Gözlənilən görüş baş tutdu...
31.10.2025 [09:52]
İki dünya nəhəngi bir masa arxasında
Çin ilə ABŞ arasında “buzlar əriyir” - faiz dərəcələri azaldıldı
Çin ilə ABŞ arasında aylardır davam edən “susqun mesajlaşma” deyəsən başa çatıb. Belə ki, Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında görüş baş tutub. Görüşdən öncə Donald Tramp “Truth Social”da bu barədə yazaraq görüşü “Bu, hər ikimiz üçün əla görüş olacaq!” - deyə xarakterizə edib. Xatırladaq ki, dövlət başçıları Cənubi Koreyadakı Gimhae Hərbi Hava Bazasında qapalı qapılar arxasında görüşüblər. Danışıqlardan əvvəl açıqlamlar verən dövlət başçıları görüşdən sonra mətbuata açıqlama verməyiblər. Tramp Asiya turnesini başa vuraraq ölkəsinə qayıdıb.
Razılaşmalar əldə edilib
Xarici medianın yazdığına görə, görüşdə tərəflər arasında bir sıra iqtisadi razılaşmalar əldə olunub. Si Cinpini görüşdə xarici işlər naziri Vanq Yi, aparat rəhbəri Cai Qi, Milli İqtisadi Planlaşdırma Komissiyasının sədri Çjen Şanje və ticarət naziri Vanq Ventao müşayiət edib.
ABŞ tərəfini isə dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ABŞ-ın Çindəki səfiri Devid Perdu və Ağ Evin aparat rəhbəri Syuzan Uayls təmsil edib.
1 saat 40 dəqiqə davam edən görüşdə bir sıra məsələlərlə bağlı razılaşmalar əldə olunub. Belə ki, artıq ABŞ-dan Çinə soya satışları dərhal bərpa olunacaq, fentanil üzərinə qoyulan tariflər 20 faizdən 10 faizə endiriləcək. Bundan başqa, ümumi tarif dərəcələri 57 faizdən 47 faizə endiriləcək. Çin nadir torpaq elementlərinin ixracını davam etdirəcək. Çin, ABŞ-ın NVIDIA şirkəti ilə çip istehsalı sahəsində danışıqlara başlayacaq. ABŞ prezidenti həmçinin bildirib ki, Si Cinpin Ukrayna münaqişəsinin həlli istiqamətində vasitəçilik etməyə hazır olduğunu da deyib. Tərəflər həmçinin qarşılıqlı səfərlər barədə razılaşıblar - qərara alınıb ki, gələn ilin aprelində Donald Tramp Çinə gedəcək. Si Cinpinin səfəri isə daha yaxın zamana planlaşdırılır. Tramp əlavə edib ki, danışıqlar zamanı Tayvan məsələsi və Rusiya nefti ilə bağlı ticarət məsələləri müzakirə olunmayıb.
Maneələr aradan qaldırılıb
ABŞ prezidentinin sözlərinə görə, “maneələr aradan qaldırılıb” və Busan şəhərində keçirilən görüşdə əldə edilən razılaşma bir il müddətinə qüvvədə olacaq - bu razılaşmanın gələcəkdə uzadılması da mümkündür. Vurğulandığı kimi, Çin nadir torpaq metallarının hasilatı və emalı sahəsində dünya lideridir və bundan ABŞ ilə ticarət danışıqlarında təsir nöqtəsi kimi istifadə edib. Nadir torpaq metalları sənayedə, eləcə də yüksək texnologiya və müdafiə sektorlarında vacibdir. Onlardan, xüsusən də smartfon və televizor ekranlarının istehsalında, eləcə də elektrik mühərriklərinin ötürücülərində, yarımkeçiricilərdə və turbinlərdə istifadə olunur.
Bundan əlavə, Tramp bəyan edib ki, Çin ABŞ-dan kütləvi miqdarda soya və digər kənd təsərrüfatı məhsulları idxal edəcək. DPA xəbər agentliyinin məlumatına görə, Pekin əvvəllər Vaşinqtonun Çin mallarına qarşı tarif artımlarına cavab olaraq idxal edilən ABŞ soya paxlasına daha yüksək rüsumlar tətbiq etmişdi. Bu isə amerikalı fermerlərin maraqları ilə uzlaşmırdı. Agentliyin məlumatına görə, 2024-cü ildə ABŞ-ın soya idxalının yarıdan çoxu Çinə göndərilib. Lakin bu il Çinə idxalın həcmi 50 faiz azalıb və payız məhsulu üçün heç bir sifariş alınmayıb.
Qeyd edək ki, Tramp Si Cinpini uzunmüddətli dost və “böyük bir ölkənin böyük lideri” adlandırıb. O, ABŞ və Çinin uzunmüddətli perspektivdə fantastik münasibətlər quracağına ümid etdiyini bildirib. Tramp təyyarəsinedə jurnalistlərə qısaca bir çox qərarların qəbul edildiyi “gözəl görüş”dən danışıb: “Düşünürəm ki, sıfırdan 10-a qədər şkala üzrə, 10 ən yaxşıdırsa, mən deyərdim ki, bu görüş 12 idi”.
Ukrayna məsələsində birgə fəaliyyət...
CNN-in məlumatına görə, Vaşinqtonun texnologiya ixrac nəzarətində heç bir əhəmiyyətli dəyişiklik gözlənilmir: Tramp bildirib ki, Si Cinpin ilə görüşündən sonra Pekin və çip nəhəngi NVİDİA arasında əlavə danışıqlar aparılacaq. Amerikalılar əvvəllər yalnız müttəfiqlərinə qabaqcıl çiplər və süni intellekt modelləri ixrac etmək qərarına gəlmişdilər ki, bu da Çin tərəfindən tənqid olunmuşdu. Liderlər Çin üçün həssas məsələ olan Tayvanı müzakirə etməyiblər. Lakin Moskva ilə Kiyev arasındakı münaqişəyə toxunulub. “Nəticə əldə etmək üçün birlikdə işləmək barədə razılığa gəldik. Razılaşırıq ki, iki tərəf, bilirsiniz, qarşıdurma içindədir və döyüşür. Bəlkə də, bəzən onların döyüşməsinə icazə verməlisən. Biz Ukrayna məsələsində birlikdə işləyəcəyik”, - deyə Tramp bildirib.
Amerika lideri həmçinin Vaşinqtonun hazırda fəal şəkildə qarşısını aldığı Rusiya neftinin üçüncü tərəflərin alışı məsələsinə də toxunub. “Onlar uzun müddətdir ki, Rusiyadan neft alırlar. Bu idxal Çinin ehtiyaclarının əhəmiyyətli bir hissəsini ödəyir. Hindistan Rusiya neftindən imtina etməklə düzgün iş görür. Amma biz görüşdə nefti müzakirə etmədik”, - deyə Tramp şərh edib. Qeyd edək ki, ABŞ Prezidenti əvvəllər Rusiya neftinə qarşı sanksiyaları Moskvanı danışıqları davam etdirməyə təşviq etmək niyyəti daşıdığını bildirmişdi və həmçinin Çin və Hindistanı Ukraynadakı münaqişənin əsas “sponsorları” adlandırmışdı.
Çinin inkişafı Trampın “Amerikanı yenidən böyük etmək” məqsədi ilə ziddiyyət təşkil etmir
Çin lideri Si Cinpin isə bildirib ki, dünyanın ən böyük iki iqtisadiyyatı arasında zaman-zaman sürtünmənin yaranması normaldır. Si Cinpin Çin və ABŞ tərəfdaş və dost olmalıdır deyə qeyd edib. O, görüşdən əvvəl vurğulayıb ki, Çinin inkişafı və dirçəlişi Trampın “Amerikanı yenidən böyük etmək” məqsədi ilə ziddiyyət təşkil etmir. Xinhua agentliyinin məlumatına görə, Si Cinpin ölkələrin birlikdə uğura və çiçəklənməyə nail ola biləcəyinə inandığını önə çəkib. Çin lideri bildirib ki, “Mən Prezident Trampla Çin-ABŞ münasibətləri üçün möhkəm təməl qoymaq və hər iki ölkənin inkişafı üçün əlverişli şərait yaratmaq üçün işləməyə davam etməyə hazıram”.
O, həmçinin Çin və ABŞ-ın əsas məsələlərdə razılığa gəldiyini və irəliləyiş əldə etdiyini vurğulayıb. Çin liderinin sözlərinə görə, onlar Trampın seçilməsindən bəri sıx əlaqə saxlayıblar, üç telefon danışığı aparıblar və çoxsaylı məktub mübadiləsi həyata keçiriblər.
Qeyd edək ki, görüş Donald Trampın ikinci müddət prezidentliyi dövründə Çin lideri ilə ilk ikitərəfli görüşü idi.
SADİQ
Xəbər lenti
Hamısına bax 
                    Dünya
31 Oktyabr 22:17
 
                    Dünya
31 Oktyabr 21:59
 
                    Dünya
31 Oktyabr 21:26
 
                    YAP xəbərləri
31 Oktyabr 21:05
 
                    Dünya
31 Oktyabr 20:58
 
                    Hadisə
31 Oktyabr 20:35
 
                    Sosial
31 Oktyabr 20:19
 
                    İqtisadiyyat
31 Oktyabr 19:46
 
                    Dünya
31 Oktyabr 19:31
 
                    Sosial
31 Oktyabr 19:11
 
                    Siyasət
31 Oktyabr 18:33
 
                    YAP xəbərləri
31 Oktyabr 18:14
 
                    YAP xəbərləri
31 Oktyabr 18:02
 
                    YAP xəbərləri
31 Oktyabr 17:53
 
                    YAP xəbərləri
31 Oktyabr 17:50
 
                    İqtisadiyyat
31 Oktyabr 17:25
 
                    Hadisə
31 Oktyabr 17:09
 
                    Dünya
31 Oktyabr 16:41
 
                    Siyasət
31 Oktyabr 16:19
 
                    Sosial
31 Oktyabr 16:18
 
                    Hadisə
31 Oktyabr 16:13
 
                    Dünya
31 Oktyabr 15:32
 
                    Dünya
31 Oktyabr 15:06
 
                    Hadisə
31 Oktyabr 14:53
 
                    Sosial
31 Oktyabr 14:52
 
                    Dünya
31 Oktyabr 14:20
 
                    Dünya
31 Oktyabr 13:53
 
                    Dünya
31 Oktyabr 13:30
 
                    Dünya
31 Oktyabr 13:19
 
                    Dünya
31 Oktyabr 12:46
 
                    YAP xəbərləri
31 Oktyabr 12:33
 
                    Siyasət
31 Oktyabr 12:25
 
                    Elanlar
31 Oktyabr 12:07
 
                    Sosial
31 Oktyabr 11:52
 
                    Elm
31 Oktyabr 11:50
 
                    Hadisə
31 Oktyabr 11:37
 
                    Siyasət
31 Oktyabr 11:20
 
                    Siyasət
31 Oktyabr 11:08
 
                    Hadisə
31 Oktyabr 11:07
 
                    İqtisadiyyat
31 Oktyabr 10:53
 
                    İqtisadiyyat
31 Oktyabr 10:52
 
                    İqtisadiyyat
31 Oktyabr 10:49
 
                    MEDİA
31 Oktyabr 10:30
 
                    Analitik
31 Oktyabr 10:16
 
                    Analitik
31 Oktyabr 09:52
 
                    Siyasət
31 Oktyabr 09:48
 
                    Ədəbiyyat
31 Oktyabr 09:34
 
                    Analitik
31 Oktyabr 09:15
 
                    Sosial
31 Oktyabr 08:57
 
                    Sosial
31 Oktyabr 08:31
 
                    Hadisə
31 Oktyabr 08:12
 
                    Mədəniyyət
31 Oktyabr 08:11
 
                    Mədəniyyət
31 Oktyabr 08:10
 
                    İdman
31 Oktyabr 08:08
 
                    Sosial
31 Oktyabr 08:01
 
                    Gündəm
31 Oktyabr 07:42
 
                    Dünya
30 Oktyabr 23:55
 
                    İdman
30 Oktyabr 23:31
 
                    YAP xəbərləri
30 Oktyabr 23:14
 
                    Dünya
30 Oktyabr 22:52
 
                    YAP xəbərləri
30 Oktyabr 22:35
 
                    Dünya
30 Oktyabr 22:10
 
                    YAP xəbərləri
30 Oktyabr 22:04
 
                    İdman
30 Oktyabr 21:59
 
                    Dünya
30 Oktyabr 21:24
 
                    Hadisə
30 Oktyabr 21:19
 
                    Siyasət
30 Oktyabr 21:09
 
                    Dünya
30 Oktyabr 20:43
 
                    Dünya
30 Oktyabr 20:35
 
                    Dünya
30 Oktyabr 20:18
 
                             
                    
 
                        