Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Milli QHT Forumu USAID-lə əlaqədar ABŞ Prezidentinə və DOGE rəhbərinə müraciət ünvanlayıb

Azərbaycan Milli QHT Forumu USAID-lə əlaqədar ABŞ Prezidentinə və DOGE rəhbərinə müraciət ünvanlayıb

13.02.2025 [18:51]

Azərbaycan Milli QHT Forumu fevralın 13-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa və ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri cənab İlon Maska müraciət ünvanlayıb. AZƏRTAC xəbər verir ki, müraciəti Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli səsləndirib. Müraciətdə deyilir: “Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu olaraq USAID-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirdiyiniz qətiyyətə, güclü iradəyə görə sizlərə dərin təşəkkürümüzü bildiririk.

Təəssüflər olsun ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub.

İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-ın müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.

Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz.

600-dən çox üzv QHT-yə malik təşkilat kimi Azərbaycan ictimaiyyətinin belə bir araşdırmanın nəticələrini, qrant dəllal və dələduzlarının deşifrəsini səbirsizliklə gözlədiyini ifadə edirik”.

Paylaş:
Baxılıb: 347 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30