Tayvan hərbi yardımdan məhrum edildi...
20.09.2025 [09:29]
Ağ Ev Çinlə münasibətləri yenidən nəzərdən keçirmək qərarına gəlib
Tramp Çin siyasətində ciddi dəyişiklik etmək qərarına gəlib. Belə ki, ABŞ Prezidenti Donald Tramp Tayvana təxminən 400 milyon dollar məbləğində hərbi yardımın göndərilməsini təsdiqləməyib. “The Washington Post” qəzeti müəyyən mənbələrə istinadən bildirib ki, Trampın bu qərarı Çinlə hazırda müzakirə olunan yeni ticarət sazişi imzalamaq və Çin Xalq Respublikasının lideri (ÇXR) Si Cinpinlə mümkün zirvə görüşünü təşkil etmək cəhdi ilə bağlıdır. Nəşr qeyd edib ki, Tramp administrasiyası Pekinlə münasibətləri yumşaltmağa çalışır. Bundan əlavə, ABŞ təmənnasız yardım göstərməyə hazır deyil. Qeyd edək ki, Donald Trampın Si Cinpinlə telefon danışığı gözlənilir. “Bloomberg” agentliyinin məlumatında qeyd olunur ki, hər iki lider arasında keçiriləcək telefon danışığında ikitərəfli diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər, qlobal bazardakı mövcud vəziyyət və yeni ticarət sazişi, o cümlədən “TikTok”un taleyi ilə bağlı müzakirələr aparılacaq. Agentlik qeyd edir ki, sazişin müddəalardan biri “TikTok”un ABŞ-dakı əməliyyatlarına nəzarətin Çin mənşəli şirkət “ByteDance Ltd”dən amerikalı investorlar konsorsiumuna verilməsini nəzərdə tutur.
Tayvana ayrılan hərbi paketə nələr daxil idi?
“The Washington Post” qəzeti məlumat verir ki, avqust ayında Ankoricdə ABŞ və Tayvan müdafiə rəsmiləri arasında keçirilən görüşdə tərəflər irimiqyaslı silah satışı ilə bağlı razılığa gəliblər. Dörd mənbədən qəzetə verilən məlumata görə, Tayvan yeni silah daşınması üçün pul ödəməyi planlaşdırır ki, bu da milyardlarla dollar təşkil edə bilər. Qəzet bildirib ki, paket demək olar ki, yalnız dronlar, raketlər və sahil müşahidəsi üçün sensorlar kimi “asimmetrik” avadanlıqlardan ibarət olacaq. Lakin bu cür yeni nəsil silahların çatdırılması illər çəkə bilər. “Tayvan hökuməti” artıq milyardlarla dollar dəyərində silah, o cümlədən F-16 qırıcıları və Harpoon gəmi əleyhinə raketlər gözləyir.
Trampı bu qərarı verməyə nə vadar edib?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Donald Trampın Tayvana 400 milyon dollarlıq hərbi yardımdan imtina etməsi qərarı onun xarici siyasətində bir neçə mürəkkəb məqsədin kəsişməsini əks etdirir. “Bu addım ilk baxışdan Tayvanın “təhlükəsizliyinə” laqeydlik kimi görünsə də, əslində Trampın “Öncə Amerika” siyasətinin Çinlə münasibətlərdə necə tətbiq olunacağına dair dərin bir ipucudur. Bu qərarın arxasında duran motivasiyaları, onun qətiyyətini, Pekinlə münasibətlərin gələcəyini və Rusiyaya qarşı mövqeyini daha geniş təhlil etmək lazımdır. Bu, sadə bir büdcə kəsimi deyil, strateji bir manevrdir,” - deyə T.İsmayılov vurğulayıb ki, Trampı bu addımı atmağa vadar edən bir neçə əsas amil var: “Birincisi, bu, onun Amerikanın maliyyə resurslarını xarici müdafiə məsələlərinə sərf etmək istəməməsi prinsipinə sadiqliyini göstərir. O, “America First” siyasəti çərçivəsində müttəfiqlərin öz müdafiə xərclərini artırmasını tələb edir və ABŞ-ın bir növ “dünya polisi” rolundan imtina etməsini istəyir. Tramp Tayvana hərbi yardım göstərməyin ABŞ-ın daxili problemlərinə ayrılacaq resursları azaldacağını düşünür. Bu yanaşma onun bütün xarici siyasətində aydın görünür”. Ekspertin fikrincə, bu qərar Pekinə qarşı bir jest ola bilər: “Trampın Çinlə gərginliyi azaltmaq və ticarət münasibətlərini bərpa etmək istəyi onun prezidentlik kampaniyasının əsas hərəkətverici qüvvələrindən biridir. O, Çinlə sıx iqtisadi əlaqələrin Amerika iqtisadiyyatına fayda verəcəyinə inanır və Tayvana hərbi yardımın dayandırılması bu əlaqələri inkişaf etdirmək üçün atılan bir jest kimi qəbul edilə bilər. Bu, Trampın daha çox ticari tərəfdaş kimi görməyə meyilli olduğunu göstərir. Bu, onun ticarətə üstünlük verən praqmatik yanaşmasını bir daha sübut edir”.
Ticarət sazişi imzalana bilər, amma...
T.İsmayılov vurğulayıb ki, Vaşinqton və Pekin arasında qlobal bazarda bir-birinin maraqlarını nəzərə alan əhəmiyyətli bir ticarət sazişinin imzalanması ehtimalı hazırkı şərtlər daxilində çox inandırıcı deyil: “Hər iki tərəf öz daxili siyasi və iqtisadi maraqlarından geri çəkilməkdə çətinlik çəkir. Çin Tayvanı öz ərazisi hesab edir və bu məsələdə heç bir kompromisə getməyəcəyini dəfələrlə bəyan edib. ABŞ isə Çinin ticarət praktikalarını, kibertəhlükəsizlik problemlərini əsas gətirərək mövqeyini sərtləşdirir. Bütün bunlara baxmayaraq, tərəflər arasında “bir-birinin maraqlarını nəzərə alan” bir sazişin imzalanması üçün siyasi iradə və güzəşt tələb olunur ki, hazırda bu elementlər tam şəkildə mövcud deyil. Ola bilsin ki, Trampın Tayvanla bağlı qərarı bu güzəştlərin əsasını qoymaq üçün bir cəhd olsun”.
Qlobal səviyyədə əməkdaşlıq mümkündür?
Ekspertin fikrincə, həm ABŞ, həm də Çin qlobal səviyyədə müəyyən sahələrdə əməkdaşlığa məcburdurlar. “İqlim dəyişikliyi, qlobal pandemiya təhlükəsi və nüvə silahlarının yayılmaması kimi məsələlər onları ortaq zəmin tapmağa vadar edir. Ancaq hərbi-təhlükəsizlik sahəsindəki münasibətlər daha çox rəqabət üzərində qurulub. Hər iki dövlət hərbi büdcəsini artırır və Cənubi Çin dənizi, eləcə də Hind-Sakit okean bölgəsində bir-biri ilə rəqabət aparır. Bu, iki güc mərkəzi arasında mövcud olan mürəkkəblik, həm əməkdaşlığı, həm də rəqabəti özündə birləşdirən bir münasibətlər modelidir”.
Trampın Çinə güzəştində Rusiya faktoru var?
T.İsmayılov hesab edir ki, Trampın Çinlə münasibətləri normallaşdırmaq siyasətində Pekinin Rusiyaya yardımını məhdudlaşdırmaq faktoru mühüm rol oynayır. “Tramp, Rusiya-Ukrayna müharibəsini “Avropanın problemi” kimi təqdim etsə də, Moskvaya qarşı sərt sanksiyaların tərəfdarıdır. O, Çinə güzəştlər təklif etməklə, onu Rusiyaya iqtisadi və siyasi dəstəyini azaltmağa təşviq etməyə çalışır. Bu, Trampın Ukrayna müharibəsini birbaşa müdaxilə etmədən həll etmək strategiyasının bir hissəsi ola bilər. Ağ Evin rəhbəri Pekini Rusiya ilə münasibətlərində daha balanslı bir mövqe tutmağa sövq edərək Moskvanın hərbi resurslarını zəiflətmək məqsədi güdə bilər,” - deyə ekspert əlavə edib ki, bu məqam Trampın xarici siyasətində mühüm bir prioritet olaraq qalır: “Tayvanla bağlı qərar da bu geniş strateji kontekstdə qiymətləndirilməlidir. Tramp Moskvaya qarşı Avropanı hərəkətə keçirmək, Pekinə isə öz təsirini göstərmək niyyətindədir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
