Trampın neft nəhənglərinin rəhbərləri ilə görüşü gözlənilir
10.01.2026 [09:15]
ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin gələcəyini müzakirə etmək üçün dünyanın aparıcı şirkətlərinin rəhbərlərini bir araya toplamağa hazırlaşır. AZƏRTAC xəbər verir ki, neft nəhənglərinin rəhbərlərinin Donald Tramp və Ağ Evin yüksəkvəzifəli rəsmiləri ilə görüşü gözlənilir. Görüşdə “Chevron”, “Exxon Mobil” və “ConocoPhillips” kimi şirkətlərinin rəsmilərinin iştirakı nəzərdə tutulur. Əsas müzakirə mövzuları arasında Venesuelada azalan investisiyalar və Qərb şirkətlərinin ölkədən çıxması səbəbindən ən aşağı səviyyəyə düşən neft hasilatını bərpa etmək imkanları var. Həmçinin görüşdə Venesuelanın hazırkı ehtiyaclarının dərəcəsi və neft şirkətlərinin bu ölkəyə təhlükəsiz şəkildə geri qayıtması üçün münbit şəraitin təmin olunması nəzərdən keçiriləcək.
Mənbələrə görə, İspaniyanın “Repsol” və Hindistanın “Reliance” şirkətinin rəhbərləri də görüşə dəvət olunub.
Qrenlandiyalıların 85 faizi amerikalı olmaq istəmir
Qrenlandiyalıların 85 faizi Danimarkada həyat səviyyəsinin daha yüksək olduğuna inandıqları üçün amerikalı olmaq istəmirlər. “Financial Times” qəzeti bu barədə “Verian” şirkəti tərəfindən aparılan sorğuya istinadla məlumat yayıb. Məlumata görə, qrenlandiyalıların əksəriyyəti ABŞ-dakı cinayətkarlıq və bahalı səhiyyə xidmətlərindən narahatdır. Nəşr ABŞ-ın Qrenlandiyanın 57 min sakininə könüllü olaraq Amerika vətəndaşlığına müraciət etdikləri təqdirdə onların hər birinə pasport və 1 milyon dollar təklif edə, İlon Maskın isə onlara “Tesla” elektromobili verə biləcəyi iddiasını irəli sürüb.
Qeyd edək ki, Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirib. O, 2025-ci ilin may ayında “NBC News” telekanalına müsahibəsində Qrenlandiya məsələsinin həlli üçün güc tətbiqini istisna etməyib. Cari il yanvarın 6-da isə Ağ Ev yazılı açıqlamasında Qrenlandiya ilə bağlı planları şərh edərkən hərbi güc tətbiqinin həmişə Baş Komandanın ixtiyarında olduğunu vurğulayıb.
Vaşinqton və Kiyev razılaşdı
ABŞ administrasiyası və Kiyev rəsmiləri Ukrayna böhranının mümkün həllini nəzərdə tutan sülh planı ilə bağlı razılığa gəliblər. Bu barədə “Axios” portalı məlumat yayıb. Portalın məlumatına görə, Ağ Ev Trampın planının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəlib və indi Rusiya rəhbərliyindən bu təklifə aydın cavab almaq istəyir.
Daha əvvəl nəşr Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə ikigünlük danışıqlardan sonra Parisdə amerikalı Stiven Uitkoff və Cared Kuşnerlə görüşdüyü barədə məlumat vermişdi.
Nardar
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43

