Yersiz müqayisə
11.06.2025 [10:09]
Absurd iddialar səsləndirən Rusiya Prezidentinin köməkçisi V. Medinski ölkəsinin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir
Azərbaycan və Rusiya strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər. Respublikamız qonşu dövlətlə münasibətlərində bir qayda olaraq xoş məramdan çıxış edir. Ancaq təəssüf doğuran haldır ki, bir sıra hallarda Rusiyanın ayrı-ayrı rəsmi şəxslərinin açıqlamalarının məzmunu ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir və ümumiyyətlə, həmin açıqlamalarda reallıq təhrif olunur. Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin bu günlərdə ifadə etdiyi absurd fikirlər də bu qəbildəndir.
Azərbaycan XİN Rusiya Prezidentinin köməkçisinin iddialarına münasibət bildirib. “Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur”. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı iddialarına dair şərhində bildirilir.
Qarabağ əzəli Azərbaycan torpağıdır
Azərbaycanın Vladimir Medinskinin absurd iddialarına kəskin münasibət bildirməsi tam başadüşüləndir. V.Medinski sıravi bir şəxs olsa idi, onun məlum açıqlamasını, bəlkə də, sakit qarşılamaq mümkün olardı. Ancaq axı Medinski böyük bir dövlətin rəsmi təmsilçisidir və öz məsuliyyətini dərk etməlidir. Ayxan Hacızadənin şərhində vurğulandığı kimi, təəccüblü hal odur ki, Rusiya Federasiyasının Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir.
Tarix, zəngin mədəni irs nümunələri, toponimlər, zamanında Rusiyanın özünün tərtib etdiyi xəritələr Qarabağın əzəli Azərbaycan torpağı olduğunu əyani şəkildə təsdiqləyir. Tarixi mənbələrə əsasən, ermənilərin saxtakarlıqla “Stepanakert” adlandırdıqları Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. Bu yerdə V.Medinskiyə Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə il bundan əvvəl Rusiyanın özünün təşkil etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunda etdiyi çıxışında səsləndirdiyi fikirləri də xatırlatmaq istərdik. Dövlətimizin başçısı keçmiş sovet hakimiyyəti illərində Azərbaycan ərazisində artıq tarixdə qalmış Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından bəhs edərək vurğulayııb: “Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb”.
Tarixi faktlar öz yerində. Medinski internetə girməklə hamıya açıq olan məlumatları əldə edə bilər. Digər tərəfdən, Medinskinin təmsil etdiyi Rusiya dövlətinin özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və tanıyır. Digər bir məsələ də sual doğurur. Məlumdur ki, Rusiya uzun illər ərzində keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmış Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi fəaliyyət göstərib. Ayxan Hacızadənin şərhində vurğulandığı kimi, sual doğuran məqam ondan ibarətdir ki, Minsk qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir.
Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə etmək doğru deyil
V.Medinski öz statusuna uyğun olmayan bir tərzdə Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir. Belə paralellər aparmaq doğru deyil.
Azərbaycan heç bir qonşu dövlətə qarşı aqressiv müharibə aparmayıb. Respublikamızın apardığı müharibə ədalətli müharibə olub. Döyüşlər bizim ərazilərimizdə gedib. Məhz Azərbaycan Ordusunun qalibiyyəti sayəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin edilib. Çox doğru olaraq Azərbaycanın Zəfəri həm də beynəlxalq hüququn və tarixi ədalətin bərpası anlamında qəbul edilir. “Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq erməni işğalına son qoyulub. Medinskiyə tövsiyəmiz odur ki, səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməsin”, - deyə Ayxan Hacızadə şərhində vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

