Avropa Parlamenti Aİ ilə ABŞ arasında ticarət sazişinin ratifikasiyasını dayandırır
20.01.2026 [10:12]
Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Avropa İttifaqı-ABŞ ticarət sazişinin planlaşdırılan ratifikasiyasını dayandırır. Bu barədə Avropa Parlamentinin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber “ZDF” televiziya kanalına müsahibəsində bildirib. Veber qeyd edib ki, verdiyimiz ilk qərar, ötən yay Avropa ilə ABŞ arasında imzalanmış müqavilənin ratifikasiyasının dayandırılmasıdır. Bu o deməkdir ki, Donald Tramp Amerika məhsulları üçün AB daxili bazarına rüsumsuz giriş əldə etməyəcək. Onun sözlərinə görə, ratifikasiyanın dayandırılması Vaşinqtona ilk siqnaldır.
Qeyd edək ki, Avropa Parlamentinin üzvlərinin 2025-ci ilin yayında Brüssel və Vaşinqton arasında əldə edilən razılaşmanın əsas məqamlarından biri olan Amerika sənaye mallarına tariflərin ləğvi ilə bağlı qurumun mövqeyinə səsverməni yanvarın 26-da planlaşdırırdı. Lakin “Politico”ya görə, Trampın açıqlamalarından qəzəblənən bəzi qanunvericilər səsvermənin keçirilməsini istəmirlər və bununla da tariflərin ləğvi qərarını dondururlar.
Vaşinqton güzəştə getsə də...
Ötən il iyulun 27-də ABŞ və Avropa İttifaqı (Aİ) arasında imzalanmış gömrük razılaşdırması sayəsində Avropa məhsullarına tətbiqi nəzərdə tutulan 30 faizlik rüsumdan imtina edilib. Ancaq ABŞ-ın Aİ regionu üzrə məhsullara 15 faizlik rüsumun qüvvədə saxlanıldığını bəyan edilib. Belə ki, iyul razılaşmasına əsasən, ABŞ Avropa məhsullarına 15 faiz gömrük rüsumu tətbiq edib. Bunun müqabilində Avropa İttifaqı Rusiya təbii qazının yerinə ABŞ-dan 750 milyard dollar həcmində alternativ enerji almalı və ABŞ-ın iqtisadiyyatına 600 milyard dollar əlavə investisiya yatırmalıdır. Bundan əlavə, Aİ ABŞ məhsullarına qarşı 93 milyard avroluq qarşılıqlı sanksiyaları ləğv etdi. Bu sanksiyalar avqustun 7-dən etibarən tətbiq olunmalı idi və qarşılıqlı ticarət müharibəsinin əlaməti kimi qəbul edilirdi. Beləliklə, Aİ-nin öz mövqeyindən imtina edib.
ABŞ və Aİ arasında imzalanan gömrük rüsumları üzrə razılaşma ticarətdə gərginliyi azaltmaq və müharibənin qarşısını almaq məqsədi daşısa da, bəzi Aİ ölkələri bu addımı ədalətsiz və qütbləşdirici qarşılayır. Razılaşmanın yarımçıq və qeyri-bərabər tərəflərə üstünlük verən xarakteri Avropa siyasətçiləri arasında geniş müzakirələrə səbəb olub. Bu baxımdan ABŞ-a qarşı cavab addımı atılması qərara alınıb.
Aİ rüsumlara anoloji cavab verməyi nəzərdən keçirir
Qeyd edilən razılaşmadan bir müddət sonra, ötən ilin oktyabrında ABŞ administrasiyası Avropadan idxal olunan dərman məhsullarına 100 faiz gömrük rüsumları tətbiq edib. Bu, Almaniya və ümumilikdə Avropa üçün ciddi çağırış kimi qiymətləndirilib və yalnız Avropa istehsalçılarının iqtisadi maraqlarına deyil, həm də qlobal səhiyyə sisteminin dayanıqlılığına təhlükə yaradan hal kimi dəyərləndirilib.
Böyük Britaniyanın “Financial Times” qəzeti isə Avropa rəsmilərinə istinadən məlumat yayıb ki, Aİ-nin cavab verməsi üçün ikinci seçim Amerika şirkətlərinin vahid bazara çıxışını məhdudlaşdırmaqdır. Vurğulanıb ki, bu planlar Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşlərdən əvvəl hazırlanır.
“Əgər bu davam edərsə və Tramp sırf mafiya tipli taktikalara əl atarsa, əlində aydın qisas alətləri var. Eyni zamanda, biz ictimaiyyət qarşısında sakitliyə çağırmaq və ona geri çəkilmək imkanı vermək istəyirik”-, avropalı diplomatlardan biri nəşrə bildirib.
Qəzet vurğulayıb ki, əksər Aİ ölkələri cavab tədbirləri ilə hədələməzdən əvvəl fikir ayrılıqlarını diplomatik yolla həll etmək istəyirlər. Başqa bir avropalı diplomat isə bildirib: “Biz gərginliyi azaltmalıyıq”.
Nəşrin digər bir mənbəyi ümid etdiyini bildirib ki, Avropa Birliyinin cavab tədbirləri görmə ehtimalı Konqres üzvləri tərəfindən Tramp administrasiyasına təzyiqi artıracaq: “Vəziyyət artıq kompromis üçün yer qoymur, çünki biz Qrenlandiyanı təhvil verə bilmərik. Ağıllı amerikalılar da onun Pandoranın qutusunu açdığını bilirlər”, - deyə o vurğulayıb.
Nardar
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

