Statistikaya çevrilən insan taleləri
03.12.2021 [23:03]
Şöhrət El-Dəniz
Keçən ilin bu ayı idi.
Müharibədən sonra baş redaktorları yeni yaradılan “YAŞAT” Fonduna dəvət etdilər.
“ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev bizimlə söhbətdə fondun məqsədini izah edərək onlara dəstək olmağımızı xahiş etdi. Və “YAŞAT” Fondunun yeni təyin olunan qazi rəhbəri Elvin Hüseynovu bizə təqdim etdi. Bir il bundan əvvəl həmin görüş barədə yazı hazırlamışdım. Və yazmışdım ki, kimisə “YAŞAT”maq üçün gərək o şəxsdə ürək, qeyrət, mərdlik və millətinə sahiblənmək gücü olsun: “Lozunqlarla, vədlərlə qazini, şəhid ailəsini “YAŞAT”maq olmur. Lozunqlar, vədlər dələduzların silahıdır. O silah ki, bu gün hamını kəsə-kəsə gedir. Şəhid ailəsinin haqqını kəsir, qazinin imtiyazını kəsir, veteranın ümidini kəsir. Kəsilən hissələrdən isə özünə mal-mülk yığır, imarət tikdirir, bahalı maşınlarda gəzir. Ona görə ah-nalədən var-dövlət qazananların nə Allahı olur, nə də imanı”.
Bir il bundan əvvəl yazdığım bu fikirlərin üstündə yenə də dururam.
“YAŞAT”maq üçün söz yox, konkret əməl lazımdır. Və mənim qənaətimə görə “YAŞAT” Fondu və rəhbərliyi son bir il ərzində bizə, yəni mediaya, qazilərə, şəhid ailələrinə və cəmiyyətə verdiyi sözü tutdu. Əminəm ki, gələcəkdə də tutacaq. Çünki bu fond ona görə “ASAN xidmət”in nəzarətində yaradıldı ki, sıravi vətəndaşların işini “ASAN” etməyin yolunu bilən, Vətən uğrunda canını, sağlamlığını qurban verənlərin işini də “ASAN” edəcək.
Bu bir il ərzində çətinliklər də, yersiz narazılıq və qınamalar da oldu.
Hələ yarananda demişdim, bu iş heç də “ASAN” olmayacaq.
İşi enişə-yoxuşa sürənlər olacaq.
Amma...
Dəstək də olacaq.
Bəli, biz sağlam mətbuat nümayəndələri dəstək olduq. İl ərzində gördükləri işləri nöqtə və vergülünə qədər işıqlandırdıq. Yazdıq, sağlam tənqid də oldu, tərif də.
Amma bir yerdə bacardıq.
Yaşamaq istəyənləri “YAŞAT”dıq.
Fonddan mənə göndərilən birillik hesabatı oxuyuram. İlk təəssürat yalnız rəqəmlərlə ifadə edilən fəaliyyət gözə çarpır. Kimləri nə vaxt, harada, nə qədər xərclə müalicə ediblər. Kimlərə yardım ediblər, kimlərə nə veriblər və sair.
Rəqəmlər, adlar, təşkilatlar, qurumlar
Qeyd edə bilərdim o rəqəmləri də, təşkilatların adlarını da.
Amma məqsəd o deyil ki, bu qədər rəqəmlər var.
Məqsəd odur ki, indi statistikaya çevrilən minlərlə şəhid ailəsinə, qazi taleyinə biganə qalınmadı. Onları “YAŞAT”maq üçün ağır işdən yorulmayan, giley-güzardan bezməyən, kaprizlərə dözən insanlar oldu.
Və indi də var.
Bir il nədir ki?
“YAŞAT”mağın ilk addımıdır.
Sağlam və dürüst yaşayın ki, yaşamaq istəyənləri də yaşada biləsiniz.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

