Vaxt itkisi daha böyük itkilərə səbəb ola bilər!
07.04.2022 [09:52]
ABŞ Dövlət Katibinin İlham Əliyevə telefon zəngi hansı məsələlərə aydınlıq gətirir?
Blinkenin mesajı dəqiq və birmənalıdır - eskalasiyaya görə məsuliyyəti İrəvan daşıyır
Nurlan QƏLƏNDƏRLİ
Aprelin 5-də ABŞ Dövlət Katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi zamanı mühüm məsələlər müzakirə olunub. Söhbət zamanı Antoni Blinken Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçirilən görüşə ABŞ-ın önəm verdiyini bildirib. Prezident İlham Əliyev isə regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib. Dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.
Reallıq budur ki, İlham Əliyevə zəng edirlər - Avrasiyanın bugünkü və gələcək geosiyasi taleyi ilə bağlı fikir mübadiləsi aparırlar, qalib dövlətin Müzəffər Ali Baş Komandanının - lider dövlətin Liderinin rəyinə önəm, mövqeyinə üstünlük verirlər. Azərbaycan Prezidenti isə sözünün imzası qədər dəyərli və keçərli olduğunu sübut edir.
Belə təmaslar zamanı diqqət mərkəzində saxlanılan əsas mövzu regionda sülh və təhlükəsizliyin təmin olunması məsələsidir. Həm Şərqi Avropada baş verən müharibə - Rusiya-Ukrayna qarşıdurması, həm də Cənubi Qafqazda postmüharibə dövrünün strateji prioritetləri fonunda diplomatik trafik müşahidə olunur. Belə bir şəraitdə Azərbaycanla təmaslar və Bakının fəal rolu xüsusi olaraq nəzərə çarpır. Müxtəlif ölkələrin rəhbərlərinin, ayrı-ayrı nümayəndələrinin mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi olan Prezident İlham Əliyev ilə bu məsələlər ətrafında müzakirələr aparması Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir. Diqqət çəkən daha bir məqam budur ki, Şərqi Avropada III Dünya müharibəsi və “yeni dünya düzəninə keçid” kimi dəyərləndirilən, əslində isə, faktiki olaraq I Avropa müharibəsi olan Rusiya-Ukrayna savaşının davam etdiyi vaxtda və şəraitdə geosiyasi diqqət yenə də Cənubi Qafqazın diplomatiya paytaxtı olan Bakıya yönəlib. Çünki Bakı hazırda Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Başqa sözlə, Avrasiyada diplomatiyanın yenidən qurulmasında açar rolunu oynayan geosiyasi koordinatlardan biri Azərbaycandır.
Təbii ki, Bakı ilə təmaslar fonunda əsas məsələ Cənubi Qafqazda sülh quruculuğu - etibarlı və dayanıqlı təhlükəsizlik mühiti, çoxtərəfli əməkdaşlıq şəraiti yaradılmasıdır. Çünki regionda geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. O da nəzərə alınır ki, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan bölgədə yeni nizam yaradır.
Blinkenin telefon zəngi zamanı müzakirə olunan məsələlərdən göründüyü kimi, hazırkı dönəmdə ən aktual mövzulardan biri Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsidir. Azərbaycan bu məsələdə qətiyyətli və birmənalı mövqe nümayiş etdirir. Bakının şərtləri aydındır: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Eyni zamanda, bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Və Azərbaycanın iradəsi həlledicidir. Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Yeni əməkdaşlıq mühiti həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün strateji şans - tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir. Blinkenin telefon zəngi də bu reallığı ifadə edən mühüm faktlardandır.
ABŞ Dövlət Katibinin Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə telefon zəngi zamanı toxunduğu məsələlər həm də onu göstərir ki, situasiya Bakının lehinədir, inam Azərbaycanadır. İrəvan isə geosiyasi axına qarşı üzməyin faydasız olduğunu və zamanın onun əleyhinə işlədiyini ən qısa zamanda dərk etməli, qəti addımlar atmalıdır. Söhbət Blinkenin telefon danışıqları zamanı regionda eskalasiya məsələsi ilə bağlı mesajlarını Azərbaycan Prezidentinə deyil, Ermənistanın baş nazirinə çatdırmasından gedir. Erməni mətbuatı yazır - bu, o deməkdir ki, vəziyyətin gərginləşməsinə görə Azərbaycan yox, Ermənistan siyasi məsuliyyət daşıyır. Bəli, İrəvan məsuliyyətini dərk etməli və öhdəliklərini yerinə yetirməlidir. Özü də vaxt itirmədən. Çünki vaxt itkisi daha böyük itkilərə səbəb ola bilər!
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

