Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / COP26-nın Prezidenti Bakıdakı logistikanı yüksək qiymətləndirib

COP26-nın Prezidenti Bakıdakı logistikanı yüksək qiymətləndirib

13.11.2024 [12:59]

COP26-nın Prezidenti Alok Şarma BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barəsində özünün X sosial şəbəkə hesabında paylaşım edib.

AZƏRTAC xəbər verir ki, o, paylaşımında COP29 iştirakçılarına göstərilən səmimi qəbul və yaşıl logistikaya görə təşəkkür edib. Alok Şarma COP29-da yeni və ambisiyalı bir iqlim maliyyə hədəfinin müəyyən edilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu hədəfin icrası mümkün və inkişaf etməkdə olan ölkələr üçün etibarlı olmalıdır. Alok Şarma əvvəlki 100 milyard dollarlıq maliyyə öhdəliyinin gecikməsinin inkişaf etməkdə olan ölkələrin etimadını sarsıtdığını qeyd edərək, COP29-da müəyyən ediləcək maliyyə məqsədinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30