Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

01.02.2025 [18:54]

Kiyev Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov feysbuk sosial hesabında bildirib.

“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16 proqramıdır. Qırıcıların növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk”, - deyə nazir vurğulayıb.

R.Umerov qeyd edib ki, Niderland 2025-ci ildə Ukraynaya yardım proqramını əhəmiyyətli dərəcədə artırıb.

Qırıcıların tədarük sayı və vaxtı açıqlanmayıb. Ümumilikdə Niderland Ukraynaya 24 ədəd F-16 qırıcısı tədarük edəcəyinə söz verib.

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Elm

Gözəl ömür

09 Mart 11:48

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31