderləri Vaşinqtonun Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərini alqışlayıblar. Yaxın günlərdə sülh planı üzərində intensiv işin davam etdiriləcəyi qərara alınıb.
Yeri gəlmişkən, Avropa İttifaqı ölkələri Macarıstanın potensial vetosundan yayınmaq üçün Rusiyanın 210 milyard avroluq aktivlərinin müddətsiz dondurulması ilə bağlı qərarın qəbulunu sürətləndirmək niyyətindədir. “Financial Times” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Brüssel veto təhlükəsini aradan qaldırmaq üçün fövqəladə səlahiyyətlərlə bağlı qanunu tez bir zamanda qəbul etməyə çalışır.
Avropa Komissiyası dondurulmuş aktivlərdən əldə edilən gəlirləri növbəti iki il ərzində Ukraynaya təxminən 90 milyard avro kredit ayırmaq üçün istifadə etmək niyyətindədir. Nəşr qeyd edir ki, bu sxem Rusiya aktivlərinin 27 üzv dövlətinin yekdil səsi ilə uzadıla bilən altı aylıq dövrlər üçün deyil, qeyri-müəyyən müddətə dondurulmasını ehtiva edir. Brüssel rəsmiləri Kiyevə əlavə yardımın əleyhinə olan Macarıstanın sanksiyaların uzadılmasına mane olacağından ehtiyatlanır.
Aİ-nin sammiti Ukrayna mövzusu ilə başlayacaq
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta isə bəyan edib ki, dekabrın 18-19-da keçiriləcək Aİ sammitində Ukrayna mövzusu da müzakirə olunacaq. Antonio Koşta görüşün məhz Ukraynadakı vəziyyətin müzakirəsi ilə başlayacağını bildirib: “Biz iki məsələyə əsas diqqət yetirərək vacib müzakirələr aparacağıq: Ukrayna və qitəmizdəki təhlükəsizlik, eləcə də Avropa İttifaqının 2028-2034-cü illər üçün çoxillik maliyyə proqramı”. Onun sözlərinə görə, müzakirə “Avropanın maraqlarını qorumağa və Ukraynanın danışıqlar mövqeyini gücləndirməyə ən yaxşı şəkildə necə davam etməyə” həsr olunacaq. “İkincisi, növbəti çoxillik maliyyə çərçivə Sazişinə diqqət yetirməyimizi istərdim. Danimarka sədrliyi hazırlıq işlərində əhəmiyyətli irəliləyiş əldə edib. Bizim müzakirələr əldə edilən irəliləyişə yekun vurmaq və danışıqların növbəti mərhələsi üçün istiqamətləri müəyyən etmək üçün bir fürsət olacaq. 2026-cı ilin sonuna qədər növbəti çoxillik maliyyə planı və onun maliyyələşdirilməsi ilə bağlı razılığa gəlmək üçün intensiv iş tələb ediləcək. Bu cədvələ riayət etmək vacibdir”, - deyə Koşta vurğulayıb.
O qeyd edib ki, üzv dövlətlərinin liderləri tərəfindən müzakirə ediləcək məsələlər arasında Aİ-nin genişlənməsi perspektivi, geoiqtisadi vəziyyət və onun İttifaqın rəqabət qabiliyyətinə təsiri, Yaxın Şərqdəki vəziyyət, Avropa müdafiəsi və təhlükəsizliyi və miqrasiya da var. Bu müzakirələr zamanı Ukraynanın Aİ-yə üzvlük məsələsinin də diqqət mərkəzində olacağı gözlənilir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

