Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ukraynada Rusiyaya casusluqda ittiham olunan britaniyalı hərbi təlimçi saxlanılıb

Ukraynada Rusiyaya casusluqda ittiham olunan britaniyalı hərbi təlimçi saxlanılıb

30.10.2025 [13:38]

Ukraynada Rusiyaya casusluqda ittiham olunan britaniyalı hərbi təlimçi saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna prokurorluğu Rusiyaya casusluqda və terror hücumları hazırlamaqda ittiham olunan bir britaniyalı şəxsin Kiyevdə saxlanıldığını bildirib. Rəsmilərin məlumatına görə, adı açıqlanmayan həmin şəxs Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və hərbi məlumatları pul qarşılığında satmağa razılaşıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd olunur ki, saxlanılan şəxs müharibə vəziyyəti şəraitində müdafiə qüvvələri haqqında məlumatları icazəsiz yaymaqda və terror aktları hazırlamaqda ittiham olunur.

Britaniyalı təlimçi Kiyevdə yaşadığı müvəqqəti mənzildə tutulub. O, bu həftə Ukrayna məhkəməsi qarşısına çıxarılıb və həbsdə saxlanılması barədə qərar qəbul edilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hadisədən xəbərdar olduğunu təsdiqləyib və Ukrayna rəsmiləri ilə sıx əlaqə saxlanıldığını açıqlayıb.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Analitik

Sosial

“Müqəddəs axşam”

31 Oktyabr 08:57  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31