Türkiyə Prezidentinin ərəb ölkələrinə səfəri...
13.02.2024 [11:00]
Rəcəb Tayyib Ərdoğan BƏƏ və Misir səfəri zamanı önəmli müzakirələr aparacaq
N.BAYRAMLI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Misir Ərəb Respublikasına rəsmi səfər edəcək. Prezident Ərdoğan qarşı tərəfin dəvəti ilə BƏƏ-yə, fevralın 14-də isə Misirə gedəcək. O, fevralın 13-də Dubayda “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusunda keçiriləcək Dünya Hökumətlər Zirvə toplantısına fəxri qonaq və toplantının əsas çıxışçısı qismində qatılacaq. Səfər çərçivəsində Türkiyənin dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan başda olmaqla bir sıra iştirakçı ölkə rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
Prezident Ərdoğanın Qahirəyə səfəri zamanı keçiriləcək görüşlərdə Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması kontekstində atılacaq addımlarla yanaşı, İsrail-Fələstin qarşıdurması da müzakirə olunacaq.
Ümumiyyətlə, Türkiyə dünyanın güclü dövləti olaraq regiondakı problemlərin həllində mühüm rol oynayır. Eyni zamanda, Türkiyə ərəb ölkələri ilə sıx münasibətlərə sahibdir. Rəsmi Ankara Yaxın Şərq regionundakı münaqişələrin həllində də öz sözünü deyir. Xüsusilə, ötən ilin sonlarından Qəzzada baş verən qanlı qarşıdurmaların həllində də Türkiyənin təşəbbüsləri göz önündədir. Türkiyənin mövqeyi ondan ibarətdir ki, Yaxın Şərqdə dərhal atəşkəs elan olunmalı, dinc günahsız insanların ölümünə son qoyulmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “davam edən bu qarşıdurmanın qarşısının alınması bizim əsas vəzifəmizdir. Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir”.
O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə, məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını bildirib. Türkiyə Prezidenti indiyədək ölkəsindən Fələstinə humanitar yardımlar göndərildiyini, Misirin Rəfah keçid məntəqəsi açıq olduğu təqdirdə, bu yardımların davam edəcəyini deyib. Bundan başqa, Türkiyənin Ukrayna-Rusiya müharibəsinin həlli üçün göstərdiyi təşəbbüslər də dünya ictmaiyyəti tərəfindən təqdir olunur.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin ərəb ölkələri ilə münasibəti yüksək pilləyə çatıb: “Məhz, Prezident Ərdoğanın hakimiyyəti dövründə Türkiyə ərəb dünyası ilə münasibətlərində özünün geopolitik maraqlarının nəzərə alınmasına nail olub. Bu gün ərəb ölkələri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin regional gücdən, qlobal gücə çevrildiyinin fərqindədir. Ona görə də, həmin ölkələr bütün proseslərdə mütləq şəkildə Türkiyə faktorunu nəzərə almaq məcburiyyətindədirlər”.
Politoloq Rəcəb Tayyib Ərdoğanın ərəb ölkələrinə səfərinin böyük əhəmiyyət daşıdığını da vurğulayıb: “Çünki Türkiyə bu gün həm Misir, həm də BƏƏ ilə əlaqələri inkişaf etdirməyə doğru gedir. Hətta xarici mediada Suriya rəhbərliyinin də Türkiyə ilə danışıqlar aparmaq və bu dövlət ilə əlaqələri yaxşılaşdırmaq istəyi ilə bağlı məlumatlar da yayılıb. Hesab edirəm ki, bütün bu hadisələr fonunda Rəcəb Tayyib Ərdoğanın ərəb ölkələrinə səfəri həm tarixi, həm də çağdaş geopolitik situasiya baxımından mühüm əhəmiyyətə malikdir”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02

