“907-ci düzəliş” bəhanəsi...
04.04.2025 [09:08]
Ermənipərəst konqresmenlər yenidən “iş başında”...
Xəbər verildiyi kimi, ABŞ Nümayəndələr Palatasının 60 üzvü dövlət katibi Marko Rubioya çağırış edib. Ermənipərəst Frenk Pallone və Maykl Lavlerin də daxil olduğu qrup Azərbaycana qarşı tətbiq edilən “907-ci düzəliş”in daha da sərtləşdirilməsini tələb edib. Konqresmenlər ənənəvi erməni yalanlarını yenidən təkrarlayaraq ölkəmizə qarşı qondarma “ittihamlar” da səsləndiriblər. Onlar hər zaman olduğu kimi erməni kartı üzərindən ölkəmizə qarşı hansısa mənfi addımların atılmasına nail olmağı hədəfləyiblər.
Konqresmenlər kimə nəyi yada salır?
Məsələyə bir neçə aspektdən baxış sərgiləmək mümkündür. Birincisi, Donald Trampın hakimiyyətə gəlişi ənənəvi erməni lobbisinin işini çətinə salıb. O baxımdan ki, Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası məsələlərə baxışda fərqli davranış ortaya qoyur. Məsələn, Bayden administrasiyası ABŞ-ın özünün maraqlarına zidd olan ermənipərəst addımlara “üstünlük” verirdisə, Tramp komandasının son iki ayda apardığı siyasi kurs bunu təkzib edir. Başqa sözlə, yeni hakimiyyət ölkəsinin maraqlarını erməni lobbisinə və onun yalanlarına qurban verəcək kimi görünmür. Adi bir fakt - Baydenin hakimiyyətinin son günlərində imzalanan məlum xartiya haqqında hazırki hakimiyyət hansısa bir müsbət fikir səsləndirməyib. Görünən də budur ki, erməni lobbisinin apardığı siyasət əvvəlkindən fərqli olaraq dalana dirənib. Əslində, ermənipərəst senatorların “907-ci düzəliş”i bəhanə edərək yenidən ortaya düşməsi də hazırki hakimiyyətə “erməni kartı”nı xatırlatmaqdır. Çünki bu gün ABŞ-ın əsas xarici siyasət prioritetləri məlumdur. Bu prioritetlər arasında isə Ermənistan adına rast gəlinmir.
Bu mənada, ermənipərəst konqresmenlərin əsl hədəfi heç də düzəlişlə bağlı yeni “radikal” qərarlara nail olmaq deyil - çünki onlar özləri də dərk edirlər ki, 1992-ci ildə qəbul edilmiş bu düzəliş müasir zamanda elə də böyük əhəmiyyət daşımır. Sadəcə olaraq, konqresmenlərin məqsədi bu kimi “cavabsız çağırışlarla” diqqəti cəlb etməkdir. Amma onlar unutmamalıdırlar ki, hətta bu düzəlişin müəlliflərindən olan Co Baydenin prezidentliyi dövründə irəli sürülən bu kimi təkliflər havada qalmışdı...
“907-ci düzəliş” olsa nə olacaq, olmasa nə olacaq...
Digər bir məsələ isə düzəlişin özü ilə bağlıdır. Məlum olduğu kimi, rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarıldı. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü. Düzəliş erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib. 11 sentyabr 2001-ci il tarixli terror aktından sonra Konqres prezidentə düzəlişi ləğv etmək hüququ verən qanun qəbul etmişdi. Bu, ABŞ-ın Əfqanıstandakı qoşunlarının təchiz edilməsini təmin etmək üçün zəruri idi. Hava yolunun marşrutu Azərbaycan üzərindən keçirdi. Düzəlişin təsiri 2002-ci ildən dayandırılmışdı.
30 ilə yaxın işğaldan əziyyət çəkmiş, təcavüzə uğramış, soyqırımı ilə üzləşmiş, işğal altında saxlanılan 20 faiz ərazisi tamamilə dağıdılmış Azərbaycana qarşı yürüdülən bu siyasət ikili standarta və haqsızlığa söykənir. Uzun illər böyük güclərin tətbiq etdiyi ikili standartdan əziyyət çəkən ökəmiz isə bunun əksinə səbrlə və təmkinlə bütün mənalarda beynəlxalq ədalətin, hüququn yanında yer alıb - böyük güclər isə Ermənistanın bu qədər qanunsuz addımlarına qarşı loyal davranış nümayiş etdiriblər və hansısa haqlı sayılacaq sanksiyaya əl atmayıblar. Beləliklə, Azərbaycana bu dövrdə ABŞ tərəfindən hər hansı bir yardım edilməyib. 30 il ərzində Azərbaycan özünün iqtisadi gücünü artırıb, beynəlxalq arenada mühüm aktorlardan birinə çevrilib, ordu quruculuğunu inkişaf etdirib və ərazi bütövlüyünü, suverenliyini təmin edib. Bu mənada, konqresmenlərin apardığı “təbliğat” yersizdir - çünki Azərbaycan bütün nail olduğu işlərə öz gücü, öz maliyyə vəsaiti hesabına imza atıb və hər hansı bir xarici yardım almayıb. Necə deyərlər, “907-ci düzəliş” ləğv olsa nə olacaq, ləğv olmasa nə olacaq...
Bütün layihələri dövlətimiz maliyyələşdirir...
Bəli, ərazi bütövlüyü və suverenliyini bərpa edərək böyük qələbəyə imza atan Azərbaycan bu gün işğaldan azad olunmuş bölgələrdə yurd-yuvasından məcburi köçkün düşmüş əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunması məqsədilə irimiqyaslı layihələr reallaşdırır. Qarabağ və Şərqi Zəngəzurda sakinlər üçün tikilən evlər, çəkilən yollar, yaradılan infrastrukturlar, bir sözlə gerçəkləşdirilən bütün layihələr dövlət tərəfindən maliyyələşdirilir. Yurd yerlərinə geri dönən soydaşlarımızın layiqli, təhlükəsiz yaşayışını, onların məşğulluğunun təmin edilməsini, rifah halının yaxşılaşdırılmasını, regional iqtisadi inkişaf üçün nəqliyyat imkanlarının gücləndirilməsini daxili siyasətin prioritet istiqaməti kimi müəyyən edən ölkə başçımız şəhərlərin baş planlarının, kəndlərin inkişaf konsepsiyasının hazırlanmasını xüsusi olaraq nəzarətdə saxlayır, bu istiqamətdə mühüm təşəbbüslər irəli sürür. Bütün bunlar isə öz vəsaitimiz hesabına, heç bir ölkədən maliyyə dəstəyi almadan həyata keçirilir. Bu, Azərbaycanın böyüklüyünü, qüdrətini və gücünü bir daha sübuta yetirir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 10:21
Gündəm
01 İyun 10:02
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

