Atlantikdən gələn mesaj: Trampın London səfəri...
20.09.2025 [09:12]
Dünya nizamının yeni rəngləri - yeni atlasda Böyük Britaniya və ABŞ razılaşması
Dünya tarixində növbəti bir ilk yaşanıb - ABŞ Prezidenti Donald Tramp ikinci dəfə Böyük Britaniyaya dövlət səfəri edib. O, tarixdə krallığa ikinci dövlət səfərinə layiq görülən ilk ABŞ lideri olub. Tramp prezidentliyinin birinci dövründə - 2019-cu ildə Birləşmiş Krallığa ilk dövlət səfərini etmişdi. Britaniyanın Baş naziri Kir Starmer fevral ayında kral III Çarlzdan Donlad Trampa bir qeyd verərək onu bu ölkəyə ikinci rəsmi səfərə dəvət etmişdi. Baş nazir bu dəvəti “tarixi” adlandırıb.
İkinci dəfə prezident seçilən ABŞ prezidentləri ənənəvi olaraq Britaniyaya rəsmi dövlət səfəri dəvətnaməsi almırlar. Bunun yerinə, keçmiş prezidentlər Barak Obama və Corc Buş dövründə olduğu kimi, kralla (kraliça) çay süfrəsi və ya nahara dəvət olunurlar...
Səfərin proloqu: müzakirə predmetləri fərqli və rəngarəngdir...
Trampın bu səfəri siyasi gündəmdə böyük səs-küyə səbəb olmaqla yanaşı, siyasi kluarlarda da fərqli təhlillərlə yadda qalıb. İlk olaraq, dəvətin səbəblərinin “gizli” olması və nəticələrinin də qənatəbəxş olub-olmaması mühüm müzakirələrə yol açıb. Buna keçməzdən öncə vurğulayaq ki, səfərin səbəbləri bir çox istiqamətlərdə - siyasi, iqtisadi və ticari nöqteyi-nəzərdən izah edilirdi. Düşünülür ki, qlobal konfrantasiyalar (Mərkəzi Avropa, Qəzza bölgəsi, Suriya, İran, hətta Tayvan və s.), iqtisadi qeyri-sabitlik (Aİ ölkələrinin iqtisadi böhran həddindən də önə çıxması, dövlət borclarının artması, kontingentdə qeyri-sağlam iqtisadi münasibətlərin yaranması, nəhayət belə bir məqamda Britaniyanın yenidən Aİ-yə qayıdışı ilə bağlı müzakirələr), yeni ticari nizam (Şərq kontingentinin iqtisadi cəhətdən inkişafı, yeni yol siyasəti - buraya Zəngəzur dəhlizi də aiddir, Qlobal Cənubun dünyanın ticari aortasına daha aktiv şəkildə qoşulması və s.) kimi günümüzün vacib və müzakirəyə açıq məsələləri dünyanın aparıcı güc mərkəzlərindən sayılan iki dövlət arasında söhbət elementi ola bilərdi...
Səfərin gedişi: əlaqələr əvəzsizdir...
Qərbin bir çox siyasi analitikləri Amerika liderinin səfərdən son dərəcə məmnun qaldığını, ev sahibləri barədə isə bunu tam qətiyyətlə söyləməyin mümkün olmadığını iddia edirlər. Düzdür, indiki çətin vəziyyətdə Böyük Britaniyaya çoxmilyardlı investisiyalar və yüksək texnologiyalı müqavilə vədləri verildi - amma Britaniyanın ABŞ-a ixracına rüsumların azaldılması barədə müzakirə aparılmadı. İddia olunur ki, paralel olaraq Ağ Evi Rusiyaya təzyiqi artırmağa da inandıra bilməyiblər.
Keçirilən görüşlərdə həm Tramp, həm də Starmer ABŞ və Böyük Britaniya arasında xüsusi münasibətdən bəhs ediblər. Britaniyanın Baş naziri qeyd edib ki, münasibətlər bir-birinə hörmət edən liderlər kontekstində irəliləyir. “Dünyada daha təbii tərəfdaşlıq yoxdur... Ölkələrimiz arasındakı əlaqələr əvəzsizdir”, - deyən Tramp hər iki hökumətin bu əlaqələri hər zamankındən daha da yaxınlaşdırmağa xidmət göstərdiyini bildirib.
Səfər zamanı ABŞ-ın İngiltərəyə 150 milyard funt sterlinq sərmayə qoyduğu açıqlanıb. Bundan əlavə, hər iki lider süni intellekt, kvant hesablamaları, nüvə sintezi və nüvə enerjisi sahələrində əməkdaşlığı nəzərdə tutan texnoloji tərəqqi sazişi imzalayıblar. Qeyd edildiyi kimi, Londonun gözləntilərinə baxmayaraq, ABŞ-ın Britaniya mallarına tətbiq etdiyi tariflərin azaldılması ilə bağlı bir kəlmə də deyilmədi.
Səfər brifinqi: gələcəkdə sizə yaxşı xəbərlərimiz olacaq...
Rəsmi London bəyan edib ki, ABŞ və Böyük Britaniya müdafiə və təhlükəsizlik məsələlərində, eləcə də sülhə sadiqlikdə yekdil fikrə malikdirlər. Qəzza zolağı üçün hərtərəfli sülh planı üzərində birgə iş aparılır. Ukraynaya yardım məsələsində də işbirliyi qorunur. Starmerin sözlərinə görə, görüşdə o, Trampla müdafiənin daha da gücləndirilməsi, Ukraynaya dəstək və Rusiyaya təzyiqin artırılmasını müzakirə ediblər.
Lakin Tramp bunu təsdiqləməyib. Ukraynada müharibənin onun ABŞ prezidenti olduğu zamanda hər hansı bir gələcəyə və perspektivə malik olmadığını və yeddi müharibəyə son qoyduğunu təkrarlayan Ağ Ev rəhbəri bu sözlərlə kifayətlənib: “Ümid edirəm ki, gələcəkdə sizə yaxşı xəbərlərimiz olacaq”.
Moskvaya daha çox siyasi təzyiq göstərməyə hazır olduğunu bildirən Tramp “uğrunda mübarizə apardığımız xalqlar Rusiyadan neft alır” deməklə Aİ-yə də “mesaj” ünvanlayıb.
Tramp açıq şəkildə Fələstin dövlətinin tanınması məsələsində Starmerlə fikir ayrılıqları olduğunu bildirib. Qeyd edək ki, London BMT Baş Assambleyasının sentyabrın 23-də keçiriləcək sessiyasından əvvəl Fələstin dövlətini tanımağa söz vermişdi. Amma indi prosesin inkişaf trayektoriyasını müəyyənləşdirmək çətinləşib. Jurnalistlərə açıqlamalarında ABŞ Prezidenti ölkəsinin Əfqanıstandakı Bahram aviabazasını geri almağa çalışdığını deyib. “Bu, bir az sensasiya ola bilər”, - deyən Tramp niyyətini bazanın “Çinin nüvə silahlarını istehsal etdiyi yerdən bir saatlıq məsafədə olduğunu” söyləməklə izah edib.
Kralın çıxışı: incə, lakin aydın notlar...
Səfər çərçivəsində kral III Çarlz Vindzor qəsrindəki şam yeməyindən əvvəl etdiyi çıxışında iki ölkə arasında dərin əlaqələri vurğulayıb və prezident Trampın dünyanın ən mürəkkəb münaqişələrinin bəzilərinin həlli yollarını tapmaq mövzusunda şəxsi öhdəliyini yüksək qiymətləndirib. Siyasi analitiiklər bildirirlər ki, bu, Ukraynaya dəstək verilməsinin zəruriliyinin incə, lakin aydın nümayişi sayılır. Bununla belə, kral Ukrayna mövzusuna açıq kontekstdə toxunmayıb və çıxışını daha neytral məsələlər üzərindən qurub.
Cavab olaraq, Donald Tramp ABŞ və Böyük Britaniya arasındakı xüsusi münasibəti yüksək qiymətləndirərək, bunu “bir akkordda iki not” və ya “bir şeirin iki misrası” adlandırıb. Və Britaniyadan aldığı bu ikinci dəvəti həyatının “ən yüksək mükafatlarından” biri hesab etdiyini deyib. O hətta ABŞ prezidentlərinin Britaniyaya ikinci dəfə səfər etməsi presedentinin onunla da yekunlaşacağına ümid etdiyini deyib.
Səfərin epiloqu: Tramp siyasi nəbzi ölçdü...
Səfər dünyanın yenidən şəkilləndiyi bir vaxta təsadüf edir. Yeni nizamda oyun qaydaları dəyişməsə də ağırlıq mərkəzi dəyişməkdədir. Əgər ötən “Soyuq müharibə”də ABŞ ilə SSRİ dünyanı iki qütbə ayırmışdısa, bu gün Avropa İttifaqı “siyasi qarşıdurmada” üçüncü cəbhə rolunu oynamağa can atır (başqa güclər də prosesdə yer almaq üçün səy göstərir). Siyasi mütəxəssislər bildirirlər ki, Avropa ayrılıqda hansısa gücə və ya hərbi potensiala malik deyil - Ukraynaya iqtisadi yardım Vaşinqtonun ayırdığı tranşlardan qaynaqlanır, hərbi dəstək isə ən yaxşı halda NATO-ya güvən müstəvisindədir. Bununla belə, Avropa ABŞ-ın Rusiyaya qarşı “planlardan” çıxmasını arzulamır. Sülh məsələsində nümayiş etdirdiyi “əzələ” isə quru reklamdan uzağa getmir - çünki ABŞ olmadan Avropa heç bir “əzələyə” malik deyil.
Amerikalı siyasətçilərin fikrincə isə, Trampın bu səfəri “siyasi nəbzin ölçülməsidir”. Hazırkı qlobal vəziyyətdə ABŞ ən yaxın müttəfiqinin Avropaya tərəf meyllənməsini istəmir. Londonun yenidən Aİ-yə qayıdışı perspektivi haqda gəzən “şayiələrin” həqiqətə çevrilməməsi üçün Vaşinqton bir çox güzəştlərə gedəcək:
- İqtisadi reformalar (Londona istiqamətlənən), xüsusilə rüsum məsələsinə yenidən baxış;
- Yaxın və Orta Şərq məsələsində ortaq fikrə gəlinməsi;
- Çinə münasibətdə sırf iqtisadi-ticari xəttin tutulması (siyasi analitiklər Britaniyanın yeni dövrdə Pekinlə yaxın əlaqələr quracağına inanırlar);
- İranın nüvə potensialı məsələsində yeni planlar haqda məsləhətləşmələr - bəlli olduğu kimi, Britaniyanın da yer aldığı Avropa “üçlüyü” Tehrana sentyabrın 28-dək möhlət verib;
- Nəhayət, Ukrayna məsələsində “qızıl orta”nın tapılması.
Sonuncu 3 predmet münasibətlər sisteminin uzlaşmasında bəlkə də ən həlledici məqamlar sayılır. Tramp administrasiyası Bayden komandasından fərqli olaraq dünyanın yeni iqtisadi-ticari xəritəsini hazırlayır və bütün məsələləri də məhz bu “xəritə” üzərindən dəyərləndirirlər. Burada yer alan konturlar isə “güc savaşını” ikinci plana keçirməklə yanaşı, regional münaqişələrin həlli məsələsində əməkdaşlığı ön plana çıxarır - ən real misal Vaşinqtonun yeni adminstrasiyasının Ermənistan - Azərbaycan münasibətlərinin tənzimlənməsi və Zəngəzur dəhlizinin (TRİPP) açılması məsələsindəki mövqeyidir. Bu mənada, Trampın yeni dönəmdə Britaniya ilə daha çox yaxınlaşma siyasətinə üstünlük verəcəyi istisna edilmir. Bəlkə də, “oval kabinet” sahibinin dediyi kimi, bu səfər bir çox fərqli məsələlərin ilki kimi də tarixə düşəcək...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
