2-ci ordu 22-ci ordunu niyə məğlub edə bilmir?
02.04.2022 [09:46]
Nurlan QƏLƏNDƏRLİ
Şərqi Avropada müharibənin 38-ci günüdür. Bəzi ekspertlər tərəfindən III Dünya müharibəsi adlandırılan, bir qisim siyasi şərhçinin isə “yeni dünya nizamına keçidin başlanğıcı” kimi səciyyələndirdiyi Rusiya-Ukrayna savaşı davam edir. Tərəflər hər gün öz uğurlarını və qarşı tərəfin itkilərini əks etdirən məlumatlar yayırlar. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 1 aprel 2022-ci il tarixli məlumatına əsasən, son sutkada 28 yaşayış məntəqəsi işğaldan azad edilib. Vurğulanıb ki, indiyə qədər Rusiyanın 17700 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 612 ədəd tankı, 1751 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1220 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 86 ədəd dronu, 24 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Rusiya ilə Ukraynanın hərbi gücünün müqayisəsi...
Ekspertlərin diqqət yetirdikləri məqam Rusiya ordusunun hər gün niyə bu qədər itki verməsi və ciddi uğur qazana bilməməsidir. Axı hərbi-strateji tədqiqat mərkəzlərinin hesabatlarından göründüyü kimi, Rusiya ilə Ukrayna orduları arasında potensial və güc (texnoloji üstünlük, maliyyə imkanları, logistika qabiliyyəti, canlı qüvvə və s.) baxımından kifayət qədər fərq var.
“Global Fire Power” hərbi portalı 2022-ci ilin ən güclü ordularının reytinqində Rusiyanı 2-ci, Ukraynanı isə 22-ci sırada göstərib. Mənbənin sonuncu məlumatına əsasən, Rusiyada 46 681 219, Ukraynada isə 15 681 219 nəfər hərbi xidmətə yararlı şəxs var.
Rusiya ordusunun aktiv hərbi personalının sayının 900 mindən çox, Ukrayna ordusunda isə bu sayın 200 mindən artıq olduğu vurğulanır. ABŞ-ın “Mega 3D Studios” qrupunun tədqiqatına əsasən, Rusiya Ukraynadan döyüş təyyarələrinin sayına görə 11, hücum təyyarələrinin sayına görə 25, hücum helikopterlərinin sayına görə 16, tankların sayına görə 5, zirehli maşınların sayına görə 2.5, özü yeriyən artilleriyanın sayına görə isə 6 dəfə güclüdür. Belə olan halda, sual meydana çıxır: 2-ci ordu 22-ci ordunu niyə məğlub edə bilmir?
“Xüsusi hərbi əməliyyat”, yoxsa müharibə?
Digər məqam: Rusiya KİV-i, bu ölkənin hərbi-siyasi dairələri hadisələri “xüsusi hərbi əməliyyat” adlandırırlar. Daha bir sual: “xüsusi hərbi əməliyyat” 38 gün davam edərmi? Bu, bir missiyadırsa, maksimum bir neçə günlük planlaşdırılmalı, həmin müddətdə bitməlidir. Məgər ordusunun gücünə görə dünyada 2-ci sırada olan Rusiya bu strateji planlaşdırmanı edə bilmir, yoxsa ictimaiyyətə bəyan olunanla meydanda icra edilən başqadır? Digər tərəfdən, müharibə necə olur, tərəflərin bir-birinin canlı qüvvəsini, texnikalarını məhv etmək cəhdləri, aktiv hərbi əməliyyat şəraiti müharibə deyil? Yoxsa Rusiyanın hücumu “xüsusi hərbi əməliyyat” çərçivəsindən çıxaraq müharibəyə çevrilib?
Necə adlandırılmasından və məqsədin, hədəfin nə olmasından asılı olmayaraq, iki məqam aşkardır:
- Rusiya hərbi-siyasi rəhbərliyi “məqsədimizə çatana qədər davam edəcəyik” deyir. Görünən odur ki, müddət bəlli deyil və ya əvvəlcədən müəyyənləşdirilməyib. “Xüsusi hərbi əməliyyat” olsaydı, müddət də daxil olmaqla bütün strateji detallar dəqiqləşdirilərdi. Bu, sadəcə, tipik - klassik müharibədir. Müddəti məlum olmasa da, mahiyyəti bəllidir;
- Bəlli olan daha bir məsələ budur ki, müasir dövrdə texnika və canlı qüvvə sayı müharibənin nəticəsini müəyyən etmir. Elə olsaydı, 2-ci ordu 22-ci ordunu 2 günə darmadağın - məhv edərdi.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

