Tacikistanla Qırğızıstan arasında...
28.01.2022 [23:06]
Hərbi insidentin miqyası genişlənə bilərmi?
Pərviz SADAYOĞLU
Mərkəzi Asiyada vəziyyət yenidən gərginləşir. Budəfəki insident Qırğızıstanla Tacikistan arasında baş verib. Yayılan məlumata görə, qarşıdurma zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfi bildirib ki, atışmanı başladan Tacikistan sərhədçiləri olub. Lakin Düşənbə bu fikirlə razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücum edilməsinə görə yarandığını deyir. İki ölkənin sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar isə Tort-Koço və Çir-Dobo ərazilərində gedib.
İnsidentin yaranma səbəbi isə iki dövlət arasındakı sərhəd məsələsidir. Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra sərhəddə onlarla mübahisəli hissə qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan indiyədək komissiyaların, işçi qrupların iki yüzə yaxın iclası keçirilib. Hazırda delimitasiya və demarkasiya prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.
Yeri gəlmişkən, yanvarın 28-də gecə saatlarında Qırğızıstan və Tacikistan nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəlinib. Danışıqlarda Qırğızıstanın Batken vilayətinin və Tacikistanın Soqd vilayətinin qubernatorları, iki ölkənin sərhəd idarələrinin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Bununla bağlı məlumat yayan Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, danışıqların yekunlarına görə müəyyən razılıqlar əldə olunub. Razılaşmada hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün sərhədyanı rayonların hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti nəzərdə tutulub.
Bu iki dövlət arasında mübahisəli torpaq məsələsi ilə bağlı zaman-zaman lokal toqquşmalar baş versə də, belə qarşıdurmalar müşahidə edilmirdi. Bu mənada, baş verənlər birmənalı qarşılanmır. Bəzi siyasi ekspertlər bu qarşıdurmada xarici təsirlərin olmasını da istisna etmirlər.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən politoloq Qabil Hüseynli SSRİ-nin dağılmasının ardından Orta Asiyada sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı köklü problemlərin meydana çıxdığını diqqətə çatdırıb. Bu mənada, sərhədlərin müəyyənləşdirilməsi məsələsi həmin regionda ən müşkül problemlərdən birinə çevrilib: “Sovet hakimiyyəti inzibati ərazi vahidlərinin tabeliyini tez-tez dəyişdiyi üçün bu gün belə problemlər ortaya çıxır. Amma budəfəki qarşıdurmanın miqyası böyük olub. Yayılan məlumatlarda dövlət güc strukturlarının da bu qarşıdurmalarda iştirak etdiyi bəlli olub. Bu, olduqca narahatedici amildir. Nəzərə almaq lazımdır ki, sözügedən ərazilər Əfqanıstana yaxındır və orada bəzi silahlı birləşmələrin də olma ehtimalı böyükdür. Bu mənada, qarşıdurmanın lokal - sərhəd məsələsindən çıxaraq siyasi müstəviyə keçmə ehtimalı da var”.
Politoloq qeyd edib ki, hazırda Mərkəzi Asiya regionu dünyanın aparıcı siyasi qütblərinin diqqət mərkəzində olan bölgələrdəndir. Bu ərazi Çin, Rusiya, Əfqanıstan kimi ölkələrlə sərhəd zonasıdır. Ona görə də siyasi maraqlardan doğan bəzi ziddiyyətlər də ortaya çıxa bilər ki, bu da münaqişənin daha da alovlanmasına zəmin yaradar. “Bu münaqişənin motivi sərhədlərin müəyyənləşməsi məsələsi olsa da, bəzi nüansları gözdən qaçırmaq olmaz. Qarşıdurma tərəfləri KTMT-də müttəfiqdirlər. Bu qurum isə Rusiyanın da üzv olduğu hərbi ittifaqdır. KTMT üzvü olan iki dövlətin silahlı qarşıdurması Rusiyanın dayaqlarına mənfi təsir göstərir. Onu da nəzərə almaq lazımdır ki, Rusiya ilə NATO arasındakı Ukrayna gərginliyi hər an alovlana bilər. Əminəm ki, qonşu dövlətlərin səyi nəticəsində Tacikistanla Qırğızıstan arasında müvəqqəti də olsa, sabitlik yaradılacaq”, -deyə Q.Hüseynli əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

