Avropada alovlanan nasizm təhlükəsi
04.07.2023 [10:34]
Fransa polisinin Əlcəzair əsilli vətəndaşı öldürməsi bu ölkədə nasizmin yüksələn templə irəlilədiyi faktını tam aydınlığı ilə ortaya çıxarmış oldu. Fransada irqçi, şovinist əhvali-ruhiyyənin güclənməsi fonunda Avropada sağ təmayüllü siyasi partiyaların nüfuzu getdikcə artmaqdadır.
Sağlar liderdir
Qərbi Avropada radikal sağ partiyalara seçicilərin etimadı getdikcə yüksəlir. İctimai rəy sorğularında səs çoxluğu ilə fərqlənən sağçılar artıq seçkilərdə uğur qazanır, koalisiya hökumətlərində yüksək postları tuturlar. Analitiklərin fikrincə, əhalinin sağ təmayüllü qüvvələrə rəğbəti son illərdə Şərq ölkələrindən gələn bəzi mühacirlərin xoşagəlməz davranışı, “Covid-19” pandemiyasının ağır nəticələri və Ukrayna müharibəsi sayəsində yaranmış sosial-iqtisadi böhran səbəbindən artmaqdadır. Bu tendensiya, əslində, avropalıların öz hökumətlərinə inamsızlığının göstəricisidir.
Avropada demokratik təsisatların zəifləməsi nasizmi qidalandırmaqda, millətçilərin nüfuzunu yüksəltməkdədir. Bəzi ölkələrdə isə sağçı liderlər artıq hakimiyyətdədirlər. Məsələn, İkinci Dünya müharibəsindən sonra Corca Meloni İtaliyada ilk radikal sağçı baş nazir hesab olunur. Onun “İtalyan Qardaşlar” partiyası ötən ilin sentyabrında keçirilmiş seçkilərdə təxminən 26% səs qazanmışdı. Meloni Silvio Berluskoninin “Forza İtalia”sı və Matteo Salvininin antimiqrant “Liqa”sı ilə birgə koalisiya qurmuşdu. Hazırda baş nazirin siyasi kursu Avropada müsbət və uğurlu xarici siyasət strategiyası kimi qiymətləndirilir. Sözsüz ki, burada İtaliyanın Ukraynaya verdiyi dəstək, Avropa Birliyi ilə sıx əlaqələri və yaxşı münasibətləri xüsusi rol oynayır.
Hazırkı dönəmdə bir çox Avropa ölkəsində ifrat sağçı partiyalar parlamentdə və regional postlarda daha çox yer tutmaqdadır. Məsələn, Almaniyada radikal ekstremistlər klubu kimi tanınan AFD partiyası ölkənin hazırkı kansleri Olaf Şolzun Sosial Demokrat Partiyasından xeyli irəlidədir və regional seçkilərdə mühüm qələbə qazanıb. Əlbəttə, bu fakt ölkənin nasist keçmişini xatırladan narahatedici məqamlardandır.
Finlandiyada da sağçılar cəmiyyətin favoritinə çevrilməyi bacarıblar. Dörd illik solçu, beş partiyalı koalisiya hökumətindən sonra seçicilər sosial demokrat Sanna Marinlə (Finlandiyanın keçmiş baş naziri) vidalaşaraq, Finlandiya tarixinin ən radikal sağçı hökumətinə səs verdilər. Hazırkı baş nazir Petteri Orpo mühafizəkar Milli Koalisiya Partiyasına rəhbərlik edir. Yeni hökumət işə başlayan kimi o, millətçilik ittihamı ilə üzləşib; iqtisadiyyat naziri Vilhelm Ünnila nasizmə rəğbət ifadə edən açıqlamalarına görə qalmaqal yaradıb və cəmi 10 gün vəzifədə qaldıqdan sonra istefa verməyə məcbur olub.
Qitənin bəzi ölkələrində isə mühafizəkar sağ mərkəzçi partiyalar əvvəllər toxunulmaz marginallar hesab edilən sağçı radikallarla müttəfiqləşmək yolunda irəliləyirlər. Məsələn, Yunanıstan kimi. Bu ölkədə sağ mərkəzçi siyasətçi Kiriakos Misotakis seçkilərdə qalib gəlib. İlkin demokratiya qədim Yunanıstanda meydana gəlsə də, əfsus ki, müasir dövrdə bu ölkədə də nasist meyillər artmaqdadır - ölkənin yeni parlamentində üç ultrasağçı partiya təmsil olunur. “Spartalılar”, rusiyayönümlü “Yunan həlli” partiyası və ifrat sağçı “Nike” (Qələbə) partiyası birlikdə 300 mandatdan 34-nü qazanıb, yəni, səslərin 12 faizindən çoxunu yığıb.
Hazırkı dönəmdə İspaniya və Slovakiya da seçkilərə hazırlaşır. Müşahidələrə görə, hər iki ölkədə sağçıların xüsusi fəallığı nəzərə çarpmaqdadır.
Demokratiya və sosializmdən yorulan Avropa
Analitiklərin fikrincə, sağ millətçilik tendensiyasının artması istər-istəməz Avropanı dəyişəcək. Bu istiqamət qlobal iqlim dəyişikliyindən tutmuş ailə məsələlərinə, miqrasiya probleminə qədər hər şeyə təsir edəcək. O da nəzərə alınmalıdır ki, gələn il Avropa İttifaqı yeni Avropa Parlamentini seçəcək, beləliklə də Avropa Parlamentində sağçı qüvvələr həlledici mövqeyə sahiblənə biləcəklər.
Yuxarıda qeyd etdiyimiz kimi, daha bir maraqlı tendensiya odur ki, Avropa ölkələrində ənənəvi mühafizəkar partiyalar ultra-radikal sağlarla əməkdaşlıq etməyə çalışır. Məsələn, İsveçdə mühafizəkarlar “İsveç demokratları” adlı sağçı koalisiyadan güclü dəstək alırlar. Oxşar vəziyyət Finlandiyada da müşahidə olunur. Burada sağtəmayüllü “Finlər” partiyası da hökumət koalisiyasında yer almaq şansını qazanıb. Bu aralar Avropada daha bir neçə ölkə seçkilərə hazırlaşır. Qərb analitiklərinin fikrinə görə, artıq qitədə hakimiyyətlərin sağçı qüvvələrə ötürülməsi prosesi başlanıb.
Dediyimiz kimi, İspaniya da gələn ayda keçirilməsi nəzərdə tutulmuş seçkilərə hazırlaşır. Ölkənin əsas sağ mərkəzçi təşkilatı olan Xalq Partiyası ötən ay keçirilən regional seçkilərdə baş nazir Pedro Sançesin Sosialist Partiyasına qalib gəlib. Onlar seçkilərin növbəti mərhələsində tam şəkildə hakimiyyətə gələcəklərinə əmindirlər. Siyasi şərhçilərə görə, sağçıların ictimai rəydə üstünlü? qazanması Avropada solçuları və demokratları əməlli-başlı sıxışdıracaq.
Polşada sağçı qüvvələrin əsas təşkilatı - Qanun və Ədalət Partiyası, seçkidən öncə keçirilən rəy sorğularına görə, artıq liderliyi ələ alıb. Slovakiya isə sentyabra planlaşdırılan erkən seçkilərdə millətçi-populist lider Robert Fikonun qayıdışına hazırlaşır. Av?triyada da sağçılar fəallaşıblar, digər Avropa ölkələrində olduğu kimi, onların da ciddi ictimai dəstəyi var.
Beləliklə, Avropada demokratların və solçuların mövqeyi getdikcə zəifləməyə, mühafizəkar sağçıların rolu isə yüksəlməyə doğru gedir. Bu sıraya ABŞ prezidentliyinə ən şanslı namizəd sayılan qatı mühafizəkar Ron Desantisin qalib gəlmə ehtimalını da artırsaq, Qərb dünyasının siyasi gələcəyini təsəvvür etmək mümkündür. Lakin sağçıların hakim qüvvəyə çevrilməsi heç də Avropanın sabitlik qazanacağına inam ifadə etmir. Sözsüz ki, sıxışdırılan digər siyasi qruplar - solçular, demokratlar və siyasi iddiası olan bir çox təşkilatlar yenidən bütün variantlarda mübarizəyə qalxacaqlar.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37

