Heydər Əliyev sosial inkişaf strategiyasının müəllifidir
05.05.2026 [17:06]
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev sosial inkişaf strategiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkil etdiyi tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, akademik Misir Mərdanov və b. iştirak ediblər. Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirin iştirakçıları görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan, Mərkəzin benefisiarlarının Ulu Öndərə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Anar Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər vətəndaş rifahının təminatını dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən edib. 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Həmin dövrdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, möhtəşəm tarixi Zəfər qazanıb. Sosial sahədə də mühüm addımlar atılır və dövlətimizin başçısının tapşırıqları ilə son 7 ildə 5 böyük sosial islahat paketi icra olunaraq sosial ödənişlərdə ciddi artımlar edilib.
Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti də xalqa, dövlətə xidmət məramına söykənir və Prezident cənab İlham Əliyevin Sədri olduğu Partiya ölkəmizin dinamik və hərtərəfli inkişafı proseslərində böyük xidmətlər göstərir.
Tahir Budaqov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə dərin sosial-iqtisadi böhranın aradan qaldırılmasına nail olub, iqtisadi sabitliyi təmin etməklə yanaşı, sosial sahədə əsaslı islahatların təməlini qoyub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib. Ümummilli Lider Heydər Əliyev rəhbərliyi dövründə ölkəmizdə sosial siyasətin institusional əsasları yaradılıb, cəmiyyətin bütün təbəqələri dövlət qayğısı ilə əhatə olunub. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri sosialyönümlü siyasətin əsasını təşkil edir.
YAP-ın proqramında da sosialyönümlü siyasətin əsas istiqamətlərdən biri olduğunu qeyd edən Tahir Budaqov Partiyanın Ulu Öndərin ideyalarına sadiq qalaraq sosial ədalət, vətəndaş rifahı, güclü dövlət prinsiplərinin həyata keçirilməsində fəal iştirak etdiyini bildirib.
Musa Quliyev müstəqil Azərbaycan dövlətinin sosial inkişaf strategiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyevin əhalinin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, Ulu Öndərin tapşırıqları əsasında ölkənin sosial qanunvericilik bazasının yaradılması üçün aparılan işlərdən bəhs edib. Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin sosial sahənin, milli təhsil sisteminin inkişafı naminə göstərmiş olduğu xidmətləri diqqətə çatdırıb.
Daha sonra Nazirliyin 64 əməkdaşına YAP-ın üzvlük vəsiqələri təqdim edilib. Nazirlik sistemi üzrə YAP üzvləri olan əməkdaşların sayının 5500-ə yaxın olduğu qeyd olunub. Partiyaya yeni üzv qəbul edilən əməkdaşlar göstərilən yüksək inam və etimada görə minnətdarlıqlarını ifadə ediblər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifalarından ibarət inklüziv konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22

