Bir millət, bir ruh, bir ideya!
20.09.2025 [11:35]
Azərbaycançılıq əsrlərin sınağından keçmiş qürurumuzdur...
Azərbaycançılıq... Bu söz özünəməxsus bir dərinlik, köklü tarix və böyük bir mənəvi yük daşıyır. Azərbaycançılıq sadəcə bir ideya deyil, xalqımızın özünə inamını, mədəniyyətini, dilini, kimliyini qoruma və inkişaf etdirmə mübarizəsidir. Azərbaycançılıq, keçmişin böyük ənənələri ilə gələcəyin işıqlı yollarını birləşdirən bir körpüdür.
Azərbaycançılıq yalnız bir ideologiya olmaqla qalmır, həm də bir həyat tərzi, Vətən sevgisi, milli məğrurluq və qürurun simvoludur. Bu ideologiya ölkəmizin müstəqilliyini, milli-mənəvi dəyərlərini, vətəndaş həmrəyliyini və dövlətçilik şüurunu özündə birləşdirən mühüm ictimai-siyasi düşüncə sistemidir.
Dövlətçilik tərbiyəsi məhz tarixi yaddaşdan keçir
Mövzuya dair fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili İlham Məmmədov bildirib ki, milli ideologiyamızın dövlətçiliyə tətbiqi ölkənin bütün istiqamətlərdə möhkəmlənməsinin təməlində dayanan mühüm faktordur: “Müstəqil dövlətçiliyin formalaşmasında həyata keçirilən müxtəlif istiqamətlərin hər biri tarixi proses, milli dövlət quruculuğu yaddaşıdır. Dövlətçilik tərbiyəsi məhz bu tarixi yaddaşdan keçir. Tarixdən dərs alaraq milli kimliyin, vətənpərvərliyin aşılanması, hüquqi, siyasi şüurun yüksəldilməsi milli ideologiyanın əsasında duran tərbiyədir. Şəxsi nümunəsində hər bir azərbaycanlı gəncə yol göstərən Heydər Əliyevə görə, dövlətçilik tərbiyəsi dövlətçilik ənənələrinə, ideologiyasına, praktikasına sədaqətdən yoğrulur. Ulu Öndərin müasir həqiqətlərə tarixi aspektdən baxması milli kökə sədaqətin, tarixə istinadən reallığı dərk etməyin, “Azərbaycan” şeirini söyləyərkən kövrəlməsi Vətənə olan böyük sevgidən doğan həssaslığın, mədəniyyətin bu sevginin formalaşmasında ötürdüyü emosional təsirin, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsi isə milli kimliyin yaratdığı qürurun nümunələridir. Məhz bu ruhda tərbiyə alan Azərbaycan gənci Qarabağı azad etdi”.
Bütün azərbaycanlıları birləşdirən məfkurə
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycana düşmən olan xarici dövlətlər və mərkəzlər dini birliyimizi pozmağa çalışdıqları kimi, milli birliyimizi də pozmağa çalışırlar: “Bu bəd niyyətlərin qarşısının alınmasında azərbaycançılıq ideologiyası mühüm əhəmiyyət daşıyır. Azərbaycançılıq hamını birləşdirən bir siyasi, iqtisadi, ideoloji mənəvi məfkurədir. Azərbaycançılığın əleyhinə çıxmaq müstəqil Azərbaycan dövlətinin əleyhinə çıxmaq deməkdir, milli birliyimizin köklərini qazmaq deməkdir. Hesab edirəm ki, bu barədə danışanlar ideyanın, ideologiyanın partiyaların ideologiyalarının, milli ideyanın və milli idealın nə demək olduğunu aydın bilməlidirlər. Azərbaycançılıq dünyadakı bütün azərbaycanlıları dövlətimiz, vətənimiz, bayrağımız ətrafında birləşdirən bir məfkurədir”.
Xalqımızın özünə olan inamı
Deputatın sözlərinə görə, azərbaycançılıq ideyası yalnız xalqımızın gələcəyini deyil, həm də bəşəriyyətin hər birinə doğru getdiyi istiqaməti müəyyən edir: “Birlikdə öz kimliyimizi qoruyaraq müasir dövrün tələblərinə uyğun şəkildə irəliləyəcəyik. Bu ideya sadəcə hər birimizin daxilində yaşayan bir hiss deyil, gələcəyimizə gedən yoldur. Bir sözlə, azərbaycançılıq xalqımızın özünə inamıdır. Hər bir Azərbaycan vətəndaşının milli kimliyini, mədəniyyətini və tarixini sevərək yaşaması, bu ideyanın hərəkətə keçməsi və gələcəyə doğru yüksəlməsi deməkdir. Ona görə də azərbaycançılıq ideyasını daim yaşatmaq və inkişaf etdirmək bizim borcumuzdur.
Azərbaycançılıq ideologiyasının əsasında duran ümumbəşəri tərbiyənin nəticəsidir ki, ölkəmiz tolerant, multikultural dəyərlərə malik ölkə kimi tanınır. Tarixiliklə müasirliyin vəhdəti, multikultural dəyərlər, tolerantlıq mühiti qorunub inkişaf etdirilib. Dövlətimizin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideologiyası təkcə siyasi-hüquqi amil kimi deyil, həm də milli-mənəvi gerçəklik kimi aktuallığını qoruyub saxlayır. Prezident İlham Əliyev də hər zaman öz çıxışlarında gənc nəslin milli ruhda tərbiyəsi məsələsini xüsusi vurğulayır. Milli ideologiyamız olan azərbaycançılıq dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi kimi ölkə başçısı tərəfindən bu gün də uğurla davam etdirilməkdədir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi bu gün də dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib. Gənc nəslin bu ruhda və bu əqidədə tərbiyəsi konsepti, xarici təhdidlərdən, antimilli təsirlərdən qoruma ideologiyasıdır”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

