Sumqayıt şəhərində 595 kilometrlik magistral və paylayıcı su xətlərinin inşası nəzərdə tutulub
13.02.2025 [19:35]
“Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Planı”na əsasən Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq 595 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin, 460 kilometr uzunluğunda kanalizasiya kollektor və xətlərinin inşası nəzərdə tutulub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib. Ekoloji mühitin yaxşılaşdırılması məqsədilə icra olunan bu layihə sutkada 40 min kubmetr tullantı suyunun Sumqayıt tullantı sutəmizləyici qurğusuna ötürülməsini təmin edib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Sumqayıt şəhərində kanalizasiya və yağış sularının idarə olunması istiqamətində irihəcmli layihə həyata keçirilir. Məqsəd dayanıqlı, keyfiyyətli və fasiləsiz su ilə əhalini təmin etmək vətəndaşların məmnunluğuna yüksək səviyyədə nail olmaq.
Sumqayıt şəhərində əhalinin kanalizasiya və yağış sularının idarə olunması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən yenidənqurma işlərinə başlanılıb. İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması həyata keçirilir. Həmçinin “Yaşıldərə” yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı sularının idarə olunması istiqamətində ilkin olaraq şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir. Layihəyə uyğun olaraq İnşaatçılar, Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov, Bakı küçələrində və Koroğlu prospektində təmir, yenidənqurma işləri intensiv olaraq davam etdirilir. Layihədə diametri 600, 1000, 1200, 1400 və 1600 millimetrlik dəmir-beton və eyni zamanda, diametri 300, 400, 500 millimetrlik “Koruge” borulardan istifadə edilir.
Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quliyev diqqətə çatdırıb ki, hazırda 622 metr uzunluğunda diametri 300 və 400 millimetr “Koruge” borularla xətlərin inşası başa çatıb, 19 ədəd quyu quraşdırılıb və eyni zamanda, Pərviz Hüseynov küçəsində diametr 1600 millimetrlik dəmir-beton boruların tikinti-quraşdırma işlərinə başlanılıb.
Məlumdur ki, əhali sayının artması ilə əlaqədar tullantı suların həcmi də artır. Bu səbəbdən sutkalıq məhsuldarlığı 100 min kubmetr olan Tullantı Sutəmizləyici Qurğular Kompleksində də əsaslı təmir və yenidənqurma işlərinə start verilib. İşlər çərçivəsində 3 ədəd mövcud aerotenk durulducunun dəmir-beton hissələrində əlavə gücləndirmə işləri aparılır. Aerotenk durulducunun içərisində dayaqların yenilənməsi, su novlarının, diffuzor boruların dəyişdirilməsi nəzərdə tutulub. Qurğulara giriş-çıxış xətləri yenilənib.
Bundan başqa, yeni nasosların alınıb quraşdırılması da nəzərdə tutulub. Əsaslı təmir işləri yekunlaşdıqdan sonra tullantı suları ən müasir texnologiyaya uyğun təmizlənərək Xəzər dənizinə ötürüləcək.
Qeyd edək ki, Sutəmizləyici Qurğular Kompleksi 2009-cu ilin noyabr ayında istifadəyə verilib. Qurğunun məhsuldarlığı sutkalıq 100 min kubmetr təşkil edir. Təmizləyici Qurğular Kompleksi məişət tullantı sularının və onlara tərkibcə yaxın olan sənaye tullantı sularının su hövzələrinə axıdılmadan öncə normativə uyğun mexaniki, bioloji və təkrar təmizlənməsi, eləcə də tərkibində olan patogen bakteriyalardan zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Təmizləyici Qurğular Kompleksi Sumqayıt şəhəri ilə yanaşı ətraf yaşayış məntəqələrində - Novxanı və Saray qəsəbələrində toplanan tullantı sularını təmizləmək üçün inşa olunub. Şəhərin Sukanal İdarəsinin əməkdaşları fasiləsiz iş rejimində fəaliyyət göstərir. Vətəndaşlar müraciətlərini quruma həm fərdi şəkildə, həm də elektron formada ünvanlaya bilirlər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

