Orta Dəhlizdə Ortaq hədəflər
05.03.2025 [09:33]
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının iclasında yeni fəaliyyət planı müəyyənləşib
Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) işçi qrupunun iclasında Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün mövcud infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idaretmənin qurulması və digər məsələlər müzakirə olunub. 10 ölkənin dəmir yolu administrasiyası və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi tədbirdə bildirilib ki, Orta Dəhliz son illərdə qlobal əhəmiyyətli yükdaşımalarda dayanmadan əhəmiyyətini artırır. Regionda dəyişən geosiyasi fraqmentasiyalar bu marşruta olan tələbi daha da artırır ki, nəticədə sürətli yük axınının təmin edilməsi üçün əməliyyatların səmərəliliyinin yüksəldilməsi, rəqəmsal alətlərin tətbiqi vacib məsələ kimi ön plana çıxıb. Bu məqsədlə Assosiasiya üzvləri 2025-ci il və qarşıdakı illərə dair yeni strateji hədəfləri müəyyənləşdirmək qərarına gəlib.
İşçi qrupu ilə yanaşı, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı da keçirilib ki, tədbirdə yuxarıda qeyd edilən hədəflər ətrafında müzakirələr aparılıb. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri marşrutun potensialından səmərəli istifadə, daha çox yük axınının cəlb olunmasının zəruriliyi, gömrük tarifləri və digər texniki məsələlər haqqında təkliflər irəli sürüblər. Qeyd edək ki, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır.
Azərbaycan Orta Dəhlizdəki infrastrukturlarını modernləşdirib
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının gündəliyində yer alan əsas prioritetlərdən biri Orta Dəhlizlə daşınan yüklərin həcmini artırmaq üçün infrastrukturu daha da inkişaf etdirməkdir. Bu plana uyğun olaraq, dəhlizin bir çox coğrafiyalarında əsaslı yenidənqurma işləri aparılıb, Mərkəzi Asiya bölgəsində dəmir yolu və liman infrastrukturları müasirləşdirilib, digər nəqliyyat xətləri ilə birləşdirilib. Qazaxıstan “Trans-Xəzər”də zəruri nəqliyyat infrastrukturlarını yeniləşdirib. Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb. Kurik limanı Azərbaycanın Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirilib. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına,oradan isə Gürcüstan,Türkiyə və Avropa ölkələrinə göndərilməkdədir.
Orta Dəhliz ailəsinin digər üzvü Özbəkistan da öz nəliyyat infrastrukturlarını yeniləyərək şaxələndirmədə fəal rol alır. Bir müddət əvvəl Özbəkistan-Qırğızıstan-Çin yeni dəmir yolunun inşası razılaşdırılıb və bu layihənin icrası “Avrasiya Marşrutu”nun rolunun artırılmasına hesablanıb. Eləcə də “Tacikistan Dəmir Yolları” nəqliyyatın səmərəli işləməsi üçün infrastrukturu inkişaf etdirmək, təkmilləşdirmək, optimal nəqliyyat marşrutları, kommunikasiyalar qurmaq yönündə tədbirlər həyata keçirməkdədir. Türkiyə Dövlət Dəmir Yolları da Orta Dəhlizdə yükdaşımaları artırmaq üçün öz səylərini gücləndirməkdədir.
Layihənin yaradıcılarından biri olan Azərbaycan Orta Dəhlizə inteqrasiya istiqamətində fasiləsiz infrastrukturları yeniləyib, Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilib, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücü artırılıb, qonşu ölkələrlə nəqliyyat bağlantılarının çevikliyi təmin olunub.
2025-ci il üçün sərfəli tarif dərəcələri müəyyənləşir
Orta Dəhliz ailəsinin 2025-ci ildə planlaşdırdığı hədəflərdən biri də tarif dərəcələrinə düzəlişlərdir. Tərəflər hazırda nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqini nəzərdən keçirir. Həmin mexanizmlər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarında əməliyyatlar və gömrük prosedurlarının asanlaşdırılmasını, sərfəli tariflərin tətbiqini nəzərdə tutur. Ötən ilin sonlarında Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə edilməsi, tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Türk Dövlətləri Təşkilatının rəhbərliyi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının nümayəndələri bir araya gələrək güzəştli tarif dəhlizinin yaradılmasına razılqılarını bəyan ediblər.
Azərbaycan həmin razılaşmadan irəli gələn tələblərə qısa bir müddətdə əməl edərək Transxəzər Gömrük Tranzit Portalını istifadəyə verib. Digər ölkələr də eyni elektron resursların yaradılmasını yaxın vaxtlarda başa çatdırmağı planlaşdırır. Nəticədə bu elektron arxitektura tarif dərəcələrinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayacaq.
Vahid rəqəmsal idarəetmənin yaradılması
Assosiasiya üzvlərinin digər hədəflərindən biri Orta Dəhlizdə rəqəmsal platformanın qurulması və bütün əməliyyatların vahid rəqəmsal pəncərədən idarə olunmasıdır. Tərəfdaş ölkələr hesab edir ki, rəqəmsal texnologiyaların tətbiqi yolu ilə daşınmalarda şəffaflıq və səmərəlilik yaxşılaşacaq, malların daşınma və çatdırılma nöqtələridəki intensivlik artacaq, nəqliyyat-tranzit xərcləri azalacaq. Bu prinsipə əsasən, rəqəmsallaşma haqqında saziş layihəsinin hazırlanması və rəqəmsal landşaftın tezliklə formalaşmasının təmin edilməsi nəzərdə tutulur.
Orta Dəhliz assosiasiyasının prioritetlərindən biri də Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili və fider gəmilərin yüklənməsinin təmin edilməsidir. Bu layihə də faktiki olaraq rəqəmsal idaretmə modelinin tərkib hissəsidir və dəniz nəqliyyatında bütün proseslərin sürətli internet bağlantısı ilə həyata keçirilməsinə xidmət edir. Bakı iclasında həmin həllərə nail olmaq üçün saziş layihəsi razılaşdırlıb.
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” tərəfdaşlarının “Middle Corridor via the Caspian Sea” (Xəzər dənizi vasitəsilə Orta Dəhlizə) mövzusunda keçirilən forumunda isə transmilli şirkətlərin təmsilçiləri, iş adamları, logistika, tranzit, nəqliyyat və daşımaçılıq sahələrində fəaliyyət göstərən qurumların rəhbərləri Orta Dəhlizdə perspektiv planları nəzərdən keçiriblər. Ümumilikdə, bu tədbirlərin yekun məqsədi Orta Dəhlizin müasir nəqliyyat coğrasiyasında mövqeyini daha da gücləndirməyə xidmət edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

